beynalxalqictimainazaret.az

Ruslan Əliyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

Tarix:13-05-2022, 11:58
Baxış Sayı:397

Ruslan Əliyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL


BAŞ DİREKTOR YANVAR-APREL AYLARININ HESABATINI TƏQDİM ETDİ

“Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib”. Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib. Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın həcmi 891 milyon sənaye xətləri, 2 milyard 926 milyon kubmetr əhali xətləri üzrə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım deməkdir. Baş direktor bu ilin aprel ayında isə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 540 milyon kubmetr təbii qaz qəbul olunduğunu qeyd edib. Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin yanvar-aprel aylarının yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb. Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olduğu diqqətə çatdırılıb. Birlik rəhbərinin sözlərinə görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % azdır. Həmçinin Ruslan Əliyev bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İB üzrə işçilərə 1435 intizam tənbehi verildiyini bildirib. “Bunlardan 323-ü mühəndis-texniki işçilərə, 1112-si isə fəhlə heyətinə verilib. İntizam tənbehlərindən 839-u töhmət, 457-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 131-i aylıq əməkhaqqının dörddə biri məbləğində tutulma, 8-i isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azadetmə olub” – deyə, baş direktor vurğulayıb. Bundan əlavə, Birlik rəhbəri qazlaşma və təmir işləri ilə bağlı məlumatı da təqdim edib. Yanvar ayından indiyədək 32 kənddə qazpaylayıcı xətlərin çəkilişi işlərinin davam etdirildiyi qeyd edilib. Yanvar-aprel ayları ərzində 201 km yeni qaz xətti çəkildiyə də diqqətə çatdırılıb. Həmçinin Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına da aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkə üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb.


ZƏFƏR BÖYÜKBƏYLİ: Milli Qürurdan Beynəlxalq Nüfuza: Prezident İlham Əliyevin Yaratdığı Güclü Azərbaycan Reallığı
ZƏFƏR BÖYÜKBƏYLİ: Milli Qürurdan Beynəlxalq Nüfuza: Prezident İlham Əliyevin Yaratdığı Güclü Azərbaycan Reallığı
Sevinc Baxşəliyeva – İnsan sağlamlığının keşiyində tibb bacısı əməyinin dəyəri
Sevinc Baxşəliyeva – İnsan sağlamlığının keşiyində tibb bacısı əməyinin dəyəri
Abbas Bağırov – “Qələbə Tibb Mərkəzi”ndə elmi biliklə idarəçilik məsuliyyətini birləşdirən direktor
Abbas Bağırov – “Qələbə Tibb Mərkəzi”ndə elmi biliklə idarəçilik məsuliyyətini birləşdirən direktor
Nurlan Həsənov – Abşeronun yerli idarəçiliyində təşkilati əməyin dəyəri
Nurlan Həsənov – Abşeronun yerli idarəçiliyində təşkilati əməyin dəyəri
Ruslan Zöhrabov: Tarixi Zəfərdən Böyük Gələcəyə: Prezident İlham Əliyevin Müəyyənləşdirdiyi Azərbaycan Yolu
Ruslan Zöhrabov: Tarixi Zəfərdən Böyük Gələcəyə: Prezident İlham Əliyevin Müəyyənləşdirdiyi Azərbaycan Yolu
Murad Cənnətov – Bilgəhdə dəqiqlik və diqqət tələb edən işin məsuliyyətini daşıyan mütəxəssis
Murad Cənnətov – Bilgəhdə dəqiqlik və diqqət tələb edən işin məsuliyyətini daşıyan mütəxəssis
Azad müəllim – İnsanlığı, xeyirxahlığı və rəhbərlik məsuliyyəti ilə seçilən şəxsiyyət
Azad müəllim – İnsanlığı, xeyirxahlığı və rəhbərlik məsuliyyəti ilə seçilən şəxsiyyət
İnsan həyatına həsr olunmuş peşəkar ömür – Həkim Sevinc Ağayevanın şərəfli və məsuliyyətli fəaliyyəti
İnsan həyatına həsr olunmuş peşəkar ömür – Həkim Sevinc Ağayevanın şərəfli və məsuliyyətli fəaliyyəti