beynalxalqictimainazaret.az

Rasim müəllim: Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində YAP ölkədə ən böyük və effektiv siyasi qüvvəyə çevrilib

Tarix:11-03-2021, 13:42
Baxış Sayı:567


Darvaza Hotelin rəhbəri Rasim müəllim - Yeni Azərbaycan Partiyasının keçirilən VII qurultayında daha yeni bir ilkə imza atıldı. Belə ki, ölkəmizin siyasi tarixində partiyaların konslidasiyası məsələsi gündəmə gəldi. Adətən daha çox xarici ölkələrdə baş verən partiyaların birləşməsi məsələsi Azərbaycanda da reallaşdı. YAP-ın VII qurultayında 6 siyasi partiya bu partiyaya qoşulması haqqında müraciəti müsbət dəyərləndirildi və aşağıdakı partiyalar Yeni Azərbaycan Partiyasına birləşdi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu milli həmrəyliyin bir təzahür forması olmaqla bərabər, həm də ölkəmizdə partiyalararası dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Partiyaların təmərküzləşməsi siyasi alət olaraq güclərin birləşməsinə və maraqların eyni müstəvidə fokuslanmasına səbəb olacaqdır.

6 siyasi partiyanın YAP-a qoşulmaq təşəbbüsü də məhz milli həmrəylik müstəvisində qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapmaqdadır. Çünki bu birləşmə həm də siyasi inteqrasiya prosesinin əsasını qoydu. Gələcəkdə başqa siyasi partiyaların da hakim partiyaya birləşməsi gözlənilən bir hadisədir. Çünki məhdud resurslara malik olan partiyaların, kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır.

Azərbaycanda resurslarına və imkanlarına görə kifayət qədər gücü olan YAP yeni siyasi inteqrasiya proseslərinin mərkəzində durur. Nisbətən zəif və imkanları kifayət qədər az olan partiyaların konslidasiyası prosesi qaçılmazdır. Bütün dünyada iki və üç siyasi güc mərkəzi olur. Bunlar hakim partiya, sağçılar və solçulardır. YAP-a qoşulan altı siyasi partiya, həm birləşdikləri partiyaya olan inamını təsdiqləyirlər, həm də milli həmrəyliyin nümunəsini sərgiləyirlər. 

Beynalxalqictimainazaret.azın direktoru Murad müəllim

Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Ayaz Əliyev: İlham Əliyev – Qələbəni Tarixə, Quruculuğu Sabahın Gerçəkliyinə Çevirən Lider
Ayaz Əliyev: İlham Əliyev – Qələbəni Tarixə, Quruculuğu Sabahın Gerçəkliyinə Çevirən Lider