Şəhid -- Quliyev Kamran Dadaş oğlu, 11.05. 1992-ci il tarixində Salyan şəhərində anadan olmuşdur. Ailədə üç övlad olmuşlar. Böyük övlad Orxan, Kamran və iki qardaşın bir bacısı Fatimə xanım. Çox xoşbəxt bir ailənin üzvü olaraq, Quliyev Kamran Dadaş oğlu Salyan şəhərində böyüyüb boya-başa çatmış, birinci sinifə ilk qədəmlərini Salyan rayonunun Əliağa Kürçaylı adına 7 saylı məktəbdə təhsilini davam etmişdir. Quliyev Kamran Dadaş oğlu, yeddinci və səkkizinci sinifdə oxuyarkən Fəxri Fərmanlarla, Diplomlarla təltif edilmişdir.
10.05.2005-ci il tarixində Təhsil Nazirliyi Ə.Kürçaylı Adına Şəhər 7 Saylı Orta Məktəb Fəxri Fərman Vll a sinfinin komandasının kapitanı Quliyev Kamran Məhrum Müəllimləri Xalid Muradovun xatirəsinə həsr edilmiş, xatirə Turnirdə I-ci yeri tutduğuna görə təltif edilmişdir.
2006-cı il tarixində isə Təhsil Nazirliyi Ə.Kürçaylı Adına Şəhər 7 Saylı Orta Məktəb Diplomu ilə Vlll a sinifin komandasının qapıçısı Quliyev Kamran məhrum müəllimləri Xalid Muradovun xatirəsinə həsr edilmiş futbol turnirində Vlll-ci siniflər arasında l-yeri tutduğu üçün Ə.Kürçaylı adına 7 saylı orta məktəbin Diplomu ilə təltif edilmişdir.
Quliyev Kamran Dadaş oğlu, futbol komandasının qapıçısı idi. Çox fəal iştirak edən və fədakar əməyinə görə Diplomlarla, Fəxri Fermanlarla mükafatlar təqdim olunmuşdur.
Quliyev Kamran Dadaş oğlu, 2009-cu ildə 7 saylı tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdı. Bakı şəhərində EN saylı Daxili Qoşunlarında xidmətini yerinə yetirmiş və hərbi xidmətini müddətdən artıq MAXE kimi çalışmağa ərizə yazaraq üç illik müqaviləyə imza atmışdı. Cəlilabad rayonunda Daxili Qoşunlarında çalışmış və üç illiyi tamam olduğu müddətdən sonra yenə öz doğulub boya-başa çatdığı Salyan torpağına qayıdaraq, müxtəlif sahələrdə çalışmışdır.
Quliyev Kamran Dadaş oğlu ailəli idi. iki övladı var. 14.11. 2014-cü il tarixində böyuk oğlu, Quliyev Ümid Kamran oğlu anadan olmuşdur. Hal-hazırda ikinci sinifdə oxuyur və
22. 07.2020-ci il tarixində kiçik oğlu, Quliyev Tunar Kamran oğlu anadan olmuşdur.
Quliyev Kamran Dadaş oğlu, vətənə tükənməz sevgisini ruh yüksəkliyi ilə etiraf edərək yenidən hərbi hissəyə qayıdaraq vətənə xidmət edərək çalışmağa başlamışdır.
Quliyev Kamran Dadaş oğlunun, böyük qardaşı Gizir -- Quliyev Orxan Dadaş oğluda hərbi hissədə Daxili Qoşunlarında Gəncə şəhərində xidmət göstərirdi. Hər iki qardaş vətənə bağlılığını hərbi xidmətini yerinə yetirilməsi istiqamətində mühüm addımlar atmışlar. Bakı şəhərində Pirəkəşkül qəsəbəsində yerləşən 877 saylı hərbi hissədə xidmət edərək Çavuş -- Quliyev Kamran Dadaş oğlu, MAXE kimi xidmət göstərmişdi. Həmin müddətdə Manqa Komandiri olub.
27.09.2020-ci il tarixində müharibə başladı. Müharibədən əvvəl Quliyev Kamran Dadaş oğlu, evə tez-tez gələrdi. Hələ, Quliyev Kamran Dadaş oğlu, Şəhid olmamışdan üç ay öncə Tovuz döyüşlərində iştirak etmişdir və oradan geriyə dönəndən sonra, özü bir vidioçarxı hazırlamışdı. Orda qeyd etmişdi ki, "MƏN ŞƏHİD OLACAM" Həmin vidioçarxı bütün dostları və qohumları ilə paylaşım etmişdi.
Quliyev Kamran Dadaş oğlunun anası bu videonu izləyərək Arzu ana çox təsirləndiyini vurğulayaraq oğluna demişdir:
-- Oğul, sən de ki, "Mən qəhrəman olacam. Düşmənlərə qarşı vuruşacam, torpağımı düşmənlərdən qoruyacam". Sənin bu kəlmələrin ana üçün ən ağır sözdür.
Kamran isə anasına belə bir cavab vermişdi;
-- Ana! Sən elə bilirsən hamı o zirvəyə qalxa bilir? Hər insana məxsus olmur. Qurban olduğum, gör nə gözəldir. Fəxr edərəm ki, "MƏN ŞƏHİD OLUM"!
Kamranın ən böyük arzusu Şəhid olmaq idi. Bu sözləri Arzu ana çox ürək ağrısı ilə, göz yaşları ilə söylədi:
Quliyev Kamran Dadaş oğlu, o qədər gözəl xüsusiyyətə malik insan idi ki, anaya-ataya, qardaşa-bacıya, çox həssas idi onlara qarşı. Hətta o qədər çox sevirdi ki, qardaşının həyat yoldaşını hələ otağa daxil olanda onun boynuna sarılıb, alnından öpərmiş. Deyərmiş ki, sən mənim qardaşımın həyat yoldaşı tək yox, bacım qədər xətrini istəyirəm.
Bacısı Fatimə xanıma da daha çox öz səmimiyyətlə diqqət və qayğısı sayəsində dəyərləndirərdi. Bacısı Fatimə xanımı "Ana" deyib səslənirdi. Heç vaxtı bacısının adını dilinə gətirməzdi. Dərdi-sərini həmişə bacısı Fatimə xanımla bolüşərmiş. O zaman Tovuza gedəndə döyüşlərdə az müddətdə olsada, bacısı ilə əlaqə saxlayanda deyirmiş ki, "MƏN ŞƏHİD OLACAM"!
27.09.2020-ci il tarixində, ölkəmizdə müharibə başladı. Qarabağ yenidən hücuma məruz qaldı. 30-illik əsarətdə qalan torpaqlarımız işğal altında olduğundan zamanı çatmışdır. Sonadək mübarizə missiyasını davam edərək torpaqlarımızı işğalçılardan azad etmək və irəliyə doğru inamla addımlarla düşməni məhv etmək, torpaqlarımızı işğalçılardan azad etmək. Buna baxmayaraq
çoxlu sayda itkilər verdik.
Quliyev Kamran Dadaş oğluna zəng edib, ailə üzvləri əlaqə saxlayırdılar. Müharibənin gedişi haqqında soruşanda isə deyirmiş;
-- "Başqa söhbət edin, Hərbi sirrdir. Mən bunu sizə deyə bilmərəm".
Lakin ailə üzvlərinin xəbəri vardır ki, artıq ölkəmizdə müharibə gedir. Televizorda günbəgün xəbərlər gedir. Bütün sosial şəbəkələrdə paylaşım edirdilər müharibə haqqında, artıq hərkəs bilirdi.
Quliyev Kamran Dadaş oğlu, baxmayaraq ki, heç kimə sirr vermirdi. Amma bacısı ilə hər gün danışırmış. Kamran o qədər şən, üzü gülər idi ki, hər zaman Arzu anasına deyirmiş ki, axı, bacımın bacısı yoxdur, dərdlərini kiminlə paylaşsın? Kamran bacıya bacı olub, qardaşa qardaş olub. Böyüklə-böyük, kiçiklə-kiçik olub. Hərkəsin hörmətini saxlayardı. Döyüşlər gedən zaman ən çox Fatimə bacısı ilə danışardı. Adi bir sözü də bacısı ilə bölüşürdü.
05.10.2020-ci il tarixində səhər saatlarında 10:30 da Arzu anaya zəng gəlib, Kmran həmin an deyib:
-- "Ana, necəsən? mənə tez halallıq ver".
Arzu ana cavabında deyir; - bu nə sözdür danışırsan?!
-- Kamran isə deyir;- Ana, sonra danışarıq, tez mənə halallıq ver.
Arzu ana yenə israrla soruşur:
-- Nə olub, ay bala?
Kamran isə deyir; - "Ana, döyüşün ən qanlı yerinə, Füzuli döyüşlərinə gedirik. Ən qanlı döyüşlərə giririk mənə halallıq ver. Ordan dönməməkdə var"!
Arzu ana göz yaşlarını saxlaya bilməyərək ağlayır, ürəyi sıxılaraq, göz yaşı içində oğluna cavab verir;
-- "Oğlum, canım, qanım hamısı sənə halal olsun. Nə etmişəm sənin üçün halal xoşun olsun".
Sonra, Kamran ailə üzvləri ilə bacısı ilə, qardaşı ilə öz xanımı ilə də danışır və hərkəsin halallığını alır. Kamran öz xanımı ilə də vatçapla mesajında yazırmış "MƏN ŞƏHİD OLACAM"! Mənim oğlanlarım məktəbə gedəndə müəllimə ondan soruşacaq ki, sən kimin oğlusan? Deyəcək ki, Şəhid -- Kamranın oğluyam!
Elə bil ki, Allah tərəfindən ona bir vəh gəlmişdi ki, sən Şəhid olacaqsan. Özünün isə ən böyük arzusu idi. Şəhidlik zirvəsinə ucalmaq.
Arzu ana isə hər zaman bütün analar kimi, Allaha əl açıb dualarında deyirdi;
-- Allah balalarımı sənin qənədinin altına atmışam, özün qoru, öz pənahında saxla. Pis niyyətli insanlardan, mərdimazarlardan qoru. Qurban olduğum da belə qorudu, belə layiq gördü.
Kamranın atası həmin gün evdə olmadığından danışa bilməmişdi. Bütün ailə üzvləri ilə sağollaşıb, halallığını almışdır. Anasından halallığını alıb, atasınada məndən çoxlu-çoxlu salamımı çatdırasınız deyib və sonradan Kamrana zəng çatmayıb.
Nə qədər zəng edirmişlər, zəng çatmır. Bütün ailə üzvləri o gecəni yuxu yatmadan səhərə qədər zəng edirdilər. Bütün ailə üzvləri narahat olub səhərə qədər göz yaşları ilə dayanmadan ağlayırdılar, Kamrana zəng çatmır.
Sonradan Kamrana zəng çatıb, həmin anda da söndürülüb. Deməli, Kamran həmin anda ən ağır yaralar almış. Kamran ən agır silahı daşıyırmış, pekaş imiş. Füzulidə dağı beş-beş keçirmişlər hamısını qoruya-qoruya. Komandiri deyib, Kamran sən öndə get.
-- Kamran deyib, yox! Mən sizi qoruyaram, siz keçin. Mən axırıncı beşlikdə gələrəm. Kamran öz yoldaşlarını qorudu, amma top mərmisindən
aldığı zərbədən 98 qəlbə yarası alır. Sol ayağının şah damarı kəsilmiş, aldığı xəsarətdən çoxlu qan itirmişdi.
Gecə Kamrana zəng çatmayanda Arzu ana aşağı düşüb, yağış yağa-yağa yağışın altında dayanıb dualar edirmiş:
-- "Allah, balamı salamat çatdır mənə, canımı sənə qurban verirəm. Sağ salamat balam o qapıdan içəri daxil olsun, boynunu qucaqlayıb, iyini alım, qoxluyum ondan sonra al canımı".
Səhəri gün Kamranın atası yuxudan oyanıb, görür ki, Arzu ana ağlayır və soruşur; - niyə ağlayırsan belə?
Deyir;- bilirsən, mən heç vaxtı ağlayan olmamışam. Ömür boyu zəhmətkeş insan olmuşam. Çöl işində çalışmışam, çörək sexində çalışmışam, ümimiyyətlə zəhmətkeş ailə olmuşuq. Kamrana zəng çatmayıb, çox narahat olduğunu bildirib.
Kamran haqqında çox danışmaq olar. Danışdıqca yeni bir səhifələr açılır. Vərəqləyirəm. Hər bir vərəqində sual dolu baxışları ilə seçilir. "MƏN ŞƏHİD OLACAM"!
Səhər açılır Arzu ana, Orxana zəng edir ki, Orxan aptekdən Kamranın oğluna lazımi olanları al gətir. Orxan aptekdə gedir. Orxana zəng gəlir dostlardan biri, əhvalını soruşublar. Deməli səhər tezdən 6:30 da Salyan şəhərində hamı bilirmiş ki, Kamran Şəhid olmasını, ailə üzvlərindən başqa. Zəng edən görüb ki, Orxan heç nə bilmir, Orxana da heç nə bildirməyiblər.
Sonra Orxan gəlib avtomobilə əyləşəndə Orxana yenidən zəng gəlir, tanımadığı bir nömrədən deyib ki, Pemka 9 dan Kamran Quliyev var, tanıyırsınız? Deyib ki, döyüşdədir o uşaq?
-- Orxan deyib ki, bəli!
Sonra deyib ki, Qardaşı Orxan var?
Orxan deyib ki, mənəmdə. Siz zəng etmisiniz. Nədirsə deyin!
Deyib ki, qardaşın yaralanıb, gətiririk. Gələ bilərsiniz apardığımız xəstəxanaya?
-- Orxan deyib əlbətdə, gələrəm.
Orxan evə dönür, uşaq üçün aldığını evə qoyur və öz otağına keçir.
Arzu ana, Orxanın gözü yaşlı olduğunu görür və yuxarıdan düşən qız-gəlin hamısı ağlayır.
Ana soruşur; - nə olub?
Orxan deyir; - heç nə!
Ana hündür səslə Orxan! Sən bilirsən ki, mən bilərəm. Nə olub?!
Orxan deyir; - heç ana, qorxma Kamran yaralanıb. Dedilər gəlirsən? Ana deyir ki, gözlə mən də gəlirəm.
Həmin anda göydən bir yağış tökürdü. Orxan qapının arxasında yerə çöküb. Deməli, Arzu ana hazırlaşana qədər, Orxana yenidən bir zəngdə gəlib ki, çıxmamısan?
Deyib ki, çıxıram. Deyiblər ki, çıxma gətiririk.
Deyib ki, başa düşmədim, gətiririk nədir? Xəstədirsə, yaralıdırsa xəstəxanaya aparın, hara gətirirsən evə!
Deyib ki, qardaş bilmirəm, nətər deyim bunu, vallah demək də olmur, çətindir. "Başınız sağ olsun" Quliyev Kamran Dadaş oğlu Şəhid olub.
Arzu ana kənara çəkilib, qız-gəlinə baxıb, oğluna baxıb, hamısı yağış içində çabalayır. Arzu ana Orxanın qabağında diz çöküb "Orxan südümü sənə haram eliyərəm, qardaşına nə olub, mənə de?
Orxan ürək ağrısıyla anasına cavab verir.
-- Ana! Kamran Şəhid olub, gətirirlər. Ondan sonra Arzu ananın dünyası dağıldı.
Quliyev Kamran Dadaş oğlu, Şəhidlik zirvəsinə ucaldı. 06.10.2020-ci il tarixində Quliyev Kamran Dadaş oğlunun nəşi Salyan rayonuna gətirilən gün bir yağış yağırdı. Sanki, yerdə-göydə ağlayırdı. Quliyev Kamran Dadaş oğlunun nəşi həyətə gətirəndə möhkəm yağış yağırdı. Nəşini xalçanın üstünə qoyanda həyətdə, darvazanın üstündən elə bir günəş çıxdı ki, şəhidin cənazəsinin üstünə düşdü. Dəfn mərasiminə gələnlər hamısı başını qaldırıb yuxarı baxdı. "Qurban olduğum, Allahım möcüzənə min şükür. Yağış dayandı, yeni bir günəş çıxdı. Bu nə gündür, bu nə zirvədir. Cənazənin üstünə günəşin saçması hamını şok vəziyyətinə salmışdır.
Şəhidlik elə bir zirvədir ki, hərkəs o zirvəyə çata bilməz. O zirvə müqəddəs və əlçatmazdır. Ucalığı fəth edən vətəninə, torpağına, bayrağına dəyər verən vətənpərvər ruhda, sağlam ruhda qəhrəmanlarımızdır. Bütün ovladlar şirindir. Kamran isə tamamilə başqa bir övlad idi. Başqa bir xüsusiyyətə malik insan olub, heç kimi incitməyib. Elə ona görə də Qurban olduğum onu qiymətləndirdi. Zirvəsi gözəldir, İtkisi ağırdır.
06.10.2020-ci il tarixində Kamranın nəşini gətirdilər. Arzu ana son dəfə balasını öz gözlərilə gördü. Şəhid olmaq Kamranın arzusu idi. Övladlarını Fatimə bacısına tapşırıb. Deyib ki, övladlarım anamla sənə əmanət edirəm. Birdə deyib ki, qardaşım Orxana deyərsən ki, "Son mənzilə məni çiynində aparsın, maşına qoymasınlar". Orxan Kamran qardaşının son arzusunda yerinə yetirdi.
06.10.2020-ci il tarixində Quliyev Kamran Dadaş oğlu Salyan rayonunun Arbatan kəndində Şəhidlər xiyabanında dəfn olunub.
21-ci ildə "Qəhraman Şəhidlər" kitabında "Qarabağ Azərbaycandır" Kamran haqqında kitabda nəşr olunub. Qəzetlərdə dərc olunub.
Kamranın ölümündən sonra iki medalla təltif olunub. Quliyev Kamran Dadaş oğlu ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub və Quliyev Kamran Dadaş oğlu ölümündə sonra "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Salyan rayonunun 7 saylı məktəbində Kamran adına sinif otağı, Noxuddu kəndində Kamran adına sinif otağı, PEMKA da Kamran adına sinif otağı, Arbatan da Kamranın adına sinif otağı və öz yaşadığı küçə Kamran Quliyev adını daşıyır.
Arzu ana oğlu ilə fəxr edir. Bütün ailə üzvləri fəxr edir Kamranla. O çür övlad böyüdüb, tərbiyəli, namuslu, vətənpərvər övlad böyüdüb. Arzu ana övladlarının üçü ilə də fəxr edir. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun, amin. Hal-hazırda Kamranın anası, Arzu xanım tək siz yox, minlərlə anası var. İndi O tək sizin oğlunuz yox, elin oğludur, Vətən oğludur. Allah rəhmət eləsin, amin.
30-illik əsarətdə qalan torpaqlarımız işğaldan azad edilməsi 44-günlük döyüş səlnaməsində göstərdiyi qəhrəmanlığa görə ilk növbədə Şəhidlərimizə və Qazilərimizə borcluyuq.
Azərbaycan tarixində son 200-ildə işğal edilmiş torpaqlarımızı azad edən ilk Lider Ali Baş Komandan İlham Əliyev Cənabları oldu.
AVRO--2020-nin Kuboku Prezident İlham Əliyevə təqdim olunub. Bu günə qədər elə bir təşəbbüsümüz olmayıb ki, o, reallığa çevrilməsin. Ədalətin Zəfəri qaçılmazdır. Azadlıq sənin haqqındır vətən sevdalısı. Vətənin müdrik və mərd övladları ədalət hər zaman Zəfər çalacaq. Yaşasın Azərbaycan! Yaşasın Qarabağ!
"VƏTƏNPƏRVƏR TRİBUNASI" İctimai Birliyin nəzdində fəaliyyət göstərən bütün heyyət üzvləri adından başsağlığı verirəm. Cəmi Şəhidlərimizə Allah rəhmət eləsin, amin. Mərd oğullarımızın qəhrəman anası. Şəhid anası. Qarşında baş əyirəm. Sizinlə birlikdə o həyatı yaşadım. Sizinlə birlikdə göz yaşı tökdüm. Qurban olduğum özü şahiddir. Sözün bitdiyi an,,,
??MƏN ŞƏHİD OLDUM!?? ?????
Bayraq - mənliyimdir, bayraq kimliyim,
Bayraq - öz yurdumda, öz hakimliyim.
Bayraq - qeyrət rəmzi, bayraq - mənliyim,
Mən Şəhid Oldum! Fəxr et Kamranla! ?????
Üstünə alov tər yağsada yağmur,
Sən ki, bir qalasan durmusan məğrur.
Möhtəşəm, əzəmətli zəfərlə, uğur,
Mən Şəhid Oldum! Fəxr et, Kamranla! ?????
Bəzən bitib-tükənməyən dərdlərim,
Yağış tək yağar, ömrümə dərd-sərim.
Göy qurşağı, sonda olar hədərim,
Mən Şəhid Oldum! Fəxr et, Kamranla! ?????
Qələbə tarixin yazdı Şəhidlər,
Canıyla-qanıyla, ölməz Şəhidlər.
Əbədi iftixar, canlı Şəhidlər,
Mən Şəhid Oldum! Fəxr et Kamranla! ???
19.01.2022.səhər:09.00.
"102xeber.com Xəbərlər Portalının" Baş Direktor Müavini, Milli Məclis Xəbər.az Xəbər Portalı" Təsisçi. Baş Direktor".
"Dostluq Məşəli" İctimai Siyasi-hüquq Qəzetin Şöbə Müdiri, "Dostluq Məşəli Qəzetin" Məhdud Məsuliyyətli Cəmiyyətin Əlillər Təşkilatının Rəhbəri. "OBZOR QORODA" kanalının Direktoru və Ssenaristi.
Xalqını sevən: Fəridə Səxavətli.