beynalxalqictimainazaret.az

QHT rəhbəri daha bir ilkə imza ataraq dəstək proqramı layihəsini həyata keçirib

Tarix:6-08-2022, 20:30
Baxış Sayı:481

Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi ilə Qaradağ rayon icra hakimiyyəti və Qaradağ rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə "Gəlin onları qoruyaq" devizi altında
" Şəhid ailələri, Vətən müharibəsi əlilləri, veteranlar və müharibə iştirakçılarının psixoloji problemlərinin həllinə dəstək proqramı" na uyğun olaraq psixoloji
maarifləndirmə və motivasiya xarakterli görüş keçirilib.
Motivasiya və maarifləndirmə xarakterli görüşdə  Qaradağ rayon icra hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək'İctimai Birliyin sədri Yasəmən Qəyyumlu,  Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktoru Leyla  Nəcəfova, Millət Vəkili Razı Nurullayev,  tanınmış psixoloqlar Aytən Ələkbərova, Əli Nağıyev, Nuranə Cəfərova, Nuriyyə Vidadiqızı, Nigar Məmmədova
və digər rəsmilər  şəhid ailələri, Vətən müharibəsi  əlilləri və veteranların psixoloji problemlərinin  dinlənilməsində  aktivlik göstərək motivasiyası və maarifləndirici ruhda çıxış ediblər.
Ümumilikdə,  "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək ' İctimai Birliyi, Qaradağ rayon İcra Hakimiyyəti və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və əməkdaşlığı çərçivəsində keçirilən bu görüşün əsas prinsipi Ölkə başçısı cənab İlham Əliyevin Şəhid ailələrinə Vətən  müharibəsi  əlillərinə, veteranlara göstərilən diqqət və qayğı yönümlü uğurlu siyasəti davam etdirmək, onlara psixoloji problemlərinin həllində yardımçı olmaqdır.
"Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək"İctimai Birliyin sədri Yasəmən Qəyyumlu çıxışında  vurğulayıb  ki, sosial siyasətə psixoloji dəstək olaraq, motivasiya və maarifləndirmə xarakterli görüşlərimiz mütəmadi olaraq, gələcəkdə də davam etdiriləcək.
Tədbirin sonunda Dəstək proqramı layihəsinin iştirakçıları olan psixoloqlara təşkilat tərəfindən sertifikatlar verilib.

Fərid Faiqoğlu
AJB-nin üzvü














Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider