beynalxalqictimainazaret.az

Cabbar Bəbişov: Qürur və fəxarət salnaməsi

Tarix:16-10-2024, 10:36
Baxış Sayı:789

Cabbar Bəbişov: Qürur və fəxarət salnaməsi


Ağcabədi rayon Sarvanlar kənd ərazi icra nümayəndəsi Cabbar Bəbişov -  15 oktyabr 2023-cü il tarixində Prezident İlham Əliyev Qarabağa qalib sərkərdə kimi qədəm qoyaraq Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu tarixi hadisə dünya azərbaycanlılarını ürəkdən sevindirdi, qürurlandırdı. Ali Baş Komandanın xalqa müraciəti 20 illik fəaliyyət tarixinin ən möhtəşəm səhifələrindən biri idi.
Xankəndinin əsas meydanından xalqa müraciət edən dövlətimizin başçısı bildirdi ki, iyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.
Ötən iyirmi il ərzində Azərbaycan gücləndi, dünya miqyasında öz layiq yerini tuta bildi. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir: “Ulu Öndərin 100 illiyini hər bir azərbaycanlının ürəyində yaşayan Şuşada qeyd etmək bizim üçün böyük rəmzi məna daşıyır. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”.
Dövlətimizin başçısı Xankəndindəki çıxışı zamanı bildirdi ki, separatçı rejimin rəhbərliyində olanların bəziləri indi Bakıdadır: “Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir. Biz istədiyimizə nail olduq. Azərbaycan xalqının onilliklər ərzində olan arzuları çin oldu. Azərbaycan xalqının ləyaqəti bərpa olundu. Biz torpaqlarımızı geri qaytarmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik”.
Üçrəngli bayrağımızın Xankəndidə, Xocavəndə, Xocalıda, Ağdərədə və Əsgəranda dalğalanması Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətinin, xalqımızın gücünün, möhkəm iradəsinin və monolit birliyinin parlaq nümunəsidir. Heç şübhəsiz, bu möhtəşəm Qələbənin əhəmiyyəti qədirbilən xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq.

ZƏFƏR BÖYÜKBƏYLİ: Milli Qürurdan Beynəlxalq Nüfuza: Prezident İlham Əliyevin Yaratdığı Güclü Azərbaycan Reallığı
ZƏFƏR BÖYÜKBƏYLİ: Milli Qürurdan Beynəlxalq Nüfuza: Prezident İlham Əliyevin Yaratdığı Güclü Azərbaycan Reallığı
Sevinc Baxşəliyeva – İnsan sağlamlığının keşiyində tibb bacısı əməyinin dəyəri
Sevinc Baxşəliyeva – İnsan sağlamlığının keşiyində tibb bacısı əməyinin dəyəri
Abbas Bağırov – “Qələbə Tibb Mərkəzi”ndə elmi biliklə idarəçilik məsuliyyətini birləşdirən direktor
Abbas Bağırov – “Qələbə Tibb Mərkəzi”ndə elmi biliklə idarəçilik məsuliyyətini birləşdirən direktor
Nurlan Həsənov – Abşeronun yerli idarəçiliyində təşkilati əməyin dəyəri
Nurlan Həsənov – Abşeronun yerli idarəçiliyində təşkilati əməyin dəyəri
Ruslan Zöhrabov: Tarixi Zəfərdən Böyük Gələcəyə: Prezident İlham Əliyevin Müəyyənləşdirdiyi Azərbaycan Yolu
Ruslan Zöhrabov: Tarixi Zəfərdən Böyük Gələcəyə: Prezident İlham Əliyevin Müəyyənləşdirdiyi Azərbaycan Yolu
Murad Cənnətov – Bilgəhdə dəqiqlik və diqqət tələb edən işin məsuliyyətini daşıyan mütəxəssis
Murad Cənnətov – Bilgəhdə dəqiqlik və diqqət tələb edən işin məsuliyyətini daşıyan mütəxəssis
Azad müəllim – İnsanlığı, xeyirxahlığı və rəhbərlik məsuliyyəti ilə seçilən şəxsiyyət
Azad müəllim – İnsanlığı, xeyirxahlığı və rəhbərlik məsuliyyəti ilə seçilən şəxsiyyət
İnsan həyatına həsr olunmuş peşəkar ömür – Həkim Sevinc Ağayevanın şərəfli və məsuliyyətli fəaliyyəti
İnsan həyatına həsr olunmuş peşəkar ömür – Həkim Sevinc Ağayevanın şərəfli və məsuliyyətli fəaliyyəti