beynalxalqictimainazaret.az

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elməddin Cəfərovun diqqətindədir

Tarix:25-06-2023, 11:08
Baxış Sayı:372



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Aktyor Elməddin Cəfərovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Aktyor Elməddin Cəfərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elməddin Cəfərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elməddin Cəfərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Aktyor Elməddin Cəfərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Aktyor Elməddin Cəfərov - Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Azərbaycanın müstəqil dövlətçiliyin ən yeni tarixi dünyaşöhrətli Liderin – Heydər Əliyevin adı ilə bağlıdır. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyevin Azərbaycan milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının inkişafında, dövlətçilik təfəkkürünün təbliğində misilsiz xidmətləri olub. Təsadüfi deyil ki, dahi şəxsiyyət hələ 1969-cu ildə ölkəmizə rəhbərliyə seçildikdən sonra Azərbaycanın sözün həqiqi mənasında bütün sahələrində intibah dövrü başladı. Haqlı olaraq, bu dövrü tədqiqatçılar “Milli dirçəliş siyasəti” dövrü kimi xarakterizə edirlər. Ulu Öndər Heydər Əliyevin böyük və mənalı ömrünə nəzər saldıqda aydın görünür ki, dahi şəxsiyyətin müstəqil Azərbaycan dövlətinin qurulmasına yönəldilmiş strategiyası zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq, iqtisadi, siyasi və mənəvi sahələrdə uğurlu nəticələr əldə edən, beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycan dövlətinin qurulmasına şərait yaradıb. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müstəqil Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail oldu. Ümummilli Liderin liderlik məharəti sayəsində yeni müstəqillik qazanmış Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasına çıxmağı baçardı. “Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir.” – deyə Ulu Öndər fəxrlə, qürurla qeyd edirdi. Milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşan Ulu Öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan ziyalılarına və incəsənət xadimlərinə diqqət və qayğı ilə yanaşıb. Daim elm, mədəniyyət fədailərinin himayədarı olub. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin, Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin, Şamaxıda Ədəbiyyat Muzeyinin yaradılması qərarını verməsi, Şuşada M.P.Vaqifin məqbərəsinin açılışı öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1973-cü il sentyabrın 13-də İmadəddin Nəsiminin 600 illik yubileyinin Bakı ilə yanaşı, Moskvada da keçirilməsi, Bakıda Nəsiminin abidəsinin qoyulması tarixi hadisə idi. “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilməsi dahi Nizami Gəncəvinin Azərbaycan şairi olmasının təsdiqi idi. Ulu Öndər deyirdi: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.” Ulu Öndər Heydər Əliyevin Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov, Bülbül, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəşid Behbudov, Müslüm Maqomayev, Asəf Zeynallı, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Qara Qarayev, Fikrət Əmirov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Niyazi, Mirvarid Dilbazi, neçə-neçə görkəmli Azərbaycan ziyalısı, incəsənət xadimi haqqında söylədiyi fikirlər dillər əzbəri olub.


 İctimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə ölkə ziyalılarına yüksək qiymət verən Ümummilli Lider deyirdi: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.” “Nə qədər ki Azərbaycan var mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”- deyən Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi siyasəti dahi şəxsiyyətin canından artıq sevdiyi xalqını, Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır. Bu gün həyatını həsr etmiş Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasi kursu, eyni zamanda elm, təhsil, mədəniyyətin inkişafına, həmçinin Azərbaycan ziyalısına göstərilən yüksək diqqət və qayğı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır