beynalxalqictimainazaret.az

Ermənistanda hakim dairələr ona qarşı birləşdi, istefası gözlənilir

Tarix:7-05-2021, 11:14
Baxış Sayı:319

Ermənistanda hakim dairələr ona qarşı birləşdi, istefası gözlənilir


Ermənistanın Ombudsmanı Arman Tatoyanın hakim siyasi dairənin təzyiqləri ilə üzləşdiyi üçün istefa verməsi gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib. Nəşr Tatoyanın ötən gün parlamentdəki çıxışı və bundan əvvəl və sonra inkişaf edən hadisələrə toxunaraq hakim dairələrin Ombudsmana qarşı düşmənçiliklərini artıq gizlədə bilmədiyini yazıb.

Qeyd edək ki, 6 mayda Milli Məclisə işgəncələrin qarşısının alınması mexanizmləri və 2020-ci ilin hesabatını təqdim edən Tatoyan, “Mənim addımım” fraksiyasının millət vəkili Maria Karapetyanın çıxışından hiddətlənmişdi. Belə ki, Karapetyan çıxışında Ombudsmanı “media terroruna qoşulmaq”da  təqsirləndirmişdi. Buna cavab olaraq isə Tatoyan çıxışında səlahiyyətliləri hərəkətsizliyə görə tənqid etmişdi.

“Heç kimə sirr deyil ki, xüsusilə müharibədən sonra Ombudsman ofisi Ermənistanda işini görən tək quruma çevrilib və Tatoyanın hakimiyyətin hərəkətsizliyi fonunda gördüyü işlərin kifayət qədər nəzərə çarpması onun nüfuzunu çox yüksəldib. Hakim dairələr isə buna dözə bilmir, Tatoyanı açıq tənqid edirlər. Dünən Ombudsmanın illik hesabatı yarı boş salonda müzakirə edildi”, - deyə qəzet yazıb.

Nəşr qeyd edib ki, A. Tatoyanın fanatik tənqidçisi deputat Mariya Karapetyan, Ombudsmanın işini parlament tribunasından aşağılamağa çalışıb.

Tatoyan isə cavabında Karapetyanı manipulyasiya etməkdə və yalanlar yaymaqla ittiham edib. O, həmçinin Ermənistanın İctimai Televiziyasını da “hakimiyyətin təbliğatçısı” vəzifəsini üzərinə götürməkdə və Ombudsmanın fəaliyyətini işıqlandırmamaqda günahlandırıb.

Qəzetin yazdığına görə, Arman Tatoyan artıq uzun müddətdir ki, istefa verməyi planlaşdırır. Onun ölkədə siyasi mübarizəyə qatılacağı da istisna edilmir.

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir