beynalxalqictimainazaret.az

Partiya sədrləri: "Bayden "erməni soyqırımı" ifadəsini işlətməklə saxtakarlığın müdafiəçisi olduğunu sübut etdi"

Tarix:24-04-2021, 23:39
Baxış Sayı:217

Partiya sədrləri: "Bayden "erməni soyqırımı" ifadəsini işlətməklə saxtakarlığın müdafiəçisi olduğunu sübut etdi"


"Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsi tarixi bir səhvdir. O, bu bəyanatla ədalətin, haqqın deyil, saxtakarlığın və qərəzin yanında olduğunu, onun müdafiəçisi olduğunu nümayiş etdirdi".
Bu sözləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, qondarma "erməni soyqırımı" zaman-zaman anti-türk dairələrinin əlində Türkiyəyə qarşı təzyiq və təhdid vasitəsi olub: "Təəssüf ki, bu, indi də davam etməkdədir. Keçən yüzilliyin 60-cı illərində düşünülmüş şəkildə sovet imperiyasının Türkiyəyə qarşı start verdiyi ideoloji və siyasi təzyiq vasitəsi kimi bu avantürist anlayış son illər qərb dövlətlərinin, o cümlədən ABŞ-ın əlində Türkiyəyə qarşı təzyiq vasitəsindən başqa bir şey deyil".

 
Partiya sədri bildirib ki, Bayden bu ifadəni işlətməklə öz avtobioqrafiyasına daha bir ləkəni vurmuş oldu: "Bəlli olduğu kimi o, Azərbaycana qarşı keçən əsrin 90-cı illərin əvvəllərində 907-ci düzəlişin müəlliflərindən biridir. Tam əminəm ki, bu və buna bənzər sərsəm ifadələr zərrə qədər qardaş Türkiyənin siyasi xəttinə və beynəlxalq nüfuzuna təsir göstərməyəcək. Azərbaycan da hər zaman öz qardaşının yanındadır və yanında olacaq".

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə "Report"a açıqlamasında ABŞ prezidentinin bəyanatını haqsız kimi qiymətləndirib: "Bu günə qədər onlarla şəxs ABŞ prezidenti olub. Onlara da erməni lobbisi tərəfindən təzyiqlər göstərilib. Ancaq onların heç biri Co Baydenin etdiyini etməyib. Onun bu addımı atması ABŞ üçün heç də yaxşı nəsə vəd etmir. Çünki artıq dünya ABŞ-ın bu kimi məsələlərdə ikili standartlar yeritdiyini görməyə başlayıb. Bu həm də onun göstəricisidir ki, ABŞ öz tərəfdaşlarına qarşı doğru, dürüst addımlar atmır. O, bu addımları atmaqla etibarlılığını itirir".

  
R.Nurullayev qeyd edib ki, bundan sonra Azərbaycan, Türkiyə və digər ölkələr də ABŞ-a etibar etməyəcəklər: "ABŞ prezidentinin bu addımı atması onun regiondakı öz mövqeyini də zəiflədəcək. Bu gün dünyada gedən proseslər ABŞ-ın super güc olmasına da dəlalət etmir. Çox təssüf edirəm ki, ABŞ prezidenti belə bir addımı atdı. Bu ifadədən sonra ABŞ-Azərbaycan və ABŞ-Türkiyə münasibətləri pisləşəcək. Biz bunu istəməzdik. Ancaq onlar bunu istədisə biz nə edə bilərik".

Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev