beynalxalqictimainazaret.az

Nizami Mayılov: Bizim ailəmiz türk dünyasıdır

Tarix:8-07-2024, 14:16
Baxış Sayı:348

Nizami Mayılov: Bizim ailəmiz türk dünyasıdır




Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov  - İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev  qeyd edib ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu gün Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzlərinin birinə çevrildiyini qeyd edib.

Prezident İlham Əliyevin verdiyi bu mesajı tarixi həqiqətləri ifadə etməklə yanaşı, gələcəyə istiqamətlənmiş bir bəyanat idi. Bu bəyanat, həm də türk dövlətlərinin birgə hərəkət etməsinin vacibliyini tarixi kontekstdən önə çəkirdi. Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda dövlətlərin müxtəlif təşkilatlar çərçivəsində fəaliyyətinin yüksək səviyyədə təşkili vacib məsələlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) mühüm platforma kimi önəmli rol oynayır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin bu il keçirilmiş növbədənkənar  prezident seçkilərində əldə etdiyi qələbədən sonra andiçmə mərasimində səsləndirdiyi – “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, – fikirləri bunun bariz nümunəsidir. Azərbaycan dövlətinin başçısının son dövrdə TDT-yə üzv və müşahidəçi ölkələrə etdiyi səfərlər qardaş türk dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlərin möhkəmlənməsində önəmli rol oynayır. Azərbaycanın xarici siyasətində Türkiyə və Mərkəzi Asiya Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması xüsusi yer tutur. Azərbaycan Respublikası ilə Mərkəzi Asiya Türk dövlətləri arasında əlaqələrin genişləndirilməsinin ən böyük sübutu kimi son bir il ərzində cənab İlham Əliyevin Məzkəzi Asiya ölkələrinə, həmçinin  həmin ölkələrin başçılarının Azərbaycan Respublikasına səfərlərini misal göstərə bilərik. Bu əlaqələrin inkişaf etdirilməsi təkcə Azərbaycan üçün deyil, həm də bütün Türk dünyası üçün böyük önəm kəsb edir.

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü, Azərbaycan ilə Türk Dövlət Təşkilatına üzv olan dövlətlər arasında dostluq və əməkdaşlıqda yeni mərhələyə qədəm qoyduğunun əyani nümayişi oldu. Bu gün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşada TDT-nin qeyri-rəsmi Zirvə Görüşündə imzalanan Qarabağ Bəyannaməsi regionun inkişafına mühüm töhfələr verəcək. Həmçinin Azərbaycan Türk Şurasına sədrliyi dövründə eyni kökdən gələn türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsinə də ciddi töhfələr verib.

Göründüyü kimi, Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə ölkə başçısı İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.




Nəsimidə növbəti iməcilik keçirildi

Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı tədbirlər  keçirilir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin daha da intensiv şəkildə aparılması davam etdirilir. Eyni zamanda rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarının daha da genişləndirilməsi, qulluq göstərilməsi, rayonun ekoloji tarazlığını bərpa edilməsi, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissinin təbliğ olunması üçün mütəmadi işlər aparılır.
Rayon ərazisində növbəti iməcilik keçirildi. İməcilikdə rayonun kommunal xidmətləri tərəfindən təmizlik işləri aparılmışdır.  Belə ki, parklarda, rayonun prospekt və küçələrində yollarda, dayanacaqlarda bardürlər, işıq dirəkləri, yol kənarındakı məhəccərlər, məişət tullantıları konteynerlərinin ətrafı yuyulmuş, ticarət obyektlərinin vitrinlərində sanitar-təmizlik işləri aparılmışdır.  
Rayonda ənənə halını almış iməciliklərdə sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirdilər.













Nəsimi rayonunda abidələrin və barelyeflərin yuyulması tədbirləri aparılıb



Bakı şəhərində müxtəlif tədbirlərin keçirilməsi, çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  insanların kütləvi şəkildə istirahət edəcəyi parklarda, küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin görülməsi ilə bağlı tədbirlər keçirilir.
Eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinin Azərbaycanda keçirilməsi və Bakı şəhərinə çox sayda xarici ölkələrdən mötəbər qonaqların gəlməsi ilə əlaqədar,  mərkəzi küçə və prospektlərdə  təmizlik və abadlıq işlərinin, şəhərin ümümi görünüşünə xələl gətirən binaların fasadlarında, eyni zamanda müxtəlif ünvanlarda istinad divarlarının, hasarların təmir-bərpası işlərinin   daha da intensiv şəkildə aparılması davam etdirilir.
Belə ki, rayon ərazisində yaşıllıq zolaqlarına qulluq göstərilib, eyni zamanda parklarda heykəllər,   abidələr və  binaların fasadlarında barelyeflər yuyularaq təmizlənmişdir.














X

Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi