beynalxalqictimainazaret.az

Manaf Səmədzadə: O böyük Qələbə günü gəldi...

Tarix:13-10-2021, 14:49
Baxış Sayı:327

Manaf Səmədzadə: O böyük Qələbə günü gəldi...



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Manaf Səmədzadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə - Müstəqil və qüdrətli Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında, onun qətiyyəti, yenilməz sərkərdəlik məharəti ilə xalqımıza bəxş olunan bu möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ yüz illər sonra da iftixarla danışılacaq, yazılacaq, bu unudulmaz müjdə gələcək nəsillərə ərməğan kimi ötürüləcək.

O böyük Qələbə günü gəldi...

Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın bəyan etdiyi “Qarabağ Azərbaycandır!” həqiqətinin məntiqi nəticəsidir. Burada bir vacib məqamı mütləq qeyd etmək lazımdır. Bu gün biz ermənilərinin bizə qarşı yönəlmiş bir çox terorunun qarşısını “Dəmir yumruq” damğası ilə aldıq. Dövlətimizin başçısı İlham Əliyevin 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda söylədiyi bu fikirləri xatırlatmaq istərdim: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Türkiyə-Azərbaycan münasibətlərində hər zaman ulu öndər Heydər Əliyevin “iki dövlət bir millət” şüarını rəhbər tutulub. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

Son olaraq qəhrəman oğullarımız ele bir tarix yazdılar ki, bu anlar hər bir vətandaşın yaddaşına əbədi olaraq qazıldı. Onların bizə qazandırdığı üstünlüklərin əvəzi ödənməyəcək qədər böyük sərvətlərdir.

Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev