beynalxalqictimainazaret.az

Rasim Nəbiyev – Qida Sənayesində Keyfiyyət Standartlarını Formalaşdıran Uğurlu Sahibkar

Tarix:13-10-2025, 22:19
Baxış Sayı:365

Rasim Nəbiyev – Qida Sənayesində Keyfiyyət Standartlarını Formalaşdıran Uğurlu Sahibkar


Azərbaycanın ərzaq və xidmət sektorunda özünəməxsus yeri olan “Sərham” MMC-nin, Bakıxanov Çörək Zavodunun baş direktoru, eyni zamanda “Möcüzə” marketlər şəbəkəsinin sahibi Rasim Nəbiyev uzun illərdir iqtisadiyyatın ən həssas sahələrindən biri olan ərzaq təminatı istiqamətində dayanıqlı və etibarlı fəaliyyət göstərən nadir iş adamlarından biridir. Onun rəhbərlik etdiyi müəssisələr təkcə istehsal və satışla məhdudlaşmır, eyni zamanda minlərlə ailənin dolanışığına təkan verən mühüm məşğulluq mənbəyi kimi çıxış edir. Bu gün paytaxtda hər gün milyonlarla insanın süfrəsinə çörək, un məmulatları və gündəlik ərzaq məhsulları çatdıran müəssisələrin arxasında məhz belə uzaqgörən idarəçilik dayanır.

Bakıxanov Çörək Zavodu sovet dövründən miras qalan ənənəvi çörək istehsal müəssisəsi olsa da, onun müasir tələblərə uyğunlaşdırılması, tam avtomatlaşdırılmış xəttlərə keçidi, keyfiyyət standartlarının beynəlxalq modellərə uyğunlaşdırılması məhz Rasim Nəbiyevin rəhbərliyi dövründə həyata keçirilib. O, çörək istehsalını yalnız iş kimi görməyərək onu xalqın ən müqəddəs neməti hesab edir və bu nemətin daim təzə, sağlam və əlçatan olması üçün bütün gücünü sərf edir. Bu gün zavodda istehsal olunan məhsullar təkcə Bakıda deyil, regionlarda da böyük tələbatla qarşılanır.

“Sərham” MMC isə müxtəlif istiqamətli fəaliyyət sahələrini özündə birləşdirən çoxşaxəli biznes strukturudur. Şirkətin əsas fəlsəfəsi keyfiyyətli xidmət, dürüst ticarət və müştəri məmnuniyyəti üzərində qurulub. Məhz bu prinsipial yanaşma “Möcüzə” marketlər şəbəkəsini də vətəndaşların güvənli alış-veriş məkanı kimi tanıdıb. Satış şöbələrindən tutmuş personal davranışına qədər hər detalda peşəkarlıq hiss olunur və bu, təsadüfi deyil – çünki rəhbərlik özü bu sahələrə daim nəzarət edir.

Rasim Nəbiyev əməkdaşlarına yalnız işçi kimi yox, ailə üzvü kimi yanaşan nadir rəhbərlərdən biridir. Onun üçün əsas məsələ müəssisənin qazancı yox, onun daxilində formalaşan etimad və səmimi münasibətdir. İşçilərin sosial təminatı, sağlamlıq dəstəyi, müxtəlif mükafatlandırma sistemləri bu müəssisələrdə illərdir ki, ənənəyə çevrilib. Bir çox əməkdaşlar deyir ki, “biz burada maaş üçün yox, hörmət üçün işləyirik”.

Ən önəmli məqam odur ki, Rasim Nəbiyev təkcə sahibkar deyil, eyni zamanda yüksək vətəndaş mövqeyinə malik şəxsdir. Onun rəhbərlik etdiyi strukturlar mütəmadi olaraq şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə dəstək aksiyaları həyata keçirir. Bayram ərəfəsində paketlər, xüsusi ərzaq yardımları, uşaqlar üçün tədbirlər və digər sosial layihələr bu şirkətin gündəlik fəaliyyətinin tərkib hissəsidir. Rasim müəllimin şəxsi mövqeyi isə bundan daha qətiyyətlidir: “Biz rahat yaşayırıqsa, bu, şəhidlərimizin sayəsindədir. Onların ailələrinə xidmət etmək bizim borcumuzdur.”

Bu yanaşma onu sadəcə uğurlu biznesmen kimi yox, həm də nümunəvi vətəndaş kimi cəmiyyətin yaddaşına yazır. Sahibkarlıq yalnız qazanc üçün yox, həm də insanların sevgisini qazanmaq üçün ediləndə daha güclü olur – Rasim Nəbiyev isə bunun canlı sübutudur.

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir