beynalxalqictimainazaret.az

Mais Məmmədov: Prezidentimizin ağıllı, müdrik siyasətinə güvənərək tezliklə tarixi torpağımız olan Zəngəzura da qovuşacağımıza inanırıq

Tarix:22-12-2021, 12:57
Baxış Sayı:419



Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov - Ümummilli Liderimiz Heydər Əliyevin davamçısı olan İlham Əliyevin uğurlu, uzaqgörən siyasəti nəticəsində dövlətimiz bütün dünyada tanınır və sevilir. Bir çox dünya təşkilatlarının tərəfdaşı olan Azərbaycan həmçinin NATO ilə etibarlı tərəfdaşlıq edir. Həmçinin Azərbaycan Alyansın dəyərli tərəfdaşlarından sayılır. 2004-cü ildən etibarən İlham Əliyevin NATO-nun mənzil-qərargahlarına işgüzar səfərləri də bunun bariz nümunəsidir. Məhz düzgün siyasətin nəticəsidir ki Azərbaycanımız dünya dövlətləri arasında sayılıb seçilən dövlətdir.

Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatında xidməti də NATO-nun etibarlı tərəfdaşı olduğunun bariz nümunəsidir. Azərbaycan həmçinin NATO-ya daxil olan 20-yə yaxın ölkəyə neft idxal edir.

28 il ərzində ATƏT-in Minsk qrupunun Azərbaycan-Ermənistan arasında olan münaqişədə apardığı danışıqların heç bir nəticəsi olmadı. Azərbaycan öz “Dəmir Yumruğu” ilə bu ədalətsizliyə son qoydu. Lakin indi də biz mənfur düşmənlərimizin pisliklərinin acısını çəkirik. Böyük Qələbəmizdən bu günə kimi 200-ə yaxın insanımız mina partlaması nəticəsində həlak olub və yaralanıb. Bu minaların təmizlənməsində Azərbaycana texnika və maliyyə yardımına ehtiyac vardır.

Bugünkü gün Laçın dəhlizində heç bir gömrük yoxdur. Azərbaycanın tələbi vaxti ilə Azərbaycanın torpağı olan Zəngəzurun qaytarılması və orada da gömrüyün olmamasıdır. Əks halda Ermənistan razı olmazsa, bu zaman Azərbaycan da Laçın dəhlizimdə gömrük qoyacaqdır.

Məhz Zəngəzur dəhlizinin düzgün açılması region dövlətlərinə yeni iqtisadi imkanlar yaradacaqdır.

Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Ayaz Əliyev: İlham Əliyev – Qələbəni Tarixə, Quruculuğu Sabahın Gerçəkliyinə Çevirən Lider
Ayaz Əliyev: İlham Əliyev – Qələbəni Tarixə, Quruculuğu Sabahın Gerçəkliyinə Çevirən Lider