beynalxalqictimainazaret.az

Sərhəddə təxribat törədən ermənilərin bir hissəsi qaçıb - Rəsmi Bakı

Tarix:27-05-2021, 11:23
Baxış Sayı:393

Sərhəddə təxribat törədən ermənilərin bir hissəsi qaçıb - Rəsmi Bakı


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən cari ilin mayın 27-də Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Yol-xeber.az"a verilən xəbərə görə, həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək saxlanılıblar.

“Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir.

Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.

Azərbaycan, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.

Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır”, - deyə qeyd olunub.

ZƏFƏR BÖYÜKBƏYLİ: Milli Qürurdan Beynəlxalq Nüfuza: Prezident İlham Əliyevin Yaratdığı Güclü Azərbaycan Reallığı
ZƏFƏR BÖYÜKBƏYLİ: Milli Qürurdan Beynəlxalq Nüfuza: Prezident İlham Əliyevin Yaratdığı Güclü Azərbaycan Reallığı
Sevinc Baxşəliyeva – İnsan sağlamlığının keşiyində tibb bacısı əməyinin dəyəri
Sevinc Baxşəliyeva – İnsan sağlamlığının keşiyində tibb bacısı əməyinin dəyəri
Abbas Bağırov – “Qələbə Tibb Mərkəzi”ndə elmi biliklə idarəçilik məsuliyyətini birləşdirən direktor
Abbas Bağırov – “Qələbə Tibb Mərkəzi”ndə elmi biliklə idarəçilik məsuliyyətini birləşdirən direktor
Nurlan Həsənov – Abşeronun yerli idarəçiliyində təşkilati əməyin dəyəri
Nurlan Həsənov – Abşeronun yerli idarəçiliyində təşkilati əməyin dəyəri
Ruslan Zöhrabov: Tarixi Zəfərdən Böyük Gələcəyə: Prezident İlham Əliyevin Müəyyənləşdirdiyi Azərbaycan Yolu
Ruslan Zöhrabov: Tarixi Zəfərdən Böyük Gələcəyə: Prezident İlham Əliyevin Müəyyənləşdirdiyi Azərbaycan Yolu
Murad Cənnətov – Bilgəhdə dəqiqlik və diqqət tələb edən işin məsuliyyətini daşıyan mütəxəssis
Murad Cənnətov – Bilgəhdə dəqiqlik və diqqət tələb edən işin məsuliyyətini daşıyan mütəxəssis
Azad müəllim – İnsanlığı, xeyirxahlığı və rəhbərlik məsuliyyəti ilə seçilən şəxsiyyət
Azad müəllim – İnsanlığı, xeyirxahlığı və rəhbərlik məsuliyyəti ilə seçilən şəxsiyyət
İnsan həyatına həsr olunmuş peşəkar ömür – Həkim Sevinc Ağayevanın şərəfli və məsuliyyətli fəaliyyəti
İnsan həyatına həsr olunmuş peşəkar ömür – Həkim Sevinc Ağayevanın şərəfli və məsuliyyətli fəaliyyəti