beynalxalqictimainazaret.az

COVID pasportu əldə etməkdə problem: Sistem çökdü

Tarix:27-05-2021, 10:58
Baxış Sayı:348

COVID pasportu əldə etməkdə problem: Sistem çökdü


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında Şəxsi Kabinetə daxil olmaqda problemlər yaşanır.

Bu barədə bir sıra vətəndaşlar narazılıqlar səsləndirib.Bildirilib ki, “Asan Login” sistemi vasitəsilə sistemə daxil olduqdan sonra  kifayət qədər faydalı və əhəmiyyətli xidmət olan COVID-19 pasportunu əldə etmək mümkün olmur.

Problemlərin mövcudluğunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də təsdiq edib. O bildirib ki, artıq bir neçə saatdır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytında “Şəxsi Kabinet”ə daxil olmaqda problemlər yaşanır:

“Güman etmək olar ki, Dövlət Agentliyinin informasiya sistemi COVID-19 pasportu ilə bağlı elan olunan məlumatdan sonra daxil olan çoxsaylı  müraciətləri emal edə bilməyib və sistem çöküb.
Xatırladıram ki, bundan öncə də digər bir neçə dövlət qurumunun informasiya sistemlərində oxşar hadisələr baş verib. Düşünmək olar ki, adı çəkilən qurum da sistemi hazırlayarkən sistemin normal fəaliyyəti üçün zəruri resursları düzgün hesablamayıb, auditlə bağlı işlər görülməyib, zəruri testlər aparılmayıb.

Təəssüf ki, aidiyyatı qurumlar, eGov sahəsində kordinasiyaya cavabdeh olan VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi və dövlət resursların təhlükəsizliyinə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hələlik bu sahədə dayanıqlı və təhlükəsiz mühit formalaşdıra bilməyiblər. Düşünürəm ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlaqədar qurumlarla birgə sistemi testdən keçirməli, zəruri resurslar ayrılmalı və istənilən şərait üçün dayanıqlı sistem formalaşdırılmalıdır”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etsək də, zənglərimiz cavablandırılmadı.

Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Yeganə Məmmədova: Zəfər tariximiz xalqımızın qürur mənbəyidir
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Elşad Abdullayev: 27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun yaddaşı
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Nəfəsdən Görünüşə Qədər Dəqiqlik Tələb Edən Sənət – Dr. Arif Məmmədovun Həkimlik Yolu
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Təbiətin Səssiz Harayına Cavab Verən Məsuliyyət
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Ata müəllim: Azərbaycanın Gücünü Dünyaya Göstərən Prezident
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Zəhmətin Dəyərini Etibara Çevirən Sahibkar – İmişlidə İlham Müəllimin İşgüzar İmzası
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Hünər Yusubov: İlham Əliyev – Azərbaycanın Qələbəsini, Quruculuğunu və Milli İradəsini Təcəssüm Etdirən Prezident
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider
Akşin Osmanov: Prezident İlham Əliyev – Xalqın İradəsini Qələbəyə Çevirən Lider