beynalxalqictimainazaret.az

İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir

Tarix:23-03-2024, 18:30
Baxış Sayı:577


“Şərq” İstehsalat Birliyinin direktoru İlqar Nəzərov - Davamlı inkişafın təmin edilməsi təkmil  islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri  əsas tələb kimi qarşıya qoyur. Reallıq budur ki,  islahatlara alternativ yoxdur. Zaman, dövr dəyişirsə, qarşımızda yeni vəzifələr, çağırışlar dayanırsa, islahatlar qaçılmazdır. Azərbaycanın islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi beynəlxalq aləmdə nüfuz qazanması da bu təkmilləşmələrə əsaslanır.  Hər bir təkmilləşmənin əsasında ölkəmizin daha da qüdrətlənməsi, güclənməsi, insanların rifahının yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması dayanır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST layihələri də ölkəmizin idarəetmə sistemində yeniliklərə  nə qədər maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu hədəfi daim önə çəkir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.
9 fevral 2020-ci ildə  islahatlar siyasətinin davamı kimi  növbədənkənar parlament  seçkilərinin  keçirilməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş  və gələcəyə hesablanmış siyasəti və bu xəttin son 20  ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi tərəqqisi, bu fonda güclü sosial siyasəti, ordu quruculuğu, beynəlxalq nünasibətlər sistemində yeri və rolu ilə  diqqətdədir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqla inkişaf modelinin özəlliklərini də təqdim edir.
Ölkə Prezidenti İlham Əliyev 10 mart 2020-ci il tarixində altıncı  çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında yeni tərkibdə formalaşan parlamentin, deputatların qarşısında dayanan vəzifələri açıqladı. Bir mühüm məqamı da nəzərə alsaq ki, 2020-ci il, eyni zamanda, Azərbaycanın öz torpaqlarına qovuşduğu, 30 ilin işğalına son qoyduğu ildir, son üç  ildən artıq dövrün reallıqları sırasında işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən bərpa və quruculuq işləri dayanır, bu halda  yeni mütərəqqi qanunların qəbulu bir zərurət kimi ortaya qoyulur. Təbii ki, burada əsas diqqət iqtisadi islahatların dərinləşdirilməsinə yönəldilir.
Tarixi Zəfərimiz bir sıra mühüm məqamların, reallıqların təqdimatı oldu. Ölkəmizdə siyasi dialoq mühiti mövcuddur.  Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlament siyasi sistemin təkmilləşdirilməsinə, partiyalar arasında əlaqələrin inkişafına öz töhfəsini verməyə çalışır. Dövlət başçısı İlham Əliyevin qeyd edilən çıxışında səsləndirdiyi “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” çağırışını önə çəkərək bu fikri böyük əminliklə qeyd edirik ki, yeni tərkibdə formalaşan parlament bu istiqamətdə  lazımı addımları atır.  Azərbaycanda çoxpartiyalı sistem  möhkəm əsaslar üzərində qurulub. Çoxpartiyalı sistemin inkişafı  siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şəraitin  yaradılması ilə müşaiyət olunur.  Ümummilli məsələlərdə bütün siyasi partiyaların vahid mövqedən çıxış etməsi günümüzün əsas tələbləri sırasındadır. 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiyanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları birgə bəyanatla təsdiqləmələri də  bunun bariz nümunəsi oldu. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirərkən 6 siyasi partiyanın YAP-a qoşulmaq qərarı da ölkəmizdə  yeni siyasi konfiqurasiyanın  formalaşdığını təsdiqlədi. Qanunverici orqanın qəbul etdiyi hər bir yeni qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, siyasi, iqtisadi və sosial  islahatları həyata keçirmək, bir sözlə, ölkəmizin hərtərəfli inkişafı  dayanır.  Azərbaycan  demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir.

Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi