beynalxalqictimainazaret.az

Musa Şəkiliyev: Regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir

Tarix:4-08-2021, 12:21
Baxış Sayı:471


Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev - Prezident İlham Əliyevin rəhbərliyi altında bütün regionlarımızda abadlıq-quruculuq və yenidənqurma işləri surətlə davam etdirilir. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra azad olunmuş torpaqlarımızda geniş miqyaslı quruculuq işləri başlanıb.

Qarabağ Azərbaycanın ən gözəl dilbər guşələrindən biridir. Birinci Qarabağ müharibəsindən sonra torpaqlarımızın işğal olunaraq talan edilməsi hər bir azərbaycanlını məyus etmişdi. İllər keçdi və biz qisasımızı alıb öz torpaqlarımızı mənfur düşməndən xilas etdik. Amma biz çox məyusedici mənzərə ilə qarşılaşdıq. Vaxtı ilə Azərbaycanın sosial-iqtisadi cəhətdən ən inkişaf etmiş bölgələrindən biri olan Qarabağ artıq öz möhtəşəmliyini Erməni cəlladlarının vəhşiliyi nəticəsində itirmişdir. Xüsusilə Ağdam şəhəri xarabalığa çevrilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı vurğulamışdır ki, işğal nəticəsində talan edilmiş bütün torpaqlarımız bərpa ediləcəkdir.

Artıq bərpa işləri başlanıb və biz tez bir zamanda Qarabağımızı əvvəlkindən də gözəl vəziyyətdə görəcəyik. Bəli, biz buna əminik. Vaxt gələcək Qarabağ regionun ən inkişaf etmiş mərkəzinə çevriləcək. Bu da onu göstərir ki, regionların inkişafı daim dövlət siyasətinin mərkəzində olmuşdur.
 

Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider