beynalxalqictimainazaret.az

Ziyəddin Quliyev: Dövlətin şəhid ailələrinə və qazilərə qayğısı davamlıdır

Tarix:4-08-2022, 13:07
Baxış Sayı:295

Ziyəddin Quliyev: Dövlətin şəhid ailələrinə və qazilərə qayğısı davamlıdır


"Azərenerji" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev - 44 günlük Vətən müharibəsində bizə qələbə sevincini yaşadan Azərbaycanın qəhrəman əsgər və zabitləri oldu. 44 günlük Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə Azərbaycanın bütün rayon və bölgələrindən döyüşə gedən qəhrəman oğullarımızdan şəhid olanları da oldu, qazi olanları da.
Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycan dövləti şəhid ailələrinə və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həlli məsələsini bir nömrəli vəzifə kimi qoyub. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Bu günə qədər bu həssas təbəqəyə aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlə təmin olunub. Bununla yanaşı, qazilərimizin sağlamlığının qorunması, müasir protezlərlə təmin edilməsi, reabilitasiya kurslarını keçməsi və sosial-psixoloji xidmətlərin göstərilməsi sahəsində mühüm addımlar atılır. Bu addımlar həssas təbəqəyə aid olunan şəxslərin sağlamlıqlarını bərpa etməsinə öz töhfələrini verir.
Şəhid ailələrinə və qazilərə dəstək olmaq dövlətlə yanaşı, hər birimizin vətəndaşlıq borcudur. Onlar bizim müstəqilliyimiz və Vətənimizin bütövlüyü uğrunda öz canlarından və qanlarından keçiblər. Unutmayaq ki, 44 günlük Vətən müharibəsində bizə qələbə sevincini yaşadan, ürəyimizdəki 30 illik Qarabağ həsrətini sona yetirən həmin igid və qəhrəman oğullarımızdır.


150 qarabağlı “Azərenerji”nin Qarabağdakı enerji obyektlərində daimi işlə təmin edilib 

Image     “AzərEnerji” işğaldan azad edilən ərazilərdə enerji təminatı ilə yanaşı Cənab Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq sistemli məskunlaşma fəaliyyətini də həyata keçirir. Belə ki, bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda tikilərək istismara verilən 4 su elektrik stansiyası, 9 yarımstansiya və Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzində, ümumilikdə 14 enerji obyekti üzrə işğaldan azad edilmiş rayonların 150-dən çox sakini daimi işlə təmin edilib.
Qeyd edək ki, enerji obyektlərində kadr seçilərkən kimin hansı rayondan olmasına da xüsusi önəm verilir. Belə ki, kəlbəcərli Kəlbəcərdə, ağdamlı Ağdamda və digər rayon sakinləri də həmçinin öz rayonunda işlə təmin edilir. Hətta Şuşada digər qurumların bəzi əməkdaşlarının da məskunlaşdığı binada “AzərEnerji”nin əməkdaşlarından öz ailəsilə birlikdə yaşayanlar var.
Onu da nəzərinizə çatdıraq ki, “AzərEnerji” tərəfindən tikilərək istismara verilən bəzi yarımstansiyaların mühafizə zonasında yaşıllıq, meyvə bağları salınmaqla yanaşı əməkdaşlar üçün yataqxanalar da yaradılıb və hazırda istismara verilmiş bir neçə yarımstansiyaların yanında, o cümlədən tikintisi davam edən Cəbrayıl və Laçındakı yarımstansiyaların ərazisində də yataqxanalar tikilir. “AzərEnerji” Cənab Prezidentin “Böyük Qayıdış” strategiyasına uyğun olaraq qarabağlıların işlə təmin edilməsi üçün sistemli fəaliyyətini bundan sonra da davam etdirəcək
.



Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev