beynalxalqictimainazaret.az

Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir

Tarix:29-11-2023, 11:40
Baxış Sayı:432



Bəzi internet saytlarında "Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.  Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Ziyəddin Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.


"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ziyəddin Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib 4 yerdə isə SES-in tikintisi davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
 

Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.
Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.  











İtaliya-Azərbaycan elektrik enerji sahəsində mühüm razılaşmalar


Bu ilin fevral ayında Prezident İlham Əliyev və İtalyanın şirkətlər və “Made in Italy” naziri Adolf Ursonun iştirakı ilə təməli qoyulan və müstəqillik dövründə tikilən ən böyük elektrik stansiyasında işlər “AzərEnerji” tərəfindən sürətlə davam etdirilir. Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində inşa edilən 1280 meqavatlıq yeni elektrik stansiyasına artıq İtaliyanın Ansaldo Energia şirkəti tərəfindən istehsal olunan 2 ədəd qaz turbini və 2 ədəd generator gəmiyə yüklənərək Azərbaycana göndərilib və Bakıdakı limandan ən ağır yüklərin daşınmasını həyata keçirən xüsusi qoşqulu vasitələrlə Mingəçevirə daşınıb. Qeyd edək ki, hər birinin çəkisi 300-400 ton olan turbin və generatorların yolboyu körpülərin altından xüsusi tədbirlər görülərək keçirilib. Beləliklə, Ansaldo Energia şirkəti tərəfindən göndərilən 2 dəst turbin və generatorlar artıq yerinə qoyulub, 2 dəsti isə hazırda sifarişə uyğun olaraq İtaliyada yığılır və gələn ilin ilk aylarında göndəriləcək.
Bu arada isə İtaliyanın Ansaldo Energia şirkətinin rəhbəri Fabbrizio Fabrinin rəhbərlik etdiyi nümayəndə heyəti yeni tikilən elektrik stansiyasına gəliblər. Qonaqlar ilk öncə “AzərEnerji”nin rəhbəri Baba Rzayevin iştirakı ilə Mingəçevirdəki “Azərbaycan” İstilik Elektrik Stansiyasının həyətində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra rekonstruksiya olunan bloklara, tikinti ərazisinə baxış keçirilib, işin gedişatı ilə tanış olunub. Daha sonra İtaliya Azərbaycan dostluğu, işin gedişatı, tikinti, quraşdırma işləri ilə bağlı iclas keçirilib. İclasda Ansaldo ilə “AzərEnerji” arasında köməkçi avadanlıqların istehsalı, kadr mübadiləsi, ehtiyat hissələrin hazırlanması və digər məqamlarla bağlı geniş fikir mübadiləsi aparılıb.
Səfərin sonunda Ansaldo Energia şirkətinin nümayəndə heyəti ADA Universitetində olublar və  İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universiteti, “AzərEnerji” ASC, Ansaldo Energia və Turin Universiteti arasında anlaşma memorandumu imzalanıb. Razılaşmaya əsasən “AzərEnerji”nin Şüvəlandakı “Şimal” Elektrik Stansiyasının ərazisində Tədris və Laboratoriya Mərkəzi yaradılacaq. Buradaqlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, rəqabətqabiliyyətli, yüksəkixtisaslı peşəkar kadrların hazırlanması təmin ediləcək.




Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi