beynalxalqictimainazaret.az

Namizəd İsmayılov: Dünya üçün nümunə

Tarix:20-07-2022, 13:26
Baxış Sayı:195

Namizəd İsmayılov: Dünya üçün nümunə


Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov - Prezident İlham Əliyev 2003-cü ildə bu hədəfi açıqladı: “Neft kapitalını insan kapitalına çevirək!”. Eyni zamanda, onu da əlavə etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Prezident İlham Əliyev bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin zəruriliyini  önə çəkdi və regional inkişaf proqramlarını təsdiqləyərək onların uğurlu icrasına start verdi.  Bu günün reallıqları sırasında  yer alan əsas məqamlardan biri məhz paytaxtla bölgələr arasında fərqin tamamilə aradan götürülməsi, regionlar arasında sağlam rəqabətin getməsi, ən əsası bütün kənd və qəsəbələrin simasının müasir tələblər səviyyəsində dəyişməsidir. Hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də  dünyanın diqqət mərkəzindədir. Bugünümüzün qürurverici hadisələri sırasında yer alan işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas aldığını da nəzərə alsaq yaxın zamanlarda Azərbaycanın inkişafın ən yüksək zirvəsində olacağını böyük əminliklə qeyd edə bilərik.
İyulun 15-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə bir daha ölkəmizin sosial-iqtisadi göstəriciləri diqqətə çatdırılaraq onların fonunda  2022-ci ili də uğurla başa vuracağımıza əminlik ifadə edildi. Dövlət başçısı İlham Əliyev “Bizim əsas məqsədimiz indi qeyri-neft sektorunun daha da inkişafı ilə bağlıdır” söyləyərək bunun üçün  bütün ilkin şərtlərin mövcudluğunu diqqətə çatdırdı. Ölkəmizdə sabitliyin, normal iqtisadi mühitin yaradılması investisiya axınının sürətləndirilməsində stimulverici amil rolunu oynayır. Azərbaycanın neft sektorunda qazandığı uğurlar davamlılığı ilə diqqət çəkir. Neft gəlirlərindən səmərəli istifadə isə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirir. Ulu öndər Heydər Əliyevin 1999-cu ildə böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu dövlətimizin  siyasətinin əsas prioritetlərini müəyyən edir. Fondun vəsaitləri hesabına həyata keçirilən mühüm sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafında  əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurların   təqdimatı fonunda bu fikri də böyük inamla qeyd etdi ki, ölkəmiz  dünyada özünü etibarlı tərəfdaş kimi təsdiqləyib. Nəhəng neft-qaz layihələri göstərir ki, bütün öhdəlikləri yerinə yetiririk. İmzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Bu da bizim bölgəmizdə müşahidə olunan mənzərə ilə müqayisədə bir qədər fərqlidir: “Ona görə bu, investor üçün əsas şərtlərdən biridir ki, onun investisiyaları nə dərəcədə qorunur və çalışdığı dövlət öz öhdəliklərinə nə dərəcədə sadiqdir. Bu, bizdə var, gözəl investisiya iqlimi var, hazırlıqlı kadr potensialı var. Bu gün artıq bu, reallıqdır və bu istiqamətdə əlavə addımlar atılacaq”.
Cənab İlham Əliyev hələ 2018-ci ilin prezident seçkilərindən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi. Bu gün Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Ölkəmizdə kadr islahatlarının aparılması, gənclərin malik olduğu potensialdan səmərəli istifadə  yeni-yeni hədəflərə yol açır. Müasir dövrün əsas çağırışlarından biri yeni texnologiyaların inkişafı və tətbiqidir. Elmin, təhsilin və iqtisadiyyatın vəhdətinin yaradılması isə ölkəmizin dayanıqlı inkişafının təmin olunmasında öz sözünü deyir. Cənab İlham Əliyev daim bu fikri diqqətə çatdırır ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəli baxmalıyıq. Təbii ki, dövlət başçısı İlham Əliyevin bu çağırışının əsasında yeni reallıqlar, yeni tələblər dayanır. Nəzərə alsaq ki, bu gün Azərbaycan qalib ölkə kimi  yeni reallıqların qəbulu istiqamətində səylər göstərir, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir, bu halda ölkəmizin gələcək inkişafının mənzərəsini təqdim etmək çətin deyil.
Dövlət başçısı İlham Əliyev müşavirədə bu reallığı da diqqətə çatdırdı ki, ölkəmizdə sabitlik, əmin-amanlıq, xalq-iqtidar birliyi, milli həmrəylik mövcuddur və bütün bunlar çox önəmli amillərdir. Bu gün dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, bəzi yerlərdə investisiyalar üçün ümumiyyətlə, şərait yoxdur. Çünki investor riskli ölkəyə getməz.
Azərbaycanın  müstəqilliyini bərpa etdiyi ilk illərdə  ölkəmizdə  siyasi durumun gərginliyini, Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərini yada salmaq kifayətdir. Baxmayaraq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə  xaosun, anarxiyanın baş alıb getməsi  bu diqqət və marağın tərəddüdlərlə əvəzlənməsinə səbəb olmuşdu. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin yaradılması Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirdi.  “Biz o vaxt - 1990-cı illərin əvvəllərində ən riskli sayılan ölkəyə Ulu Öndərin yorulmaz səyləri nəticəsində milyardlarla dollar investisiya gətirə bilmişik. Haraya? Neft sektoruna. Heç qaz layihələrinə o qədər də maraq yox idi. Çünki bizim üçün ən cəlbedici sektor bu idi” söyləyən dövlət başçısı bildirdi ki, amma bu gün qeyri-neft sektoruna investisiya qoymaq üçün böyük şirkətlər müraciət edir və onların  sayı artır.  İnvestisiya iqlimi, böyük şirkətlərlə  əməkdaşlığımız, siyasi sabitlik, əlbəttə, İkinci Qarabağ müharibəsindəki Qələbə investorları daha da inandırdı. Çünki artıq müharibə riskləri yoxdur”.
Göründüyü kimi, Azərbaycan iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla dayanıqlı  inkişafını təmin edir. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın uğurlu gələcəyi üçün bütün imkanlar mövcuddur.

Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Dünya bir pəncərədir, Hər gələn baxar keçər...
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi