beynalxalqictimainazaret.az

Ramiz Hümmətov: Operativ, qərəzsiz və dürüst

Tarix:21-07-2023, 11:39
Baxış Sayı:740

Ramiz Hümmətov: Operativ, qərəzsiz və dürüst


31№-li Dövlət notariat kontorunun müdiri Ramiz Hümmətov - Cəmiyyətin inkişafında, dövlətə, dövlətçiliyə, Vətənə sevgi duyğularının formalaşmasında və yüksəldilməsində mətbuatın rolu əvəzsizdir. XIX əsrin sonlarında Azərbaycandilli mətbuatın yaranmasına böyük zərurət vardı. Bu zərurəti Həsən bəy Zərdabi daha həssaslıqla görmüşdü. 1875-ci ildə ona qəzet nəşr etdirmək üçün icazə verildi, iyul ayının 22-də "Əkinçi"nin ilk sayı dərc olundu. Zərdabi "Həyat" qəzetinin 28 dekabr 1905-ci il tarixli sayında "Rusiyada əvvəlinci türk qəzeti" məqaləsində yazırdı: "Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən baş­qa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən, heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur".

“Əkinçi” qəzeti Azərbaycandilli mətbuatın başlanğıcı oldu. Ona görə də “Əkinçi” qəzetinin nəşrə başladığı gün Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib:"... Görkəmli ziyalı, pub­li­sist, təbiətşünas alim  Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlayan "Əkinçi" qəzeti milli  mətbuatımızın ilk nümunəsi kimi öz adını tarixə  yazmışdır".

Azərbaycanın dövlət müsütəqilliyinin bərpa edilməsi yeni mətbu mühit yaratdı, yeni qəzetlər nəşrə başladı. Bu qəzetlər Azərbaycanda yeni düşüncə tərzinin, hadisə və faktlara yeni yanaş­ma­la­rın, milli-mənəvi dəyərləri daha həssaslıqla qorumağın və təbliğ etməyin cəfakeşi oldular. Yeni qəzetçilik modeli formalaşdı və bu, Azərbaycan dövlətçiliyinin mətbu dayağı oldu.

Respublikamızda senzuranın ləğvi azad mətbuatın inkişafına müsbət təsir göstərdi.

2003-cü il mart ayının 15-də jurnalistlərin I qurultayında 180-dək kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılan Mətbuat Şurası aprelin 24-də Ədliyyə nazirliyində dövlət qeydiy­yatına alındı. Bununla da ölkədə mətbuat mühiti dünyəvi dəyərlər əsasında fəaliyyətini davam etdirməyə başladı.

2009-cu il aprelin 3-də "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncam imzalandı (indi Medianın İnkişafı Agentliyi) adlanır).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə jurnalistlər üçün binalar tikilib istifadəyə verildi, onlarla vətənpərvər, istedadlı jurnalist “Əməkdar jurnalist” fəxri adına layiq görüldü.

Azərbaycan mətbuatı dövlət qayğısı ilə əhatələnib. Zamanında Ulu Öndər Heydər Əliyev, sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Jurnalistlərin dostu” adına la­yiq görüldü. Bu mükafat ölkə başçısının mediaya əlavə qayğısına görə verilir.

Zəhmətlə Qazanılan Hörmət, İşgüzarlıqla Qurulan Uğur – İmişlidə İlham Müəllim
Zəhmətlə Qazanılan Hörmət, İşgüzarlıqla Qurulan Uğur – İmişlidə İlham Müəllim
Tahir müəllim: Zəngilanın Zəfər salnaməsi və doğma yurda qayıdışın təntənəsi"
Tahir müəllim:  Zəngilanın Zəfər salnaməsi və doğma yurda qayıdışın təntənəsi"
Ata Yadigarını Böyük İstehsal Uğuruna Çevirən Tərlan Müəllim – “Alı Kərpic” Zavodunun Yeni İnkişaf Mərhələsi
Ata Yadigarını Böyük İstehsal Uğuruna Çevirən Tərlan Müəllim – “Alı Kərpic” Zavodunun Yeni İnkişaf Mərhələsi
Ərkivan Qəsəbəsində Vətəndaşın Qayğıları ilə Yaşayan İcra Nümayəndəsi – Elmir Əliyev
Ərkivan Qəsəbəsində Vətəndaşın Qayğıları ilə Yaşayan İcra Nümayəndəsi – Elmir Əliyev
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət