beynalxalqictimainazaret.az

Fuad Hacıyev: Azad edilən torpaqlarımızda tezliklə yeni həyat başlayacaq

Tarix:5-10-2022, 14:48
Baxış Sayı:483

Fuad Hacıyev: Azad edilən torpaqlarımızda tezliklə yeni həyat başlayacaq



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev - Qüdrətli Azərbaycan Ordusunun 44 günlük Zəfər yürüşünün hər günü, hər anı qürurverici, tarixi hadisələrlə zəngindir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə sentyabrın 27-də Şanlı Ordumuzun başlatdığı əks-hücum əməliyyatlarının elə ilk günündən başlayaraq erməni əsarətində olan torpaqlarımız, yaşayış məntəqələrimiz, kəndlərimiz işğaldan azad edilirdi. Hər gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xalqa qələbə müjdəli müraciətlər edilir, bütün Azərbaycan xalqı isə növbəti qələbə xəbərlərini səbirsizliklə gözləyir, tezliklə ərazi bütövlüyümüzün təmin olunacağına inanırdı.
Prezident, Ali Baş Komandan İlham Əliyev 4 oktyabr 2020-ci il tarixdə növbəti Qələbə müjdəsini xalqımıza çatdırdı: "Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!" Həmin gün Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri işğaldan azad olunmuşdu.
Beləliklə, Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon oldu. Şanlı Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi məhv edildi, texnikası sıradan çıxarıldı və ya qənimət kimi götürüldü. Güclü Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən Ermənistan silahlı qüvvələri geri çəkilməyə məcbur oldu. Uzun illərdir Ermənistanın havadarlarının köməkliyi ilə qurulmuş müdafiə xətti və ermənilərin özləri üçün yaratdıqları “məğlubedilməzlik” mifi darmadağın edildi, bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü Ordusu olduğunu döyüş meydanında sübut etdi.
Azərbaycan Ordusunun qazandığı parlaq qələbədən sonra qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Cəbrayıl rayonunda bərpa-təmir, abadlıq və quruculuq işlərinə start verildi. Mənfur düşməndən azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin yeni innovativ texnologiyalara əsaslanaraq aparılması, infrastruktur layihələrinin həyata keçirilməsi, yaşayış məntəqələrimizin ən müasir səviyyədə bərpa olunması, “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, “sıfır tullantı” konsepsiyalarının tətbiqi Qarabağ və Şərqi Zəngəzurun yaxın gələcəkdə ən müasir regionumuza çevriləcəyindən xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bütün bu işlər yalnız Azərbaycanın öz gücü hesabına həyata keçirilir.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər zamanı təməlqoyma və açılış mərasimlərində iştirak etdiyi irimiqyaslı layihələr bir daha onu göstərir ki, işğalçı Ermənistan tərəfindən dağıdılmış, məhv edilmiş, yer üzündən silinmiş şəhərlərimizin, qəsəbə və kəndlərimizin bərpası, vətəndaşlarımızın öz doğma el-obasına qayıtması, həmin ərazilərilərdə yenidən həyatın qurulması çoxda uzaqda deyil. Əminliklə söyləmək olar ki, işğaldan azad edilmiş torpaqlarımızda tezliklə yeni həyat başlayacaq.

Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider