beynalxalqictimainazaret.az

Los-Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlanıb - VİDEO

Tarix:2-04-2021, 12:32
Baxış Sayı:310

Los-Ancelesdə Ermənistanın cinayətlərinə dair yeni film hazırlanıb - VİDEO


Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə, xüsusilə Azərbaycanın mədəni irsinin və yaşayış məkanlarının yer üzündən silinməsi siyasətinə həsr olunmuş ingilis dilində qısa film hazırlanaraq geniş yayılıb.
Konsulluqdan "Ölkə.Az"a bildirilib ki, filmdə 2020-ci ildə Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edildiyi və nəticədə təxminən 30 il ərizində Ermənistanın həmin ərazilərdə törətdiyi misli görünməmiş dağıntıların və mədəni irsimizi məhv etmə siyasətinin miqyasının daha aydın olduğu qeyd olunur.

Vurğulanır ki, bu müddətdə demək olar hər bir kənd və şəhər, azərbaycanlıların bütün evləri qarət olunaraq tamamilə yerlə-yeksan edilib.

Qeyd olunur ki, vaxtilə azərbaycanlıların sıx yaşadığı, inkişaf edən şəhərlər olan Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və digərləri işğal olunduqdan sonra Ermənistan tərəfindən yer üzündən siliniblər. Ermənistanın həmin ərazilərdə saysız-hesabsız minalar yerləşdirdiyi və bu günədək minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyi diqqətə çatdırılır.

Bundan başqa, filmdə Ermənistanın Qarabağda Azərbaycan mədəniyyəti və tarixinə məxsus bütün izləri yox etmək məqsədilə oradakı tarixi və mədəniyyət abidələrimizi sistemli şəkildə məhv etdiyi bildirilir. 67 məsciddən 63-nün təhqir edilərək dağıdıldığı və Zəngilan məscidi, Ağdamdakı Cümə məscidi və Qubadlıdakı Məmər məscidi də daxil olmaqla, bir çox məscidlərimizdə mal-qara və donuz saxlanıldığı qeyd olunaraq, bu cinayətləri göstərən foto və videolar təqdim olunur.

Filmdə vurğulanır ki, ümumilikdə 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən 927 kitabxana, 44 məbəd, 473 tarixi abidə, saray və muzey məhv edilib.

Sonda Ermənistanın bu dəhşətli cinayətlərə görə cavab verməli olduğu bildirilir.

Qeyd edək ki, "Facebook" və "Twitter" sosial şəbəkələrində geniş yayılan film Baş Konsulluq tərəfindən ABŞ Konqresinin üzvlərinə, xüsusilə ermənipərəst mövqeləri ilə seçilən senator və konqresmenlərə, eləcə də Kaliforniyanın və digər Qərb ştatlarının qanunvericilərinə, həmçinin KİV-lərə, dini və etnik icmalara, elm və mədəniyyət xadimlərinə və müxtəlif təşkilatlara göndərilib.

Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider