beynalxalqictimainazaret.az

Şəhid anasının pulunu mənimsəyən məmur

Tarix:28-08-2021, 15:27
Baxış Sayı:476

Beynalxalqictimainazaret.az Ulusestv.az-a istinadən xəbər verir ki, son zamanlar istənilən sosial şəbəkələrdə, sait və KİV-nin Şəhid aillərinə qarşı məmurlar tərəfindən sayqısıszlıq göstərildiyinin şahidi oluruq. Lakin dövlət başçısının dəfələrlə çıxış və görüşlərində vətəndaşların incidilməsinin əsas tələbi olan Şəhid və qazi aillərinə diqqətlə yanaşmalı, məmurlara tapşırığını versədə yenə yerlərdə özbaşnalıqlar baş alıb gedir. Buna əyani misal olaraq Ulusestv.az xəbər portalına Şəhid anası 2-ci Qaralı kənd sakini Böyükxanım Rəcəbova Harun qızının şikayəti yerindədə araşdırılardı.Şəhid anası Böyükxanım Rəcəbova bizə ünvanladığı şikayət məktubunda 2013-2014-cü ildən bu vaxta qədər 100-dən çox məktub yazmağına baxmayaraq onun şikayəti nədənsə ciddi araşdırılmır. Şəhid anası Böyükxanım Rəcəbova məktublarında qeyd edir ki, 2010-2013-cü illərdə Neftçala Rayon İcra Hakimiyyətinin baş memarı vəzifəsində işləmiş Kəngərli Rüstəmin fırıldağına tuş gəlib. 40 hektar torpaq verəcəyi adıyla onun müqavilində Şəhid ailəsinə  20000- manat şahidlərin yanında Xıllı qəsəbəsində şəxsən onun özünə verildiyini iddia edir. Lakin 2010-2014-cü illərdə fırıldaqçı baş memar başqa bir fırıldaq əməlinin qurbanı olub. Bundan sonra Neftçala sakinlərinə 120 min manat pul atıb. Şikayətçilər və Neftçala sakinləri tərəfindən rüşvətxor baş memarın maşını yandırılıb.Özü isə gecə ilə qaçmışdır. Bundan sonra fırıldaqçı baş memar Kəngərli Rüstəm Azərbaycan Respublikasının Baş Prokrorluğu yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilir. İstintaq gedən ərəfədə rüşvətxor baş memar Kəngərli Rüstəm Şəhid anası Böyükxanım Rəcəbova yalvarıb xahiş edirki işi ağırlaşdırmamaqdan ötrü şikayət etməyin, mən sizin pulunuzu qaytaracam. Lakin dələduz baş memar bu dəfədə maharətlə öz çirkin əməllərini həyata keçirir. 40 hektar torpaq vermək adı ilə Şəhid anası Böyükxanım Rəcəbovadan aldığı 20000 min manat puluda hələdə qaytarmayıb. Artıq çıxış yolu tapmayan Şəhid anası Azərbaycan Respublikasının Baş Prokrorluğuna və Neftçala rayon Prokrorluğuna ərizəylə müraciət etmişdir. Həmin ərizə nədənsə araşdırılması üçün Neftçala rayon Polis idarəsinə göndərilir. Azərbaycan Respublikasının Cinayyət məcələsinin 178-ci maddəsi ilə araşdırmağa başlanan iş nədənsə uzun süründürməçilikdən sonra ləğv edilir. Fırıldaqçı baş memarın havadarlarının sahəsində ləğv edilən cinayət işinin yenidən araşdırılmasına dair 100 lərlə məktublar aidiyyatı qurumlara şikayət edilsədə nədənsə bu gün həmin iş araşdırılmadan saxlanılır. Hansıki Kəngərli Rüstəm dələduzluq üstündə tutulanda 65000 min manat pulu hələdə Neftçala rayon sakinlərinə qaytarmayıb. Son olaraq Şəhid anasının bu harayı iştimayiləşdirməklə yanaşı, Şəhid anasının səsini ölkə Prezidentinə, Onun xanımı Mehriban xanım Əliyevaya  çatdırmaqla yanaşı fırıldaqçı baş memarın çirkin əməllərini nöbəti sayımızda araşdırılmış yazılarla dərc edəcəyik.
Vətənini və dövlətini sevən Şəhid anası Rəcəbova Böyükxanım Harun qızı yenidən  iki nəvəsini doğma Qarabağ torpaqlarımızı azad etmək üçün 2-ci Qarabağ haqq savaşına göndərmişdir. Şəhid anasının nəvələri 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmiş, igidlik göstərmiş və Ali Baş Komandanın sərəncamı ilə medallarla təltif olunmuşdur.
İnanırıq ki, Şəhid anasının səsinə səs veriləcək. Dövlət Başçısının dediyi kimi cəmiyyətimizin bu cür həssas təbəqədən olan Şəhid aillələrinin müraciyyətləri diqqətdən kənarda qalmayacaq.

Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider