beynalxalqictimainazaret.az

MÖHTƏŞƏM 20 İL

Tarix:28-03-2024, 11:14
Baxış Sayı:251


İlham Əliyev siyasətinin 20 illiyinin təntənəli nəticəsi...
Bunu Azərbaycan xalqı 20 il əvvəl etimad göstərərək seçdiyi prezidentin, Ali Baş Komandan İlham Əliyev kimi sərkərdənin sayəsində etdi.
XX əsrin 80-cı illərinin sonları – 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmən dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq vətəndaşlarımız öz doğma yurd-yuvasından didərgin düşmüşdü.
Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi heç bir nəticə verməmişdir.
2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı, sərsəm bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini işğal etməkdən ibarət olduğunu nümayiş etdirmişdi. Bunun nəticəsi idi ki, uzun illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdir.
27 sentyabr 2020-ci ildə isə, Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqelərini, mülki obyektləri ağır artilleriya silahlarından atəşə tutması, düşmənin cəbhəboyu hücuma keçməsi xəbəri ölkə rəhbəri cənab İlham Əliyevin və xalqımızın səbr kasasını daşırdı.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə qoşunlarımız bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başladı.
Nəticədə düşmən geri oturduldu və 44 gün davam edən qanlı savaş Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdı. Əzəli və tarixi torpaqlarımızın azadlığı uğrunda başlanan müharibə tarixə “II Qarabağ müharibəsi”, “Vətən müharibəsi”, “Dəmir yumruq əməliyyatı” adları ilə yazıldı. Bununla da biz ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə də gördük. Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin vətən sevgisi, torpağa, yurda bağlılığı önəmli rol oynadı.
Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular.
Bax, bütün bunlara görə də Vətən müharibəsində torpağa, vətənə, dövlətə sonsuz sevgi ilə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Bu yolda şəhid və qazi olmaqdan əsla çəkinmədilər. Əksinə, döyüşə oynaya-gülə yola düşdülər. Ədalətin bərpası üçün, şəhid oldular. Vətən müharibəsində 2907 Azərbaycan hərbçisi şəhid oldu, xeyli sayda əsgər və zabitimiz yaralandı, 7 nəfər vətən oğlu itkin düşdü.
Həmin dövr ərzində düşmən xislətindən əl çəkmir, dinc sakinlərimizi hədəf seçirdi. Bu məqsədlə Azərbaycanın şəhərləri ballistik raketlərlə, qadağan olunmuş fosforlu və kasetli bombalarla atəşə tutulurdu.
Lakin düşmən məkrinə baxmayaraq, aparılmış düzgün siyasətin və Azərbaycan Ordusunun peşəkarlığı sayəsində biz qalib gəldik, düşməni təslim olmağa, kapituliyasiya aktına qol çəkməyə məcbur etdik.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
44 günlük Vətən müharibəsi xeyirin şər üzərində qələbəsi və tarixi ədalətin bərpasıdır! Xalqımızın Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında, “Dəmir yumruq” da birləşərək düşmənə zərbə vurması, bizim dünyaya birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirdi.
Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyümüzü bərpa etdi… Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Lakin düşmən 44 günlük müharibədən dərs çıxartmadı, öz düşmənçiliyinə davam etdi. Belə olan halda Ali Baş Komandanımızın əmri ilə “Qisas” əməliyyatlarına başlayan Azərbaycan ordusu düşmənə yerini göstərdi. Ancaq, buna baxmayaraq, Erməni öz erməniliyinə yenə davam etdi. Demək olar ki, az qala hər gün törədilən növbəti təxribatlar, ürəyimizi dağlayan şəhid xəbərləri… Bardağı daşıran sonuncu damla isə ermənilərin Xocavənd rayonu ərazisində minalama işləri aparmaları və nəticədə Daxili İşlər Nazirliyinin əməkdaşlarının minaya düşmələri oldu.
Bundan sonra başlatdığımız lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat 43 dəqiqə çəkməyinə baxmayaraq, Azərbaycan bütöv, Qarabağ isə tam azad olundu!
Alnımızın Qarabağ adlı ləkəsini silən, başımızı ucaldan və bu uğurda şəhid olan bütün vətən oğullarına bir ömür borcluyuq…
Cənab Ali Baş Komandanın 20 illik prezidentlik dövrü və onun yekunları bu gün bizə bir şeyi deyir: Seçimimiz uğurlu, gələcəyimiz əmin əllərdədir.
Özünün də, bütün çıxışlarında daima vurğuladığı kimi, “xalq-iqtidar birliyi” və İlham Əliyev siyasəti, bundan sonra bu ölkəyə, bu millətə yalnız qələbə yaraşdıra bilər.


Ziyəddin Quliyev 
“Azərenerji” ASC-nin vitse-prezidenti 

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır