beynalxalqictimainazaret.az

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

Tarix:7-05-2021, 13:12
Baxış Sayı:250

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM


Prezident İlham Əliyev "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncam imzalayıb.
Sərəncamda deyilir:

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin qərar nəticəsində Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır.

Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində Ermənistan Respublikası 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsinin məhv edilməsi siyasətini həyata keçirmişdir.

Ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur. Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır. Bərpa-quruculuq işlərinin təşkilində çevikliyi və səmərəliliyi təmin etmək üçün Şuşada dövlət idarəetməsinə də böyük diqqət yetirilmişdir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdə ilk xüsusi nümayəndəsi məhz Şuşa rayonuna təyin edilmişdir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə qərara alınıb ki, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mehi Həsənov: Tarixi Qələbə və böyük qayıdış
Mehi Həsənov: Tarixi Qələbə və böyük qayıdış
Zaur Abdullayev: Azad edilmiş ərazilər geniş iqtisadi potensiala malikdir
Zaur Abdullayev:  Azad edilmiş ərazilər geniş iqtisadi potensiala malikdir
Hər Səhərin İstisi Onun Əməyindən Başlayır – “Sumqayıt Çörək”in rəhbəri Tofiq Hüseynovun Fədakar Zəhmət Yolu
Hər Səhərin İstisi Onun Əməyindən Başlayır – “Sumqayıt Çörək”in rəhbəri Tofiq Hüseynovun Fədakar Zəhmət Yolu
Hər Ananın Göz Yaşını Sevincə Çevirən Əllər – Təranə Rəcəblinin Fədakar Həyat Missiyası
Hər Ananın Göz Yaşını Sevincə Çevirən Əllər – Təranə Rəcəblinin Fədakar Həyat Missiyası
Gəncliyin Sabaha Açılan Qapısı – Elşad Quliyevin Peşəkar İdarəçilik Uğuru
Gəncliyin Sabaha Açılan Qapısı – Elşad Quliyevin Peşəkar İdarəçilik Uğuru
Rafiq Zülfiqarov: Firavan həyat və strateji imkanlar
Rafiq Zülfiqarov: Firavan həyat və strateji imkanlar
Gülüstan Vəliyeva: Prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı, Bakının orta güc kimi təsdiqi
Gülüstan Vəliyeva: Prezidentin Yaxın Şərq Sülh Sammitində iştirakı, Bakının orta güc kimi təsdiqi
Yol Təhlükəsizliyində Nümunəvi Rəhbərlik: Emin Musayevin Fədakarlığı
Yol Təhlükəsizliyində Nümunəvi Rəhbərlik: Emin Musayevin Fədakarlığı