beynalxalqictimainazaret.az

Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Tarix:11-07-2023, 12:28
Baxış Sayı:771

Azərbaycan Dövlət Aqrar Universitetində Zəfər Günü ilə əlaqədar tədbir keçirilib


8 Noyabr – Zəfər günü ilə əlaqar keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində növbəti bayram tədbiri baş tutub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Zeki Öztürk, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, ictimaiyyət nümayəndələri, şəhid valideynləri, Vətən müharibəsi iştirakçıları, ali təhsil müəsisiəsinin professor, "102xeber.az" xəbər portalının rəhbəri Hacı Ruslan Həsənov, müəllim və tələbə kollektivi iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları universitetin Tələbə parkında yerləşən Şəhidlərin xatirəsinə ucaldılmış abidələri ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

ADAU-nun İnzibati binasında davam edən tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanın əsgər və zabitlərinin qəhrəmanlıqları ilə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, Zəfər Günü ərəfəsində təşkil olunan tədbirlərdə Gəncə şəhəri fəallıq nümayiş etdirir. Ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Bu Qələbəni bizə bəxş edən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.

Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zəki Öztürk Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərdiyini deyib. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər və Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi.

Azərbaycan Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini qeyd edib. O vurğulayıb ki, Qarabağ savaşında qazanılan şanlı Qələbə xalqımızın və Ordumuzun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməsinin nəticəsidir.

Çıxış edən ADAU məzunu, Vətən müharibəsi qazisi Samir Həsənov deyib ki, bu müharibədə hər kəs xalqımızın torpaq və vətən sevgisinə şahidlik etdi. O, dövlət başçısına göstərilən diqqət və qayğıya görə təşəkkür edilib.

Sonda universitetin tələbələri tədbir iştirakçılarına qəhrəmanlığı, vətənpərvərliyi tərənnüm edən şeir və mahnılar təqdim ediblər.

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir