beynalxalqictimainazaret.az

İslam İsmayılov: Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir

Tarix:3-06-2022, 14:43
Baxış Sayı:203

İslam İsmayılov: Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir


Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov - Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hazırda Avropanın, eləcə də dünyanın digər bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən ölkədir. Müasir dünyada bu mühüm rola sahib olmaq isə bir qədər mürəkkəb məsələdir və bunun üçün dövlətin düzgün, eyni zamanda düşünülmüş uzunmüddətli strategiyasının olması çox vacibdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlətin enerji siyasəti müəyyənləşdirildi. Prezident İlham Əliyevin yüksək diplomatik məharəti nəticəsində isə Azərbaycan beynəlxalq aləmdə enerji bazarının mühüm aktoruna çevrildi. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırdığına, daxili bazarda tələbatları tam təmin etdiyinə diqqət çəkdi və hazırda sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışdığını qeyd etdi.
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan edib. Bu sahəyə diqqət və sərmayələri cəlb etmək məsələsində Xəzər Neft və Qaz Sərgisi təşkilatçıları çox vacib rol oynayıblar. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrin həyata keçirilməsində hər zaman maraqlı olub. Məhz ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışının baş tutması sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən     Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı-Tbilisi-Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Ölkə başçısı çıxışı zamanı Cənub Qaz Dəhlizi haqqında danışarkən qeyd etdi ki, Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm dövlətimiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Meqa layihə olan Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Hazırda Azərbaycan həmin yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası zamanı boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Ölkə başçısı vurğuladı ki, Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı zamanı planların çox böyük hissəsinin artıq icra olunduğu qeyd edilmişdir.
Müasir dünyada Azərbaycan qazına olan tələbat sürətlə artır. Potensial istehlakçılar anlamalıdırlar ki, qısa zaman ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün müqavilələr imzalanmalı, danışıqlar aparılmalıdır. Hasilatın artırılması üçün Azərbaycan ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmağa hazırdır. Eyni zamanda, bunun üçün mövcud qurğular genişləndirilməlidir. Ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan etibarlı tərəfdaşdır. Belə ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu da onun göstəricisidir ki, Azərbaycan öz öhdəliklərinə hörmət edir və tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözləyir. Məhz bu səbəbdən dünyanın Birləşmiş Ştatlar və Birləşmiş Krallıq kimi böyük ölkələri ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar. Bu ölkələr eyni zamanda Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyirlər. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunmuş, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak etmişlər. Həmçinin Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq əlaqələri mövcuddur. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planların reallaşdırılmasında da mühüm rol oynayacaq.
Bütün bunlardan əlavə, ölkəmiz üçün elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Hazırda bu istiqamətdə Azərbaycan dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Hər iki stansiya gələn il istifadəyə veriləcəkdir və təbii ki, bu, yalnız başlanğıcdır. Bərpaolunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzərin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir. Həmçinin İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur.
27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi də yüksək potensiala malik olmasına diqqət çəkdi. Təəssüf ki, bu günədək bu potensialdan tam istifadə edilməyib. Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialı təchizatçılar tərəfindən düzgün qiymətləndirilməmişdir. Lakin gu gün Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir və bu potensialdan maksimum dərəcədə istifadə oluna bilər. Hazırda Azərbaycanın şaxələndirilmiş ixrac marşrutları vardır. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Elektrik enerjisi xətlərinə gəldikdə isə Azərbaycan 4 qonşu ölkəyə elektrik enerjisi ixrac edir və Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırılır. Eyni zamanda, Azərbaycan digər zəruri infrastruktura da malikdir. Bura dəniz limanı, Azərbaycanı bütün istiqamətlərlə birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları daxildir. Həmçinin azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Artıq onlardan biri istifadəyə verilib və ümumilikdə Azərbaycanda 9 beynəlxalq hava limanını mövcud olacaq.
Enerji amili, ölkəmizin yüksək tranzit potensialının olması, ən əsası isə cənab Prezident İlham Əliyevin düşünülmüş enerji diplomatiyası, uğurla həyata keçirilən bütün layihələr ölkəmizin iqtisadi imkanlarını gücləndirir. Neft-qaz sektorundan əldə edilən gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilir ki, nəticədə ölkəmizin hərtərfli inkişafı təmin edilmiş olur.

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib