beynalxalqictimainazaret.az

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarix:11-05-2021, 12:27
Baxış Sayı:367

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik mətnində deyilir:

"Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Əziz bacı və qardaşlarım!

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!"

Nargilə xanım – Ağ Xalatın Şərəfini, Mərhəməti və İnsanlara Qayğını Öz Peşəsində Yaşadan Tibb Fədaisi
Nargilə xanım – Ağ Xalatın Şərəfini, Mərhəməti və İnsanlara Qayğını Öz Peşəsində Yaşadan Tibb Fədaisi
Vüsal Eyvazov – Ağ Xalatın Şərəfini Hərbi Təbabətin Məsuliyyəti ilə Birləşdirən Tanınmış Ziyalı
Vüsal Eyvazov – Ağ Xalatın Şərəfini Hərbi Təbabətin Məsuliyyəti ilə Birləşdirən Tanınmış Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyənin İncəliklərini Elmi Təfəkkürlə Birləşdirən, İnsan Ömrünə Şəfa Ümidi Bəxş Edən Ziyalı
Dr. Kəmalə Mirzəyeva – Cərrahiyyənin İncəliklərini Elmi Təfəkkürlə Birləşdirən, İnsan Ömrünə Şəfa Ümidi Bəxş Edən Ziyalı
Professor Bəyali Ataşov – Ömrünü Elmə, Təhsilə və Azərbaycan Ziyalılığının Yüksəlişinə Həsr Edən Görkəmli Alim
Professor Bəyali Ataşov – Ömrünü Elmə, Təhsilə və Azərbaycan Ziyalılığının Yüksəlişinə Həsr Edən Görkəmli Alim
Ayaz Salehov – Qanuna Sədaqəti, Dürüstlüyü və İnsanlara Hörmət Prinsipləri ilə Seçilən Hüquqşünas
Ayaz Salehov – Qanuna Sədaqəti, Dürüstlüyü və İnsanlara Hörmət Prinsipləri ilə Seçilən Hüquqşünas
İlham Səfərov – Şirvanın Abadlığına, İnsanların Rifahına və Doğma Şəhərinin Gələcəyinə Dəyər Verən Rəhbər
İlham Səfərov – Şirvanın Abadlığına, İnsanların Rifahına və Doğma Şəhərinin Gələcəyinə Dəyər Verən Rəhbər
Dr. Günel Babayeva – İnsan Sağlamlığına Həsr Olunan Ömür, Şəfqət və Peşəkarlığın Vəhdəti
Dr. Günel Babayeva – İnsan Sağlamlığına Həsr Olunan Ömür, Şəfqət və Peşəkarlığın Vəhdəti
Mehman Adıyev: İlham Əliyev – Milli Qüruru Tarixi Zəfərlə Taclandıran, Azərbaycanın Sabahına İşıq Tutan Lider
Mehman Adıyev: İlham Əliyev – Milli Qüruru Tarixi Zəfərlə Taclandıran, Azərbaycanın Sabahına İşıq Tutan Lider