beynalxalqictimainazaret.az

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı

Tarix:15-04-2021, 11:19
Baxış Sayı:98

İsraildə əhalinin yarısı peyvənd olundu, yoluxma kəskin azaldı


İsrail peyvənd kampaniyası sayəsində koronavirus epidemiyasını nəzarət altına ala bilib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hazırda İsraildə əhalinin yarısından çoxu (5,3 milyon nəfər) koronavirusa qarşı peyvənd olunub. Bundan əlavə, indiyə qədər koronavirusa yoluxmuş 830 min insanın müəyyən dərəcədə təbii immunitet inkişaf etdirməsi gözlənilir.

Başqa sözlə, əhalinin 68 faizində peyvənd və ya yoluxma yolu ilə antikorların meydana gəldiyini və bir növ kollektiv immunitetin inkişaf etdiyini demək olar.

İsrailin ən böyük xəstəxanası olan Şeba Tibb Mərkəzinin professoru Eyal Leshem ölkədəki məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, yoluxma sayında müşahidə olunan azalmanı kollektiv immunitetin yaranması ilə əlaqələndirir.

Üstəlik, 16 yaşdan kiçik uşaqlar peyvənd olunmadığı halda yoluxma sayında azalma bütün yaş qruplarında müşahidə olunur.

Bu məqamda bildirək ki, ötən gün ərzində İsraildə koronavirusa 170 yoluxma faktı aşkarlanıb. Bu, fevral (3100) və mart (1600) aylarının eyni günü ilə müqayisədə kəskin azalma deməkdir.

Hazırda ölkədə davam edən kütləvi vaksinasiya kampaniyasında “Pfizer/Biontech” peyvəndindən istifadə olunur.

Yoluxma sayının azalmasından sonra İsrail 23 may tarixindən etibarən ölkəni yenidən turistlərə açacağını açıqlayıb.

Səhiyyə və Turizm Nazirlikləri ölkəyə gəlmək istəyən turistlərin “COVID-19” peyvəndi vurdurmalı olduqlarını bildiriblər. Bundan əlavə, İsrailə gələcək olan şəxslər təyyarəyə minməzdən öncə mənfi PCR test nəticəsini təqdim etməli, həmçinin gəldikdən sonra seroloji qan analizindən keçməlidirlər. İsrail ilə peyvənd pasportu razılaşması olan ölkələrdən gələn turistlərə isə seroloji testlərdən keçmək tələb olunmayacaq.

Turizm Nazirliyinin açıqlamasına görə, mayın 23-də ilk növbədə ekskursiya qrupları ilə gələn turistlər qəbul ediləcək, daha sonra epidemioloji vəziyyət nəzərə alınaraq tək səyahətçilərin ölkəyə girişinə icazə veriləcək.

Bildirilib ki, 2019-cu ildə ölkəni təxminən 4 milyon turist ziyarət edib. 2020-ci ildə isə bu rəqəm 80% azalma ilə 850 minə enib.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır