beynalxalqictimainazaret.az

Azərbaycan Xankəndinə nəzarəti ələ keçirəcək - Türkiyəli hərbi ekspertdən AÇIQLAMA

Tarix:2-04-2021, 13:40
Baxış Sayı:281

Azərbaycan Xankəndinə nəzarəti ələ keçirəcək - Türkiyəli hərbi ekspertdən AÇIQLAMA


"Qarabağ Zəfərindən sonrakı müddət Azərbaycan baxımından həm siyasi, həm diplomatik, həm də beynəlxalq hüquq mübarizəsi prosesi kimi dəyərləndirilməlidir"

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.



Türkiyəli ekspert bildirib ki, mübarizə həbi müstəvidən çıxıb siyasi, beynəlxalq hüquq və diplomatik bir mübarizə mərhələsinə keçib:

"Bundan sonrakı mərhələdə Azərbaycan siyasi, diplomatik və beynəlxalq hüquq cəhətdən mübarizəsini aparmalıdır. Lazım olacaqsa, bu mübarizə hərbi əməliyyat və yaxud da antiterror əməliyyatlarına da dönə bilər. 10 Noyabr Bəyanatının maddələri çox aydındır. Bəyanatın maddələrini kimlərsə pozmağa cəhd edə bilərmi? Bəli, kimlərsə bu maddələri təhrif etmək istəyə bilər. Bu, Rusiya da ola bilər, Rusiyanın içərisində bir qrup da ola bilər, Ermənistan da ola bilər və ya Ermənistanın arxasında dayanan bəzi ölkələr də ola bilər. Yəni, Bəyanatın maddələri bəzi təhriflərlə qarşı-qarşıya qala bilər. Buna mane olacaq tək şey Azərbaycan və Türkiyənin ortaya qoyacaqları iradədir. Yəni, Türkiyə və Azərbaycan bəyanatın maddələrinə əməl edilməsi məqsədilə lazım olan addımları atdıqları, qətiyyət nümayiş etdirdikləri təqdirdə bu məsələni həll edəcəklər.



Əgər bəyanatın bəndləri yerinə yetirilməzsə, açığı bu işin başqa cür həll variantı meydana çıxa bilər. Bu aspektdən baxıldıqda deyilməsi lazım olan tək şey, müqavilənin bəndlərinin icrasında ləngimə baş verə bilər, amma bunun qalıcı olması çox böyük bir problem yarada bilər. Çünki nəticədə müharibədən qaynaqlanan çox böyük bir travma var. Real vəziyyət bu travmaya bağlı olaraq və ya Rusiyanın bəzi məsələləri həzm problemi ilə bağlıdır. Amma bu, mübarizənin bitməsi mənasına gəlmir. Yəni Türkiyə və Azərbaycan Qarabağın rus sülhməramlılarının nəzarətində qalan torpaqlarını öz nəzarətlərinə keçirmək üçün mübarizəni davam etdirəcəklər.



Mübarizə həbi müstəvidən çıxıb siyasi, beynəlxalq hüquq və diplomatik bir mübarizə mərhələsinə keçib. Bu da əslində yenə bir güc mübarizəsidir. Bu mübarizəni də qazanacağıq. Mən Azərbaycanın bu mübarizədən çəkildiyini qətiyyən görmürəm. Amma savaşın o nöqtədəki həssaslığı belə bir üçtərəfli bəyanatın qəbul edilməsinə zəmin yaratdı. Yoxsa bu, torpaqlardan əlimizi üzdük mənasına gəlmir".

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir