beynalxalqictimainazaret.az

DTX tərəfindən saxlanılan sabiq icra başçısı görün kimlərdən RÜŞVƏT ALIRMIŞ

Tarix:29-03-2021, 12:44
Baxış Sayı:341

DTX tərəfindən saxlanılan sabiq icra başçısı görün kimlərdən RÜŞVƏT ALIRMIŞ


Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevin bəzi cinayət əməlləri üzrə detallar məlum olub.
 “Qafqazinfo” məlumatına görə, hazırda həbsdə olan İ. Vəliyev icra hakimiyyətinin şöbə müdiri olmuş Anar Cəfərov vasitəsilə vəzifələri ilə əlaqədar himayədarlıq etmək və əməllərinə laqeydlik göstərmək müqabilində rayondakı digər vəzifəli şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

Belə ki, A.Cəfərov İsmayıl Vəliyevin tapşırığı ilə rayonun Xıllı qəsəbə bələdiyyəsinin sədri Muxtar Rəsulovdan 2015-ci ildə maneəsiz fəaliyyət göstərməsinə görə 2 min manat rüşvət alaraq icra başçısına verib. Adıçəkilən şəxs eyni məbləğdə pulu həmin adamdan oxşar məqsəd üçün 2020-ci ildə də tələb edərək alıb.

Bundan başqa, A.Cəfərov rayonun Tatarməhlə kənd bələdiyyəsinin sədri Qabil Mehdiyevin xidməti fəaliyyətində edəcəyi hərəkətlərə laqeydlik göstərmək və himayədarlıq etmək üçün ondan 6 min manat rüşvət alaraq İsmayıl Vəliyevə verib.  A.Cəfərov Q. Mehdiyevdən 2020-ci ildə də himayədarlıq məqsədilə 6 min manatı təkrar alaraq icra başçısına verib.

Həmin kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəxrəddin Nəzirov da oxşar məqsədlər üçün icra başçısına Anar Cəfərov vasitəsilə 6 min manat rüşvət verib.

Qeyd edək ki, DTX-nin keçirdiyi əməliyyat nəticəsində İsmayıl Vəliyevlə birgə onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanılıb.

Onlar barəsində rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərlə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider