beynalxalqictimainazaret.az

Musa Şəkiliyev: Davamlı iqtisadi inkişaf üçün Azərbaycanda bütün amillər mövcuddur

Tarix:12-03-2021, 12:55
Baxış Sayı:222

















Rayon İcra Hakimiyyəti başçısı aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri vəzifəsinə təyinat olub


















 Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilərək Yerli icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsi yaradılmışdır. Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Vətən müharibəsi iştirakçısı Həmzəyəv Malik Yusif oğlu həmin şöbənin müdiri vəzifəsinə təyin edilib.
  Məlumat üçün bildirək ki, hazırda  ehtiyatda olan Baş leytenant Malik Həmzəyev sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində iştirak etmiş, Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”  medalı ilə təltif olunmuşdur.

Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev  - Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib. Bu gün Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edir. 44 günlük Vətən müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatması, Ermənistanın işğalı altında olan torpaqlarımızın azad olunması dünya azərbaycanlıları tərəfindən böyük sevinc və qürur hissi ilə qeyd olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hərbi, siyasi və diplomatik sahələrdə uğurlu fəaliyyətin həyata keçirilməsi, xalq- iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etdi. Qüdrətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi zəfəridir.  

Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında daha yeni bir ilkə imza atıldı. Belə ki, ölkəmizin siyasi tarixində partiyaların konslidasiyası məsələsi gündəmə gəldi. Adətən daha çox xarici ölkələrdə baş verən partiyaların birləşməsi məsələsi Azərbaycanda da reallaşdı. YAP-ın VII qurultayında 6 siyasi partiya bu partiyaya qoşulması haqqında müraciəti müsbət dəyərləndirildi və aşağıdakı partiyalar Yeni Azərbaycan Partiyasına birləşdi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu milli həmrəyliyin bir təzahür forması olmaqla bərabər, həm də ölkəmizdə partiyalararası dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Partiyaların təmərküzləşməsi siyasi alət olaraq güclərin birləşməsinə və maraqların eyni müstəvidə fokuslanmasına səbəb olacaqdır.

6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü də məhz milli həmrəylik müstəvisində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmaqdadır. Çünki bu birləşmə həm də siyasi inteqrasiya prosesinin əsasını qoydu. Gələcəkdə başqa siyasi partiyaların da hakim partiyaya birləşməsi gözlənilən bir hadisədir. Çünki məhdud resurslara malik olan partiyaların, kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycanda resurslarına və imkanlarına görə kifayət qədər gücü olan YAP yeni siyasi inteqrasiya proseslərinin mərkəzində durur. Nisbətən zəif və imkanları kifayət qədər az olan partiyaların konslidasiyası prosesi qaçılmazdır. Bütün dünyada iki və üç siyasi güc mərkəzi olur. Bunlar hakim partiya, sağçılar və solçulardır. YAP-a qoşulan altı siyasi partiya, həm birləşdikləri partiyaya olan inamını təsdiqləyirlər, həm də milli həmrəyliyin nümunəsini sərgiləyirlər.
 

Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Ramil müəllim: Azərbaycanının Lideri: İlham Əliyevin Xalqına Sevgisi və Dövlətçiliyə Sadiqliyi
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Malik Mirzəyev: Azərbaycanın Zirvəsində - İlham Əliyevin Liderliyi və Xalqına Sonsuz Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Şəmsəddin Hacıyev: İlham Əliyevin Liderliyi və Xalqına Sevgi Dolu Xidməti
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Vətənin Yol Təhlükəsizliyinin Sarsılmaz Qoruyucusu: Polis Mayor Ruslan Rəhimov
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Nizami Qasımzadə – Təhsildə Səmimiyyət və Fədakarlığın Nümunəsi
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Yasamal Rayonunun Parlaq Lideri: Vüsal Hüseynovun İctimai və Peşəkar Uğurları
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Xalqla Ürəkdən Bağlanan İdarəçilik Nümunəsi – Şamaxının İnkişaf Yolunda Tahir Məmmədov İmzası
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev
Əməyi ilə dəyər yaradan rəhbər, məsuliyyəti ilə nümunə olan insan – Rasim Nəbiyev