beynalxalqictimainazaret.az

Rəşid Yusifov: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir

Tarix:15-08-2023, 12:11
Baxış Sayı:520

Rəşid Yusifov: Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir


Gəncə Şəhəri üzrə Maliyyə İdarəsinin rəisi Rəşid Yusifov - “Son 20 ilə yaxın dövrün iqtisadi uğurlarına diqqət yetirdikdə dayanıqlı inkişafın təmin edilməsində regionların payının ildən-ilə artdığını böyük əminliklə qeyd edirik. Dövlət başçısı İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu “Neft kapitalını insan kapitalına çevirək!”, həmçinin “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışları artıq reallıqdır.      Regionların inkişafı sahəsində qəbul edilən  və uğurla həyata keçirilən Dövlət Proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı Sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına,  nəticədə  əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına stimul oldu. Artıq cari ildə sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənən zaman 2004-2018-ci illərdə  üç sənədin icra olunması nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə söykənərək regionların inkişafının qarşıdakı dövrdə də inkişaf etdirilməsi əsas vəzifə kimi qarşıya qoyuldu. Dördüncü Dövlət proqramının icra olunduğu  2019-2023-cü illərə nəzər salsaq görərik ki, bu mərhələ dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi, 44 günlük İkinci Qarabağ müharibəsinin yaşanması və son iki ildən artıqdır ki,  işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması ilə xarakterizə edilir. Ölkəmizdə iqtisadi islahatlar daha da dərinləşdirildi, heç bir sosial layihə təxirə salınmadı. Təbii ki, bu, ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurmasına, iqtisadi müstəqilliyin təmin edilməsi ilə siyasi mövqeyimizin  möhkəmlənməsinə  əsaslanır.”

 Ümummilli Lider Heydər Əliyevin  iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm  verməsi bu günümüzə hesablanmış mühüm addım oldu: “Azərbaycan bu gün neft  strategiyasının uğurlarını yaşayır. Qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı olaraq sürətlə inkişaf etdirilir. Neft-qaz  gəlirlərindən əldə edilən vəsaitlərin ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin reallığa çevrilməsinə yönəldilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında, təkmil inkişaf modelinin nümunə göstərilməsində stimulverici amildir. Keçilən yol bu reallığı təsdiqləyir ki, hər bir ölkənin dayanıqlı inkişafı  iqtisadi artımın sağlam və tarazlı olmasını təmin etməklə mümkündür. İki ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizlə yanaşı,  bütün regionların inkişafının diqqətdə saxlanılması, yeniləşməsi, təkmilləşməsi ölkəmizin iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri tarixi sahibinə qovuşmuş torpaqlarımızda bərpa-quruculuq işlərinin aparılması və bu proseslə paralel şəkildə soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışıdır. Qısa zamanda görülən işlərin miqyası, həmçinin soydaşlarımızın qayıdışı Azərbaycanın iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Ölkəmizin tarixi Zəfərindən sonra dərhal bərpa-quruculuq işlərinə başlaması dünya hərb tarixində ilkə imza atması kimi xarakterizə edilir. Müharibədən yeni çıxmış bir ölkə dünyaya təkmil dirçəliş modelini təqdim edir.”

Dövlət başçısı İlham Əliyevin avqustun 7-də Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri, açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibi və mahiyyəti  ümumilikdə regionlarımızın inkişaf mənzərəsini nümayiş etdirir: “Bu səfər  dövlətimizin başçısının 2021-ci ildə təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasına doğru atılan addımların tərkib hissəsidir.  Milli Prioritetlər işğaldan azad edilmiş ərazilərimiz də daxil olmaqla  bütün bölgələrimizin gələcək inkişafı üçün yol xəritəsidir. Digər Dövlət proqramlarında olduğu kimi, Milli Prioritetlərdə də   uzunmüddətli dövrdə regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq mühüm  vəzifə kimi qeyd edilir. Son 20 ilə yaxın dövrdə bölgələrdə   inkişafın paytaxtla tarazlaşdırılması üçün  zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi bir daha vətəndaş amilinin  dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. Cənab İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışında iştirak etdi.”

Rəşid Yusifov böyük qürur hissi ilə diqqəti işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə və soydaşlarımızın Böyük Qayıdış proqramı çərçivəsində dogma yurd-yuvalarına mərhələli şəkildə qayıdışına yönəldib: “Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinə, Laçın şəhərinə qayıdışın davamı olaraq avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə, avqustun 7-də isə Laçın rayonunun Zabux kəndinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirdi. Mərhələli şəkildə həyata keçirilən bu qayıdış həm ölkəmizin iqtisadi inkişafının, həm də xalqımızın qurucu xalq olduğunun, ən əsası bu torpaqların sahibinin biz olduğumuzun dünyaya təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bu torpaqlarda müasir tələblərə uyğun şərait yaradılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bütün planlar nəzərdə tutulduğu vaxtdan əvvəl həyata keçirilir.”

Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi