beynalxalqictimainazaret.az

Nazilə xanım Məmmədova: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır

Tarix:30-04-2021, 14:46
Baxış Sayı:405




















Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə xanım Məmmədova  - Ölkəmiz pandemiya dövründə birgə mübarizə tədbirlərini həyata keçirməyə xidmət edən bir çox nəcib təşəbbüslər irəli sürdü, eyni zamanda, iqtisadi imkanları zəif olan xarici ölkələrə yardım etməyi özünə mənəvi borc bildi. Bu dövrdə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilib. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının Zirvə görüşləri COVID-19-a həsr edilib. Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da etmişdir ki, peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta Azərbaycan tərəfindən zəngin ölkələrə kasıb ölkələrin vətəndaşları üçün o peyvəndin alınmasına çağırış olunmuşdur. Bütün bunlar Azərbaycanın digər ölkələrin problemlərinə laqeyd yanaşmadığını, ən çətin anlarda onları tək qoymaq istəmədiyini təsdiqləyir. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bununla da Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi.

*************

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.




































“Biz zəfər qazandıq! Respublika onlayn rəsm müsabiqə-sərgisi”nin rayon mərhələsi keçirilib

Aprelin 20-də “Biz zəfər qazandıq! Respublika onlayn rəsm müsabiqə-sərgisi”nin rayon mərhələsi keçirilib. Rəsm müsabiqə-sərgi şanlı Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunub. Rəsm müsabiqə-sərgisinin keçirilməyində əsas məqsəd böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi vətənpərvərlik ruhunun təbliği, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunu gənc nəslə çatdırılması, Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı  təhsil alanların maarifləndirilməsidir.
Rəsm müsabiqə-sərgi təsviri sənət nominasiyası üzrə 3 yaş qrupu arasında keçirilib. Rəsm müsabiqə-sərgidə rayon üzrə 36 məktəbin şagirdləri və Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri iştirak edib. Ümumilikdə 74 rəsm işi nümayiş olunub. 4 şagirdin rəsmi rəsm müsabiqə-sərginin final mərhələsində iştirak hüququ qazanıb.

Nazilə xanım Məmmədova: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
















































































































Müəllimlərimiz təltif olunub

Abşeron müəllimləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən medal və fəxri fərmanla təltif olunublar.
Abşeron Rayon Təhsil Şöbəsinin metodisti Aslan Həziyev “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Fəxri fərmanla təltif olunub.
Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Yadulla İmanov, Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Ramil Ağayev, Masazır kənd 4 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Adil Əliyev "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" Azərbaycan Respublikası medalı ilə təltif olunublar.

Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Ayaz Əliyev: İlham Əliyev – Qələbəni Tarixə, Quruculuğu Sabahın Gerçəkliyinə Çevirən Lider
Ayaz Əliyev: İlham Əliyev – Qələbəni Tarixə, Quruculuğu Sabahın Gerçəkliyinə Çevirən Lider
Sahib Hüseynov – Peşəkar İdarəçilik və İnsanlara Xidmət Nümunəsi
Sahib Hüseynov – Peşəkar İdarəçilik və İnsanlara Xidmət Nümunəsi
Cəmilə Talıbova – Peşəkarlığı və İnsanlara Həssas Münasibəti ilə Seçilən Səhiyyə Rəhbəri
Cəmilə Talıbova – Peşəkarlığı və İnsanlara Həssas Münasibəti ilə Seçilən Səhiyyə Rəhbəri
Cəsarət Əhmədov – Azərbaycan Qol Güləşinin Gücünü və İdman Ruhunu Ucaldan Federasiya Prezidenti
Cəsarət Əhmədov – Azərbaycan Qol Güləşinin Gücünü və İdman Ruhunu Ucaldan Federasiya Prezidenti