beynalxalqictimainazaret.az

İCRA BAŞÇISI: “Siz, Prezident Aparatına yazırsınız. Mən də, surətləri mənə göndərilən həmin kağızlara baxmadan, tualetdə istifadə edərək, atıram!”

Tarix:6-06-2023, 15:50
Baxış Sayı:220




Məmur özbaşınalığının və harınlığın daha bir təsdiqi

Ölkə mətbuatında xəbər yayılıb ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov da, borclu olduğu sahibkarları qəbul edərək, onları təhdid edib. Bu barədə verilən məlumatlarda deyilir ki, o, borclu qaldığı külli miqdarda pulu qaytarmamaq üçün, biabırçı və məmur etikasına uyğun olmayan ifadələr işlədib. İş adamlarına qəbul otağında deyib ki, ondan pul istəməsinlər. Əks təqdirdə, 50 min manat verib, onları həbs etdirəcək.

"Azərbaycan Reallığı" xəbər verir ki, BakuPress.az-ın əldə etdiyi digər bir məlumata görə, həmin qəbulda, baş verən bir başqa məsələyə də aydınlıq gəlib. Məlum olub ki, Zakir Fərəcov sahibkarları təkcə həbslə hədələməyib. Həm də, onların dövlət qurumlarına etdiyi şikayətləri belə əhəmiyyətsiz hesab edib. Sahibkarların verdiyi məlumata görə, icra başçısı qəbulda onlara deyib ki, əziyyət çəkib Prezident Admnistrasiyasına, başqa dövlət qurumlarına müraciət etməsinlər, bunun heç bir xeyrini görməyəcəklər:

 “Zakir Fərəcov bizə dedi ki, boş yerə özümüzü yorub, müraciət etməyək. Bildirdi ki, həmin müraciətlərin surətləri, dərhal ona göndərilir. Daha sonra, o: “Siz Prezident Aparatına, başqa yerlərə yazırsınız. Onlar da, həmin müraciətləri mənə göndərirlər. Mən də, həmin kağızları götürüb, tualetdə istifadə edərək, atıram”, — dedi”.

Sahibkarlar onu da qeyd edirlər ki, Zakir Fərəcovun bu sözləri dövlət məmuruna, ölkənin üçüncü ən böyük şəhərinin rəhbərinə yaraşmır. Onlar Fərəcovun bu qədər özbaşına, harın və kimsədən çəkinməyən olduğu üçün təəccübləniblər: “Bu adamın Preziden Administrasiyasının ona ünvanladığı sənədləri kağız parçası hesab etməsi elə də dəhşətli deyil. Ən dəhşətlisi odur ki, Zakir Fərəcov həmin kağızları tualetdə istifadə etdiyini, yəni tualet kağızı qədər dəyəri olduğunu açıq və çəkinmədən deyir. Ölkə tarixində hələ heç bir icra başçısı onun fəaliyyətini tənzimləyən Prezident Aparıtını bu qədər aşağılayıb, təhqir etməyib. Görünür, Fərəcovun arxası dövlətdən, onun qurumlarından daha üstündür ki, o, özündə belə cəsarət tapıb, dövlət qurumunun sənədini tualet kağızı hesab edir”.

İş adamları onu da bildiriblər ki, bütün bunlara rəğmən, onlar borclarını almaq üçün, bütün qanuni imkanlardan istifadə edəcəklər. Yaxın günlərdə isə, vəkilləri ilə məsləhətləşərək, Zakir Fərəcovu məhkəməyə belə verməyi planlaşdırırlar.

Qeyd edək ki, Zakir Fərəcovla bir qrup sahibkar arasında borc qalmaqalı hələ 2016-cı ildən start götürüb. Sumqayıt Dənizkənarı Bulvarında və şəhərin müxtəlif yerlərində həyata keçirlən yenidənqurma, tikinti və abadlıq işlərini həyata keçirən şirkətlərə icra başçısının toplam 10 milyon manatdan çox borcu yaranıb. Lakin 7 ildir iş adamları həmin pulu Fərəcovdan ala bilmirlər. Sözügedən şəxs hər dəfə onları bir bəhanə ilə başından edir. Bəzən təhdid dili ilə danışır, bəzən də, həqiqət həbsə qədər davam edir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, həmin görüşdən sonra, Zakir Fərəcov özünə yaxın bildiyi ətrafı ilə bu məsələni müzakirə edərkən belə deyib: “Mən, indi mətbuatda gedən yazılara təkzib verdirə də bilmirəm. Çünki, yuxarılarda da etiraf etmişəm ki, bəli, həmin iş adamlarına o məbləği borcluyam. Onlarla görüşərək, borclarını qaytaracağıma söz vermişəm. Bu etiraf olmasaydı, çoxları əlimdən qurtara bilməzdi, məhkəmələrdə və hüquq-mühafizə orqanlarında onların başlarına oyun açardım!”.

Hələlik, bu yazını nöqtələyirik. Məmur harınlığı və özbaşınalığının daha bir sübutu olan bu ciddi məsələni isə, araz.az xəbər portalı olaraq, həmişə diqqətdə saxlayacağıq. Qarşı tərəfin də, məsələyə münasibətini dinləməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM  

Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Hafiz Kərimov: Qərəzli münasibət sülhə təhdiddir
Hafiz Kərimov: Qərəzli münasibət sülhə təhdiddir