beynalxalqictimainazaret.az

Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"

Tarix:7-04-2024, 12:14
Baxış Sayı:747


Bir necə gün əvvəl yerli KİV-də "Bakıda kişinin intim videosunu gizli çəkərək onu şantaj edən dörd nəfər tutulub" sərlövhəli xəbər dərc olunmuşdur. Məlumatda bildirilirdi ki, "X.Qulamov (şərti ad) adlı vətəndaş tanımadığı şəxslər tərəfindən hədələnib. Bundan sonra o, Xəzər RPİ-yə müraciət edib. O, bildirib ki, bir müddət əvvəl paytaxt ərazisində qadınla tanış olub və həmin qadınla intim münasibətdə olan zaman videoları lentə alınıb.

Sonradan bir qrup şəxs tərəfindən həmin videolarla şantaj edildiyini deyən şikayətçi onlara görüntülərin yayılmaması müqabilində 3 000 manat pul verdiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə Bakı və Sumqayıt şəhər sakinləri, 40 yaşlı Fəyaz Səlimov, 38 yaşlı Əli Məmmədov və dəstənin daha iki qadın üzvü saxlanılıblar." 


Xəbərim.info portalının təsiscisi və baş redaktoru Əhmədova Dilşad Zabit qızı BİA.az-a müraciət edərək yuxarıda qeyd etdiyimiz xəbərin 
insanları caşdırmaq ücün qəsdən yayılan dezinformasiya oldugunu bildirir:
 "Bilmirəm bu xəbəri mənbə kimi dərc edən sayt faktları haradan alıb, yazdıqları tamamilə uydurmadan ibarətdir. Əslində nə baş verib? Bakıda yaşayan Ə.Səlimova (şərti ad) ərizə ilə redakciyamıza şikayət edib və baş redaktor kimi məni cəkiliş qrupu ilə birlikdə yaşadıgı ünvana dəvət edib. Mən yuxarıda adı cəkilən şəxslərlə, yəni hazırda həbs olunan kameraman Məmmədov Əli və sürücü Səlimov Fəyyazla həmin ünvanda olub şikayətci Ə.Səlimovanın (şərti ad) evində onun video-şikayəti öz dilindən lentə alınmış, redaksiyamıza ünvanladıgı şikayət ərizəsini bir daha şəxsən özü və qarşı tərəf ilə araşdırıb dəqiqləşdirmişəm. Biz redakciya işciləri o şikayətci xanımı, anasını, həddi-buluga catmayan bacısını və qarşı tərəfi ilk dəfə görüb, tanımışıq. Nə əvvəlcədən onların intim videosunu cəkmək, kimisə o video ilə şantaj etmək?! Bizə şikayətci tərəfindən hec bir intim video görüntülər təqdim olunmayıb. Ortada hec belə video görüntülər də yoxdur. Bəs görəsən, bu qondarma faktları ölkədə dürrüstlüyü, qərəzsizliyi, tərəfsizliyi ilə tanınan qop-qoca bir sayıta kim və ya kimlər ötürüb, məqsədləri nədir? Sayıtın rəhbərindən xaiş edirəm, həmin xəbəri araşdırsınlar, oxuculara əlavə məlumat versinlər. Bir faktı mən deyim, onların bilərəkdən və ya bilməyərəkdən müdafiə etmək istədikləri özünü "həci" adlandıran bu harınlamış və görməmiş qumsatan iş adamı şikayətcinin iddiasına görə xeyli müddətdir ki, onu, anasını və azyaşlı bacısını aldadaraq hər gün ayrı-ayrılıqda onların biriylə kef cəkib. Hətta bu günlərdə azyaşlı bacıdan bir uşaq da dünyaya gətirib." 
 
Sonda baş redaktor Dilşad Əhmədova qeyd edib ki, hazırda Xəzər RPİ-də faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. O, şikayətcinin redaksiyaya təqdim etdiyi şikayət ərizəsini və video-şikayətin lent yazısını, şikayətcilərin şəxsiyyət vəsiqələrinin surətlərini və s. istintaga təqdim edib. 

Mövzunu diqqətdə saxlayacagıq. 


BİA.az

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir