beynalxalqictimainazaret.az

Laçının Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər uğurla davam etdirilir

Tarix:13-06-2023, 15:12
Baxış Sayı:697

Laçının Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər uğurla davam etdirilir


Laçın rayonu Çıraqlı kənd tam orta məktəbində 2022-2023-cü tədris ilində Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər həyata kecirilib. Tədbirlər çərçivəsində şagirdlərin Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olması üçün onların Heydər Əliyev muzeyinə səyahətləri təşkil olunub, məktəb daxilində müxtəlif filmlər nümayiş etdirilib, rəsm, şer, inşa, təqdimat musabiqələri kecirilib.

Elm və Təhsil Nazirl­iyinin dəstəyi, “G­ənclərin Respublika Bədii Yaradıcılıq Ev­i” Publik Hüquqi Şəx­sin təşkilatçılığı ilə keçirilən “Zəfər dastanı” adlı onlayn respublika şeir və mahnı müsabiqəsində məktəbin 11 “Ə” sinif şagirdi Abbasquluzadə Leyla Pərviz qızı qal­ib olmuşdur. Elm və Təhsil Nazirliyinin dəstəyi, “Gənclərin Respublika Bədii Yaradıcıllıq Evi” publik hüquqi şəxsin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Həmrəyliyimiz Birliyimizdir” adlı respublika rəsm və əl işləri müsabiqəsinə Laçın rayon Çıraqlı kənd tam orta məktəbin Rəsm dərnəyinin 3 üzvü: Güllü Şirinova, Jalə Əlfətova, Fatma Zəhra Özer qatılmışdır və sertifikat, müxtəlif hədiyyələr qazanmışlar.

Laçın rayon Çıraqlı kənd tam orta məktəbinin 10- b sinif şagirdi, RFO-nın biologiya fənni üzrə  AYQ və YYQ üzrə finalçısı Əliyeva Fatimə Dəyanət qızı həmçinin Global Olympic Centerin təşkilatçılığı ilə keçirilən ABŞ-ın beynəlxalq FİSO olimpiadasında biologiya fənni üzrə  iştirak edərək qızıl medal qazanmışdır. Mükafatlandırma tədbiri 28 may tarixində Avropa Azərbaycan məktəbində keçirilmiş və Əliyeva Fatimə Dəyanət qız qızıl medal və beynəlxalq sertifikatla təltif olunmuşdur.

"Respublika su ehtiyatlarının, atmosfer havasının və torpağın təbii sərvətlərinin ekoloji qiymətləndirilməsi tədqiqatları" mövzusunda Azərbaycan Memarlıq və İnşaat Universitetində sərgi keçirilmişdir. Məktəbin şagirdləri Aylin Qocazadə və Sehran Fərmanlı sərgidə iştirak edərək sertifikat və hədiyyələrlə təltif olunmuşlar.

Bu günlərdə Laçın rayon 21 nömrəli tam orta məktəbində Yeni Azərbaycan Partiyası Laçın rayon Təşkilatının "Heydər Əliyev və Azərbaycan ideologiyası" mövzusunda konfransı keçirilmişdir. Konfransda Heydər Əliyev ili çərçivəsində məktəblilər arasında keçirilən müsabiqələrin qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə təltif edildi. Mükafatlandırılanlar arasında Çıraqlı kənd tam orta məktəbini XI sinif şagirdi Aysel İsmayilova da oldu.

Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA beynalxalq kart təşkilatı tərəfindən 9 fevral 2023-cü il tarixində Qlobal Pul Həftəsi çərçivəsində "Maliyyə Savadlılığı: Strategiya, Tədris, Təhlil" virtual kursu üzrə elan olunan müsabiqədə Çıraqlı kənd tam orta məktəbinin 8 “C” sinif şagirdi Fidan Abdullayeva, 9 “B” sinif şagirdi Güllü Şirinova Mərkəzi Bankın Virtual Təhsil Platformasının “Milli pul nişanlarımız” distand kursunu uğurla bitirdiyinə görə Sertifikat ilə təltif olunmuşlar.

 Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü çərçivəsində "Mərakeş Azərbaycan rəssamlarının gözü ilə" mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Çıraqlı kənd tam orta məktəbinin 3 şagirdi: Əsli Zeynalova, Fatma Zəhra Özer, Şahhüseyn Abdullayevin əl işləri münsiflər heyəti tərəfindən dəyərləndirilmiş və yüksək qiymətləndirilmişdir. Onlar Mərakeş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən rəsmi sertifikat ilə təltif olunmuşlar.

Çıraqlı kənd tam orta məktəbində Heydər Əliyev ili çərçivəsində tədbirlər ugurla davam etdirilir.



Azerinform.az

Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev