Pravda.az-ın əldə etdiyi məlumata görə, V.Qaradağlı BDU-nun Şərqşünaslıq fakültəsinin Ərəb filologiyası kafedrasının müdiridir. O, bu vəzifədə mərhum akademik Vasim Məmmədəliyevi əvəz edib. Qeyd: 1966-cı il təvəllüdlü V.Qaradağlı 1990-cı ildə BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib və əmək fəaliyyətinə də elə həmin fakültədə başlayıb. 2012-2017-ci illərdə Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasının prezidenti olub.
Pravda.az-ın xəbərinə görə, bunu həkim-infeksionist Dilman Əhmədov deyib.
Onun sözlərinə görə, karantin qaydaları yumşaldılanda və sərtləşdiriləndə bunun fərqini açıq-aydın hiss etmək olur:"Martın 29-dan koronavirusla mübarizəyə cəlb olunmuşam və hələ ki, istirahətə getməmişəm, davamlı olaraq , bu işlə məşğul olmuşam. Ona görə də baş verən bütün bu prosesləri aydın şəkildə izləyə bilmişəm. Həm xəstələrin müalicəsi ilə məşğul olduğumdan, həm də idarəetmədə olduğumdan bu fərqləri asanlıqla görə bilirəm. Məsələn, apreldə karantin yumşaldılanda yoluxma halları artmağa, mayda sərtləşdiriləndə azalmağa başladı. Yay aylarında -iyul, avqustda karantin yumşaldığından xəstəliyə yoluxma halları kəskin artmağa başladı. İndi də karantin yumşaldığlndan yoluxma halları artır. Artım belə davam edərsə, karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq".
D. Əhmədib deyib ki, sərt karantinin tətbiqinin müsbət səmərəsini təxminən 20 gün-1 ay sonra görmək olur.
Həkim qeyd edib ki, karantin indi sərtləşdirilsə belə, təxminən 20 gün ərzində xəstəliyə yoluxma vəziyyətində yüksəlmə görmək mümkündür.
Vaksinasiyanın pandemiyadan qurtulmaq üçün əsas yol olduğunu deyən həkim deyib ki, ölkədə vaksinasiya prosesi sürətlə həyata keçirilsə də, virusa hələ yoluxmayan yetərincə insan var:"Ona görə də mən karantinin sərtləşdirilməsinin tərəfdarıyam. Bəzi insanlar şikayət edirlər ki, nə vaxta kimi karantin olacaq. Amma fakt odur ki, virusdan ölüm halları yetərli qədərdir. Mən ağır vəziyyətdə olan və virusdan ölən xəstələri görən bir həkim kimi insanlara deyirəm ki, ehtiyac olmadığı halda kütlə arasına çxımayın. Çölə çıxdığınız halda da gigiyenik qaydalara ciddi şəkildə əməl edin. Heç kim çölə çıxanda kombinzon geyinməyə məcbur edilmir. Sadə bir qayda tələb edilir- maska taxmaq, əlləri dezinfeksiya etmək, maskaya əli dezinfeksiya etdikdən sonra toxunmaq lazımdır".
Gün ərzində 10-12 saat xəstələrlə işlədiyi halda indiyə qədər virusa yoluxmadığını deyən həkim bunun başlıca səbəbinin gigiyenik qaydalara düzgün əməl etməsi ilə əlaqələndirib:"Xəstəxanada virus yükü daha çoxdur. Havada olan insanların isə yoluxma şansı bizimlə müqayisədə çox azdır. Əgər bu qədər virus yükünün arasında tək maska taxmaqla və gigiyenik qaydalara düzgün əməl etməklə özünü qorumaq mümkündürsə, açıq havada və digər yerlərdə olan insanlar da bunu edə bilərlər".