beynalxalqictimainazaret.az

Seymur Orucov şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir

Tarix:18-11-2023, 11:25
Baxış Sayı:442



Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Ağstafa RİH başçısı Seymur Orucov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Bəzi internet saytlarında Ağstafa RİH başçısı Seymur Orucov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir.  Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Seymur Orucov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Ağstafa RİH başçısı Seymur Orucov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Seymur Orucovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Seymur Orucov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Ağstafa şəhərində məişət, elektronika, tekstil və digər növ əşyaların satışının təşkil olunduğu “WELLHOME” mağazası ağstafalıların istifadəsinə verilib



Ağstafa RİH başçısı Seymur Orucov müavinləri ilə birlikdə mağazanın istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə iştirak edib, ticarət obyektində yaradılan şəraitlə yaxından tanış olub.

İş adamı, mağazanın təsisçisi Elşad Vəliyev ölkəmizdə özəl sektorun inkişafı üçün yaradılan münbit şəraitə görə ağstafalı sahibkarlar adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirərək qeyd edib ki, sahibkarlığın inkişafı istiqamətində qurulan sağlam dövlət-özəl sektor münasibətlərinin məntiqi nəticəsidir ki, respublikamızın hər yerində olduğu kimi Ağstafa rayonunda da özəl sektorun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. O, diqqətə çatdırıb ki, hər bir ev üçün tələb olunan əşyaların satışının təklif olunduğu ticarət obyektində xaricdən gətirilən məhsullarla yanaşı yerli istehsalçıların da yüksək keyfiyyətli məhsulları yer alır. İlk gündən alıcılar üçün təklif olunan sərfəli alış-veriş kampaniyalarının davamlı olacağını diqqətə çatdıran sahibkar, fəaliyyətə başlamaları ilə Ağstafada yeddi yeni iş yerinin açılmasının da əsas hədəflərindən olduğunu bildirib.

(“WELLHOME” mağazası Ağstafa şəhəri, Heydər Əliyev prospekti, 5A. ünvanında Səməd Vurğun adına istirahət parkı ilə üzbəüz yerləşir.)







Seymur Orucov Soyuqbulaq qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib



Köçvəlili kənd inzibati ərazi dairəsinə aid yaşayış mənətəqəsində keçirilən səyyar qəbul müvafiq qrafikə uyğun olaraq Soyuqbulaq qəsəbə tam orta məktəb binasının iclas zalında təşkil olunub. Vətəndaş qəbulunda başçının müavinləri, RİH-in və aidiyyəti üzrə idarə, müəssisə, təşkilatların məsul əməkdaşları, eləcə də sakinlər iştirak ediblər.

RİH başçısı qeyd edib ki, ölkə rəhbərliyinin konkret tapşırığına uyğun olaraq respublikamızın hər yerində mütəmadi qaydada vətəndaşların səyyar qəbullarının keçirilməsində başlıca məqsəd əhalini narahat edən məsələləri ətraflı araşdıraraq kompleks şəkildə həllinə nail olmaq və vətəndaş məmnunluğunu artırmaqdan ibarətdir. Həmçinin vətəndaşlar rayon mərkəzinə gedərək əziyyət çəkmədən “www.rih.gov.az” portalına daxil olmaqla  onlayn qaydada “Rəqəmsal İcra Hakimiyyəti” vasitəsi ilə istənilən təklif və müraciətlərini aidiyyəti üzrə çatdıra bilərlər.

Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər qeydiyyata alınaraq nəzarətə götürülüb. Hər bir məsələ ətrafında geniş müzakirələr aparılıb və həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə müavfiq tapşırıq və tövsiyələr verilib.

Qəsəbə ictimaiyyətinin nümayəndələri İlham İsayev və Rasim Osmanov 8 Noybar – Zəfər Gününün üçüncü ildönümündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Xankəndi şəhərində keçirilən möhtəşəm hərbi paradın hər bir azərbaycanlının qəlbində əbədi olaraq qürur hisslərinin alovlandırdığını qeyd edib, ölkəmizin tərəqqisi, ərazi bütövlüyünün bərqərar olması və əminəmanlığı üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.






Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi