beynalxalqictimainazaret.az

MÜRACİƏT

Tarix:16-03-2021, 10:39
Baxış Sayı:299

MÜRACİƏT


Azərbaycan Respublikasının 
        Prezidenti İlham Əliyev 
        Cənablarına "Gül.-Gün."
        müəssisəsinin sahibkarı
        Niyazov Niyaz Novruz
        oğlu tərəfindən

     
           
MÜRACİƏT


    Möhtərəm Prezidentimiz İlham Əliyev  Cənabları. 
     Sizə inanaraq və güvənərək müraciətdə bildirirəm ki, haqqım yeyilib, ödənməsinə köməklik göstərilməsini xahiş edirəm. 
Uzun illərdir ki, Azərbaycanımızın Yüksək Rütbəli Dövlət Məmurlarının günahları ucbatından "Gül.-Gün." sahibkar müəssisəmin fəaliyyəti deaktivləşib, mən isə müflisləşmişəm. Ailəm aclıq içində yaşamaq məcburiyyətində qalıb. 
   
 1992-ci il dekabr ayında"Gül.-Gün." 
sahibkar müəssisəmi Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmişdim. 1993-cü ilin aprel ayında Xanlar (Göygöl) Rayonu Icra Hakimiyyətinin Başçısı vəzifəsində çalışan Pənah Məmmədovun sərəncamı ilə sahibkar müəssisəmin obyektlərinin tikintisi üçün 0.5 ha torpaq sahəsi götürmüşdüm. 
     1993-cü ilin sentyabr ayında isə Xanlar Rayon Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışan Aşurov Muradın imzası ilə təsdiqlənmiş Qərarla 1.0 ha torpaq sahəsi eyni məqsədlə götürdüm. Sonra həmin əraziyə Xanlar (Göygöl) RİH-i Torpaq Şöbəsinin Müdiri vəzifəsində çalışan Elman Məmmədov mənə Dövlət Aktını da təqdim etdi. Dövlət Aktı artıq, o demək idi ki, torpaq mənim şəxsi mülkiyyətimə keçdi. Hər il Xanlar Rayon Vergi Şöbəsində 1.5 ha ərazinin Torpaq Vergisini ödəyirdim. Torpaq Vergisi Ödəmə Qəbzləri də faktiki olaraq saxlanılır.
   1995-ci ilədək mən obyektlərin tikililərinin xeyli hissəsini həyata keçirə bilmişdim. Tikintilərimə (1993-1994)-cü illərdə (400000)
dörd yüz min manata yaxın pul xərcləmişdim. Bu zamana kimi də Xanlar RİH-dən 1.5 ha torpaq sahəsinin mənə verilməsi sərəncamının və qərarının ləğvi barədə heç bir məlumat daxil olmamışdı. Həmin ərəfələrdə (2003-2006)-cı illərdə  Xanlar RİHB-sı Vilyam Faxralı oğlu Hacıyevlə görüşəndə də bu barədə söhbət getməmişdi. Söhbət gedə də bilməzdi. Ona görə ki, hər bir iş qanun çərçivəsində aparılırdı. Sərəncam, qərar və Dövlət Aktının Ləğvi məsələsi heç kimsəni düşündürməmişdi. Sahibkar müəssisəmə aid olan sənədlərin ləğv olunması məsələsi sonradan, yəni Göygöl RİHB-sı Seyidov Arif Akif oğlunun rəhbərlik etdiyi son illərdə, səhv etmirəmsə 2017-ci ildə maraqlı şəxslər tərəfindən gündəmə gətirilmişdi. 2-ci saxta, yalan məzmunlu məktubu Göygöl Rayonu İcra Hakimiyyəti yazmışdı. Həmin məktub saxta olduğundan Rayonun İcra Hakimiyyətinin Başçısı Seyidov Arif Akif oğlu imzalamaqdan imtina etmisdi. Onun əvəzinə həmin saxta məktubu Göygöl Rayonu İcra Hakimiyyəti Başçısının müavini Rauf Nəsirov imzalamışdı. Göygöl RİHB-sı Seyidov Arif Akif oğlunun bundan xəbəri olmuşdu. Məndən canını tamamilə qurtarmaq üçün Cahangir Əsgərov, onun dəstəkçiləri və bu işlərin iştirakçıları 2-ci saxta məzmunlu məktubun yazılıb imzalanaraq 2017-ci ildə Azərbaycan İqtisadiyyat Nazirliyi, Gəncə-Qazax region bölməsinin rəisi Arzu müəllimə çatdırmasına nail olmuşdular. 
    Nəzərinizə çatdırım ki, birinci saxta, yalan məzmunlu məktub (2003-2006)-cı illər ərzində Xanlar(Göygöl) RİHB-sı vəzifəsində çalışmış Hacıyev Vilyam Faxralı oğlu tərəfindən imzalanaraq Azərbaycan Hava Yollarının rəhbəri Əsgərov Cahangir Cəlal oğluna göndərilmişdi. 
    2004-cü ildə dövlətdən tikintilərimə xərclədiyim (1993-1994)-cü illərdə 400 min manata yaxın pulun kompensasiyası olaraq, (10) on milyon manat ödənilməli idi. Mən uzun illərdir ki, dövlətin aidiyyətı təşkilatı olan Azərbaycan Hava Yolları, QSC-nin Prezidenti Əsgərov Cahangir Cəlal oğlu ilə Kompensasiya milyonlarımı almaq uğrunda kəskin mübarizə aparıram! Əslində bu iş üçün heç bir mübarizə gərək deyil. Hərşey su kimi aydındır. Sahibkar müəssisəmin sənədlərinin hamısı hüquqi cəhətdən tam
doğru və düzgündür.

Bir neçə orqanlara informasiya vasitələrində geniş məlumatlarla yayımlanmışdır. Ölkə Rəhbərliyinə, bir neçə dəfə Sahibkarlar Şurasının Sədrinə (elektron və poçt) ilə müraciət etmişəm. Nəhayət ki, uzun illərdən sonra Azərbaycan Prezident Administrasiyasından bu məsələyə reaksiya verəsi oldular. Müraciətlərimin araşdırılmasını 2016-cı ilin dekabrında İqtisadiyyat Nazirliyinə həvalə etdilər. Bir az əvvəl adlarını sadaladığım sənədlərimin Ləğvi
haqqında məktubu Iqtisadiyyat Nazirliyi, Gəncə-Qazax bölməsinin işçiləri araşdırma apararkən, həmin bölmənin rəisi Arzu müəllimə Göygöl (Xanlar) 
RİHB-sı Seyidov Arif Akif oğlu göndərmişdi. Əslində isə sənədlərin Ləğvi barədə Göygöl RİH-də yazılıb, göndərilmiş məktub yalan və saxta məzmunlu idi. Əgər, belə bir məktub doğrudan da yazılıb İqtisadiyyat Nazirliyə verilibsə, çox böyük saxtakarlığa yol veriblər. Görünür ki, o zaman Vilyam Hacıyevdən yalan, saxta məzmunlu məktubu sifariş edən ən Yüksək və Yüksəkrütbəli məmurlar Arif Seyidova da təsir edə biliblər.

  "Gül.-Gün." sahibkar müəssisəmin tikililərinin Gəncə aeroportunun lap yaxınlığında (Gəncə aeroportunun o zamankı direktoru Qasımov Firuddinin imzası ilə Ədliyyə Naziri Ilyas Ismayılovun adına razılıq məktubu da yazılmışdi. Məktubu təfərrüatı ilə təqdim edə bilərəm.)
yerləşməsində məqsəd 

Gəncə Hava Limanın bütün işçilərinə Güzəştli Xidmət göstərməkdən ibarət idi. Bu barədə tikintiləri başlamazdan əvvəl Gəncə Hava Limanının direktoru Qasımov Firuddinlə hələlik şifahi razılığa gəlmişdik. 
İş başa çatan kimi bu məsələni tamamilə rəsmiləşdirilməsinə razılıq verilmişdi. 
   Əslində başqa yerdə, şəhərdə də qura bilərdim. Mən özüm 1976-cı ildən Hava Limanın işçisi olduğum üçün öz işçilərimizə köməklik etmək istədim. Məqsədimiz xeyirxahlıq idi.
    Aeroport işçilərinə xüsusi xidmət göstərmək və onlara topdan satış qiymətinə mal verəcəyim. Siyahını mən təşkil edib həmin sənədə ikimizdə imza atıb, möhür vuracağını və fəaliyyətimizi davam edəcəydik. Bildiyiniz kimin buna da imkan verməmişdilər. 

    Hətta, tikintiləri tezliklə başa çatdırmaqdan ötrü dostlarımdan maddi vəsait gözləyirdim. Bu arada təəssüflər olsun ki, dövlət sifarişilə Gəncə aerovağzal kompleksinin tamamilə yenidən qurulması məsələsi gündəmə gəldi. Bu zaman(2003-2006)-cı illərdə Xanlar Rayon Icra Hakimiyyətinin Başçısı vəzifəsində (əvvəllər bizlərin tabeliyində işləmiş) Hacıyev Vilyam Faxralı oğlu çalışırdı. Hacıyev Vilyam Faxralı oğlu yalan, saxta məzmunlu məktub yazıb, müəyyən sifarişçilərin xahişlərini yerinə yetirərək Azərbaycan Hava Yolları, QSC-nin prezidenti Əsgərov Cahangir Cəlal oğluna göndərmişdi. Əsgərov Cahangir Cəlal oğlu isə öz növbəsində bu yalan, saxta məzmunlu məktubu əlində əsas tutaraq, dövlət sifarişi həyata keçirilərkən "Gül.-Gün." sahibkar müəssisəsinin məcburi qanuna uyğun olmayan formada sökdürtdürülən tikililərinə sahibkar Niyaz Niyazov Novruz oğlu tərəfindən xərclənmiş (400) min manata yaxın maddiyyatın dövlətdən Kompensasiyasını almasına tam maneçilik törətmişdi.
   Bu işi belə bir vəziyyətə gətirməsində məqsədinin səbəbini Azərbaycan Hava Yolları, QSC-nin prezidenti vəzifəsində çalışan Cahangir Əsgərov Cəlal oğlu hamıdan yaxşı bilir. O zaman Gəncədən yalan məlumatlar vermişdilər. AZAL rəhbərilə bu barədə görüşmək mümkün olmadı. Bu görüşün baş tutması üçün Gəncə Hava Limanının o zamankı və indiki direktoru Nəcəfov Bəylərdən xahiş etdim. Bir neçə gündən sonra Nəcəfov Bəylər müəllim mənə Cahangir Əsgərov demisdir:
    -- "Təcili o zir-zibilini oradan yığışdırsın, yoxsa bulduzerlə basdırdacağıq". 

    Hörmətli Cənab Prezident, vəziyyətin belə olmasını görüb məcbur qalaraqdan Siz İlham Əliyev Cənablarına Poçt vasitəsilə şikayət ərizəsini göndərdim. 
   Azərbaycan Prezidenti Aparatından müsbət-ədalətli cavab alacağımı gözlədiyim halda rədd cavabını AZAL, QSC-nin Prezidenti Cahangir Əsgərovdan aldım. Mənə dedilər ki, "get zir-zibilini oradan təcili yığışdır"!
     "Belə bir vəziyyət Naxçıvan aeroportu yenidən qurulanda da baş vermişdi. Gəncə aerovağzalının yaxınında yerləşən başqa bir ticarət obyekti də fəaliyyət göstərirdi. Məndən fərqli olaraq hər iki obyektlərin dövlətdən Kompensasiyasını  vermişdilər".
   -- Rədd cavabını alandan sonra,  mən məhkəməyə müraciət etməliydim. Məhkəməyə müraciət etməməyimin səbəbi var idi. Əsgərov Cahangir Cəlal oğlunun kimliyi hamıya  məlum olduğundan bu məsələ ilə bağlı müsbət cavab ala bilməzdim və bilmərəm hələ ki,,, 
    Cahangir Əsgərov o zaman təzəcə həmin vəzifəyə təyin olunmuşdu. Kimliyindən asılı olmayaraq bir kimsəyə məhəl qoymadan öz istəyini yerinə yetirir. 
İndi, təsəvvürünüzə gətirin, mən ondan ötrü kim idimki? 
   Naəlac qalıb sahibsiz sahibkar olaraq hələlik gözləmə mövqeyi tutdum ki, bəlkə bir az zaman keçə, nə isə həll edə bilərəm və ya nəsə dəyişər.
Həmin illərdə heç nə dəyişmədi. "Gül.-Gün." sahibkar müəssisəmin fəaliyyəti deaktivləşdi və sahibkarı olaraq mən də müflisləşdim. Bu  işin belə vəziyyət almasının sifarişçiləri və icraçıları da sevinərək öz mövqelərini hələ də bu günə kimi işlərinə davam etməkdədirlər deyə nə Kompensasiya pullarımı, nə 1.5 ha özəl torpaq sahəmi və nədə ki, sahibkar müəssisəmin fəaliyyətinə start verə bilmişəm. Saysiz-hesabsiz illərdir ki, bu barədə ölkəmizin bütün saytlarına 
olayları bildirmişəm. 
   Uzun illərdir ki, siz cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya saysız-hesabsız müraciətlər 
(elektron və poçt) vasitəsilə göndərmişəm. Əfsuslar olsun ki, Azərbaycan Prezidenti Aparatındakı Sənədlərlə və Vətəndaşların Müraciətlərilə iş şöbəsinin işçiləri və rəhbəri Süleyman İsmayılov şikayətlərimin sizlərə çatmasına imkan verməmişdilər və bu günə qədər də vermirlər. 
   2018-ci ildən bu günə kimi göndərdiyim E-mail məktublarımın poçtlarından Azərbaycan PA-na girişi bloklayıblar. Belə işləri görən adamların insani hissləri çox aşağı səviyyədə olur. Bu haqqda bir ölçü götürülməsinə göstəriş verməyinizi xahiş edirəm. Xalqın, millətin Sizə göndərdiyi müraciətlərin heç birini Sizə çatmasına imkan vermirlər. 

    Cənab Prezidentimiz İlham Əliyev, sahibkar müəssisəmin qanuna uyğun olmayan formada sökdürtdürülmüs tikili obyektlərinin Kompensasiya pullarımı, mən bir sahibkar olaraq öz haqqımı tələb edirəm.  
Düşünürəm ki, mənim Kompensasiya pullarımın tez bir müddətdə ödənilməsindən ötrü aidiyyatı təşkilat rəhbərlərinə öz göstərişinizi verəcəksiniz. 
   Azərbaycanın ən yüksək və yüksək rütbəli Dövlət Məmurları tərəfindən qanunsuz olaraq gördüyü işlərə dair qeydləri:


  
   1.) Dövlət sifarişi ilə Gəncə aerovağzal kompleksinin yenidən tikilməsi zamanı "Gül.-Gün." sahibkar müəssisəsinin Məcburi-Qanunauyğun Olmayan Formada  Sökdürtdürülmüs tikili olan obyektlərinə xərclənmiş 400 min manata yaxın maddi vəsaitin hal-hazırki, zamana uyğun  infagramma üsulu ilə hesablanmış Kompensasiya Milyonlarımı almaq və dərhal sahibkar müəssisəmin obyektlərinin tikintisinə başlamağı düşünürəm.
    2.) Kompensasiya Milyonlarımı alana kimi azda olsa müəyyən zaman tələb olunduğundan, Cənab Prezident, sizdən rica edirəm ki, ailəmin normal yaşamını təmin etmək üçün məni yüksək maaşlı işlə təmin etməsindən ötrü Azərbaycan Hava Yolları, QSC-nin prezidenti Cahangir Əsgərova öz göstərişinizi əsirgəməyəsiniz.
Məni 560 manatlıq işlə təmin ediblər. Onun bu söhbətə aidiyyətı
yoxdur. Həmin vəzifəyə keçidi mən aeroport müdirindən xahiş etmişdim. Həmin pullar da bank kreditlərimə gedir.
    3.) Hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev, sizdən hər rica edirəm ki, mənim pensiyam Prezident Pensiyası olsun deyə, aidiyyətı bütün rəhbərlərə öz göstərişlərinizi əsirgəməyəsiniz. Əgər bu həll olunarsa, indiyə qədər Azərbaycanın bir qrup yüksək rütbəli dövlət məmurları tərəfindən başıma gətirilən olmazın oyunların ağrı-acısını azacıq da olsun məndən uzaqlaşdırmıs olarsınız.
    4.) Sizdən rica edirəm ki, dövlətin aidiyyəti təşkilatından sahibkar müəssisəmin halalı olan Kompensasiya Milyonlarımı alana kimi ailəmin yaşamını azacıq da olsa təmin etmək üçün, mənə (8500) səkkiz min beş yüz manat uzunmüddətli (aylıq ödənişi az olsun deyə belə istəyirəm) kredit verilməsi üçün Premium bank rəhbərliyinə öz göstərişini əsirgəməyəsiniz.
   Xüsusi qeyd: Azərbaycanın "Dövlət Məmurları"nın bu zülmü sayəsində pulsuzluqdan gərəkli anında müalicə etdirə bilmədiyimdən ailəmin (3) üç üzvünü vaxtından əvvəl itirmişəm. Atamı, anamı və 30 yaşlı qızımı. Həyat yoldaşım isə bir neçə xroniki xəstəliklərə düçar olub. Mən, öz müalicəmi də eyni səbəb ucbatından hələ də uzun illərdir ki, həyata keçirə bilmirəm.
   "Gül.-Gün." sahibkar müəssisəsinin sahibkarı - Niyaz Novruz Oğlu Niyazov .
•E-mail : niyazovniyaz0011@gmail.com
•Mob.t.n: +994503120582

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib