beynalxalqictimainazaret.az

İctimai Nəzarət Koalisiyası bölgələrdə geniş fəaliyyətə başladı – VİDEO

Tarix:14-04-2021, 10:41
Baxış Sayı:188



“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq

müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”

Ümummilli Lider Heydər Əliyev

Ölkəmizdə karantin dövrdə fəallığı ilə seçilən azsaylı vətəndaş cəmiyyəti təsisatlarından biri də İctimai Nəzarət Koalisiyasıdır. Pandemiya qadağalarına uyğun olaraq kütləvi tədbirlər keçirə bilməsə də, İNK dövrün ictimai-sosial texnologiyalarına uyğun fəaliyyət planı hazırlamış, yalnız mərkəzi ofisin yerləşdiyi paytaxt Bakıda deyil, həm də respublikamızın bütün bölgələrində əhəmiyyətli işlər görməkdədir.

Sıralarında 120-a yaxın təsisatı – QHT, KİV, sayt və başqa qurumları birləşdirən İctimai Nəzarət Koalisiyası İdarə Heyətinin sədri, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İB-nin I vitse-prezidenti, “Sabitlik və İnkişaf” Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış ictimai lider Rasim Məmmədov aprelin 8-də Gəncə şəhəri, eləcə də Tərtər və Ağstafa rayonlarında işgüzar səfərdə olmuşdur.https://www.youtube.com/embed/kIb_x7KiaAs?feature=oembed

İNK lideri Rasim Məmmədov İNK fəalları ilə görüşüb ictimai-sosial müzakirələr aparmaqla yanaşı, o şəhər və rayonların ictimai fəallarını maraqlandıran problemləri dinləmiş, qaldırılan məsələlər barədə aidiyyəti dövlət qurumlarına müraciətlər etmişdir.

İNK sədri eyni zamanda Gəncə hadisələrində zərərçəkmiş bir sıra vətəndaşlara baş çəkmişdir, onarın qayğıları ilə maraqlanmış, söhbətlər aparmışdır.

İctimai xadim Rasim Məmmədov, İNK Gəncə şəhər şöbəsinin sədri Şəkər Seyidova, İNK Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə, Tərtər İcra hakimiyyətinin başçısı Müstəqil Məmmədov və MM-in deputatı Sahib Əliyevlə də görüşmüş, söhbətlər aparmışdır.

Səfərdən sonra mediaya verdiyi açıqlamalarda İNK sədri Rasim Məmmədov bir ictimai aktivist olaraq onu qayğılandıran məsələlərə toxunmuşdur.

Heç kimə sirr deyil ki, İnternet, İKT, sosial şəbəkələr, o cümlədən mobil rabitə və smartfonlar ildırım sürətilə insanların həyatını, dünyagörüşünü, yaşam tərzini, hətta estetik-etik düşüncəsini dəyişməkdədir. Bundan yararalanan qüvvələr hər hansı bir cəmiyyəti, hətta ayrıca xalqı idarə etmək üçün hər gün yeni alətlər, innovasiya və kreativlik adı altında ictimai şüura ciddi təsir edə bilən formatlardan bəhrələnirlər. İstər ölkə daxilindəki bəzi gizli qüvvələr, istəsə də xaricdəki bizi sevməyən güclər istədikləri dövlətdə olduğu kimi Azərbaycanda gizli, ya da açıq siyasi layihələr həyata keçirirlər. Bu zaman hər bir cəmiyyətin intellektual səviyyəsi, milli-mental dəyərləri, etik-mənənəvi dünyası xüsusi nəzərə alınır, təsir alətlərinin kəskinliyini azaldıb-artırmaqla cəmiyyətdə olan ümumi psixoz durumu idarə edirlər. İctimai-sosial, iqtisadi-siyasi, mədəni-dini ideologiyalara xidmət edən yeni alətlərə maraqlı terminlər – adlar qoyulur.

Bu baxımdan hər zaman dövlətçilik keşiyində duran platforma – İctimai Nəzarət Koalisiyası olaraq biz xüsusən bölgələrimizdəki durumla yerindəcə və yaxından tanış olmaq üçün illik fəaliyyət planlarımıza uyğun, vaxtaşırı olaraq müxtəlif regionlarımıza səfərlər təşkil edir, ictimai-sosial monitorinqlər keçiririk.

İnternet və sosial şəbəkələrin son dəbdə olan alətləri trendlər, habelə memlərdir ki, onlardan da gizli reklam, ideoloji-psixoloji həmlələr, siyasi-dini, mədəni-mənəvi təzyiq vasitəsi kimi xalqın əsrlər boyu oturuşmuş dəyərlərinə qarşı istifadə edirlər.

Son vaxtlar sosial şəbəkələrdə və mühacirətdəki bir qrup manqurtlaşmış gənclərin simasında biz ağrılı məsələlərə çevrilən bu milli aşınma probleminə diqqəti cəlb etmək üçün son 5 ildə yüzlərlə ictimai dinləmələr, sosial müzakirələr, İnternet debatları, virtual polemikalar təşkil etmişik. Söyüş taktikasını, fanatik təriqətçilər, mühacirətdəki tələbə və gənclərimizin beyinlərinin yuyulması, İnternet, mass-media, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimizə elan edilmiş psixo-etnik müharibələr, missioner fəaliyyəti nəticəsində dini dəyərlərimizə vurulan zərbələr, ədəbiyyat, mədəniyyət, elm tariximizdə unudulmaz islər qoyub getmiş dəyərli şəxslərimizə, tarixi şəxsiyyətlərimizə atılan çamurlar haqqında danışmaqdan, ictimai SOS həyəcanımızı qaldırmaqdan artıq yorulmuşuq. Bir tərəfdən ateizmi, digər tərəfdən dağıdıcı radikallığı, liberallığı, meşşanlığı, daha nələri, nələri bu yeni nəslin nümayəndələrinin baş-beyninə elə yeridiblər ki, bir balaca dili və ağlı olan gənclərimiz Zərdüşt peyğəmbər, Dədə Qorqudu, Nizami, Füzuli, Axundov, Rəsulzadə, Səməd Vurğun, hətta ictimai-siyasi liderlərimizi tənqid, çoxhallarda isə təhqir edir, muasirlərimiz olan dəyərli xadimləri bəyənmirlər. Babək, Koroğlu, Qaçaq Nəbi, Qatır Məmməd kimi igidlərimizi bir qırağa atır, gənclərimizin böyük qismi Rembo, Polad Əlamdar, Robin Qudu özünə kumir götürür. Milli ideologiyanın zəiflədiyi bir vaxtda, ali və orta təhsildən, ciddi mütaliədən kənar qalan yeniyetmələri, gəncləri isə müxtəlif xarici qara qüvvələrin toruna düşməsi gözləniləndir.

Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağdakı qalibiyyətimizlə nəticələnən son müharibədən sonra cəmiyyətimiz və dünyaya səpələnmiş 55 milyonluq soydaşlarımız Azərbaycançılıq ətrafında sıx birləşsələr də, hər zaman bütövlüyümüzə xələl gətirəbilən qara qüvvələr, beynəlxalq güclər hər zaman hücuma hazır vəziyyətdədirlər.

İNK-nın nəzdində Gənclər üçün Kreativ-innovativ ideyalar mərkəzi, psixoloji mərkəz, Gənclər Təşkilatları yaratmışıq. Ancaq onu da vurğulayaq ki, təkcə ictimai təpkilət və sosial-mədəni müqavimətlə bu qarşısıalınmaz psixo-mənəvi həmlələrin qarşısını almaq mümkün deyil. Gərək bizdə də dövlət, özəl, ictimai və mədəni qurumlar səylərini birləşdirib əməli fəaliyyətə keçsinlər

Vətəndaş cəmiyyəinin inkişafında yeni nəsil nümayəndələrinin fəal iştirakı, eləcə də gənclər QHT-lərinin əvəzsiz rolu danılmazdır. İstər minlərlə layihələrin həyata keçirilməsində, istərsə də beynəlxalq aləmdə, xarici qlobal təşkilatlarını müxtəlif platformalarında ardıcıl səviyyəli fəaliyyət quran gəncləri hər zaman dəstəkləmişik və bundan sonra da gəncliyimizin yanındayıq.

İctimai Nəzarət Koalisiyası həm paytaxtda, həm də bölgələrdə geniş fəaliyyətə başlamaqla qazilərimizin, şəhid ailə üzvlərinin, gənclərin dövlətçilik mövqeyini daha da möhkəmlətmək, onları Azarbaycan amalı uğrunda ölkə başçısının ətrafında daha da sıx birləşməsini təbliğ edir.

Ayxan Əbilli


Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib