beynalxalqictimainazaret.az

Nəbi İskəndərov: Xalqımızın yaddaşında şanlı bir gün

Tarix:7-11-2023, 09:51
Baxış Sayı:67

Nəbi İskəndərov: Xalqımızın yaddaşında şanlı bir gün


Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Cəlilabad rayon Komitəsinin sədri Nəbi İskəndərov - XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən İran və Şərqi Anadoludan qədim Azərbaycan torpağı olan Qarabağa köçürülən ermənilər 200 ildir ki, azərbaycanlılara qarşı təxribatını davam etdirir. Məskunlaşdıqları ilk vaxtdan ermənilər xislətlərinə uyğun olaraq Azərbaycan toponimlərini dəyişməyə, sıx yaşadıqları ərazilərdən azərbaycanlıları sıxışdırmağa başladılar. Baş verən tarixi hadisələrdən istifadə edən ermənilər xalqımıza qarşı qanlı cinayətlər törədir, havadarlarının köməyi ilə azərbaycanlı qadınları, uşaqları belə qətlə yetirirdilər. Rusiya inqilabının yaratdığı şəraitdən istifadə edərək 1905-1907 və 1918-ci illərdə 100 minlərlə azərbaycanlı qətlə yetirilmişdir. 1918-1920-ci illərdə ermənilərin törətdikləri vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. İrəvanda, Zəngəzurda, Göyçədə, Şamaxıda, Gəncədə, Bakıda və bir çox ərazilərdə ermənilər azərbaycanlılara qarşı dəhşətli soyqırımı aktı törətdilər, xalqımızı öz yurd yerlərindən qovdular. Sovetlər İttifaqı dövründə də 1948-ci ildən SSRİ rəhbərliyi müxtəlif bəhanələrlə Ermənistan Respublikasında yaşayan 100 minlərlə azərbaycanlını minilliklər əvvəl yaşadıqları öz doğma torpaqlarından Azərbaycana deportasiya etmişdir. Ağır şəraitdə yük vaqonlarında Azərbaycana göndərilən yüzlərlə soydaşımız yolda dünyasını dəyişdi. 1988-ci ildən başlayaraq Qarabağdakı erməni millətçiləri Qarabağın Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi məqsədilə mitinqlər keçirməyə başladı. O vaxt Azərbaycana rəhbərlik edən şəxslər təəssüflər olsun ki, bu hadisələrin qarşısını almaqda acizlik göstərdilər. 
 
Qarabağdakı daşnaklar, xaricdən gələn terrorçular silahlı dəstələr yaradaraq azərbaycanlıları qətlə yetirirdilər. 1991-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Vətəndaşlarımıza qarşı misli görünməmiş soyqırım cinayəti törətdilər, şəhər və kəndlərimizi viran qoydular. Ermənistan BMT TŞ nın məlum 4 qətnaməsini yerinə yetirməkdən imtina edirdi. İkili standartların mövcudluğu səbəbindən Ermənistana heç bir təzyiq göstərillmirdi. Münaqişənin tənzimlənməsi üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə mövcud vəziyyətin dondurulmasına və erməni işğalına xidmət edirdi. Azərbaycan xalqı isə hər zaman öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayırdı. 2003-cü il oktyabrın 15-də xalqımız ulu öndər Heydər Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız bilirdi ki, torpaqlarımlzı işğaldan yalnız İlham Əliyev kimi bir lider azad edə bilər. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev Prezident seçildiyi ilk vaxtlardan müqəddəs amal uğrunda - işğal altında qalan torpaqlarımızı azad etmək üçün yorulmadan, usanmadan çalışdı. Cənab İlham Əliyevin gərgin əməyinin, güclü və düşünülmüş siyasətinin nəticəsində Azərbaycanın torpaqları işğaldan azad edildi. Xalqımız dünyada əzmkar, qürurlu xalq kimi tanındı. Vətən müharibəsində qazandığımız qələbəmizi şərtləndirən amillərdən biri də Prezident İlham Əliyevin Azərbaycanı iqtisadi cəhətdən güclü bir dövlətə çevirməsi oldu. Məhz bu dayanıqlı iqtisadiyyat nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Dövlət büdcəsindən ordumuza kifayət qədər vəsait ayrıldı. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən müasir silahları ilə təchiz edildi. Azərbaycan münaqişə dövründə bütün nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etdi və münaqişənin həlli üçün hüquqi baza yaratdı. 

BMT nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra beynəlxalq təşkilatlarda qətnamələr qəbul edildi. Görülən bütün fəaliyyət Azərbaycanı Qalibiyyətə - 8 noyabr Zəfərinə aparırdı. Azərbaycan tarixində 8 noyabr 2020-ci ildə qazandığımız böyük Zəfər qələbəmizə bərabər tutula biləcək bir tarix yaşamamışdıq. Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz və zabitlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevrildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz. Prezident İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı. Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi. Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq. Ulu Öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq" deyirdi. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan azad edildiyi gün cənab İlham Əliyevin ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır.

 2023-cü il aprelin 23-də "Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması tarixi hadisə oldu və Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi. Lakin Xankəndi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri və Qarabağdakı separatçılara məxsus silahlı dəstələr 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməyə zidd olaraq bu ərazilərdən çıxmamışdılar və mülki vətəndaşlarımıza və hərbiçilərimizə qarşı terror aktı törədirdilər. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu erməni təxribatlnın qarşısını almaq məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməyə başladı. Cəmi 23 saat davam edən antiterror tədbirləri nəticəsində separatçılar ağ bayraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. 2023-cü il oktyabrın 15-də Azərbaycan tarixinə daha bir şanlı səhifə yazıldı. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltdı. Bununla da Qarabağda separatizmin kökü birdəfəlik kəsildi və Azərbaycanın suverenliyi tam bərpa olundu. Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq. Böyük Zəfərdən sonra artıq Böyük Qayıdış proseslərinə start verilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük dövlət xadimi, dünya azərbaycanlılarının lideri kimi artıq işğaldan azad edilmiş torpaqlara qayıdış prosesinə də rəhbərlik edir. Bu missiyada da bütün Azərbaycan xalqı İlham Əliyevin ətrafında mütəşəkkil şəkildə birləşib. 8 Noyabr xalqımızın yaddaşında şanlı bir gün kimi qalacaq.

Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Hafiz Kərimov: Qərəzli münasibət sülhə təhdiddir
Hafiz Kərimov: Qərəzli münasibət sülhə təhdiddir