beynalxalqictimainazaret.az

Prezident xalqı təbrik etdi

Tarix:18-03-2021, 12:16
Baxış Sayı:317

Prezident xalqı təbrik etdi


Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.
Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əziz Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı və səadət arzulayıram.

Novruz bayramı bizə ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarıdır. Bu bayram Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünün, gələcəyə nikbin baxışının, bütövlükdə milli varlığımızın dolğun təcəssümü olub, mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutur. Yad təsirlərdən qoruyaraq layiqincə yaşatdığımız Novruz ənənələri çoxəsrlik keçmişinə daim ehtiramla yanaşan xalqımızın, eyni zamanda, bəşər mədəniyyətinə töhfəsidir.

Yaz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Şadam ki, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə biz sınaq anında yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsmiş, yurdumuzu bədxah düşməndən təmizləmiş və ədaləti qanımız bahasına bərpa etmişik. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir.

Xalqımızın qalibiyyət ovqatını bütün qəlbi ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. İnanıram ki, yaz fəslinin qurub-yaratmaq əzmimizi artıran yeniləşdirici ab havası ilə həmahəng birlik və həmrəylik nümayiş etdirəcək, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik.

Hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm. Bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!"

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir