beynalxalqictimainazaret.az

Millət vəkilindən şok iddia: “Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsi yoxdur, bu da beynəlxalq cinayətdir və cinayətinə görə cavab verməlidir”

Tarix:25-03-2021, 11:19
Baxış Sayı:315

Millət vəkilindən şok iddia: “Ermənistan tərəfində minalanmış ərazilərin xəritəsi yoxdur, bu da beynəlxalq cinayətdir və cinayətinə görə cavab verməlidir”


Erməni tərəfinin Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli sülh bəyanatların həyata keçirilməsində əsas problem olaraq qalmaqdadır.
Bunu “Ölkə.Az” a açıqlamasında millət vəkili Sabir Hacıyev deyib.
Millət vəkilinin sğzlərinə görə, beynəlxalq praktikaya uyğun olaraq münaqişə və müharibə edən tərəflər sülh sazişi əldə etdikdən sonra   minalanmış ərazilərin xəritələrini qarşı tərəfə verməlidir. “Amma Ermənistan tərəfi  təkcə əldə edilmiş üçtərəfli  sülh sazişinin razılaşmalarını deyil, eyni zamanda  beynəlxalq hüququ  kobud şəkildə pozaraq beynəlxalq  cinayət hərəkəti törətməkdədir. “Fikrimcə, Ermənistan tərəfinin minalanmış ərazilərinin xəritəsinin verməsinin əsas səbəblərindən biri   minalanmış ərazilərin dəqiq xəritəsinin olmaması ilə əlaqədardır.  Beynəlxalq hüququn tələbinə uyğun olaraq əraziləri xəritə əsasında deyil, necə gəldi minalayıblar. Minalanmış ərazilərin dəqiq yerini bilmədikləri üçün də xəritə ni vermək istəmirlər və müxtəlif bəhanələrlə xəritəni verməkdən boyun qaçırırlar.   Əgər varsa, mütləq verməlidirlər. Əks təqdirdə  bu hərəkət  beynəlxalq hüquqa zidd olduğu üçün beynəlxalq  xarakterli cinayətdir və Ermənistan tərəfi bu əməlinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. 
Digər tərəfdən isə beynəlxalq praktikaya uyğun olaraq ərazilər minalanarkən həmin ərazinin xəritəsinin bir neçə surəti  hazırlanır.  Hətta varsa və xəritə verilmirsə,  bu, yenə də cinayət xarakterli addımdır. Əldə edilmiş razılaşmaların kobud surətdə pozulması, bölgədə sülhün, qarşılıqlı etimad mühitinin formalaşmasını süni şəkildə əngəllənməsi deməkdir. Xəritələrin verilməməsi ərazilərim  minalardan təmizlənməsi  və insanların öz yurdlarına qayıtması prosesini ləngidir. Bununla yanaşı həm hərbçilərin, həm də mülki insanların ölümünə səbəb olur. Bu da bir daha erməni xislətinin, vəhşiliyinin, qanunlara hörmətsiz yanaşdığının bariz göstəricisidır”-millət vəkili qeyd edib.
Millət vəkili hesab edir ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında şərt kimi qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir