beynalxalqictimainazaret.az

Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi

Tarix:16-10-2024, 10:38
Baxış Sayı:48




Yusif Məmmədov - 2023-cu ilin sentyabrın 19-20-də Qarabağda keçirilən antiterror tədbirləri ilə dövlət suverenliyimiz tam təmin edildi. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində və Əsgəran qəsəbəsində üçrəngli bayrağımızı ucaltmaqla xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Həmin gün Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət etmiş, çıxışında tarixi Qələbənin sevincini bölüşmüşdür.
2003-cü il oktyabrın 15-də ilk dəfə prezident seçilən cənab İlham Əliyev əsas və ali məqsədin torpaqlarımızın işğaldan azad edilməsi üçün çalışmaq olduğunu bildirmişdi. Dövlət başçısı doğma xalqına söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və ölkəmizin ərazi bütövlüyünü qoruyacaq. Xalqımız öz müqəddəs məqsədinə doğru gedirdi. Ali Baş Komandan qarşıya bir nömrəli vəzifə qoymuşdu ki, şanlı bayrağımız işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Atılmış doğru siyasi addımlar nəticəsində artıq Azərbaycanla dünyada hesablaşırlar, dövlətimiz beynəlxalq miqyasda öz layiqli yerini tutub.
Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinə nail oldu. Şanlı ordumuz torpaqlarımızı erməni işğalından azad etdi, xalqımızın qürur və ləyaqətini özünə qaytardı. Artıq Azərbaycan qalib dövlət, qürurlu xalq kimi dünyada nüfuz qazanıb. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürurla qeyd olunur. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan xalqı bu Qələbə ilə qürur duyur və gələcək nəsillər də tarixi Zəfərimizlə hər zaman fəxr edəcəklər. 15 oktyabr 2023-cü il, tarixi ədalətin təntənəsi olmaqla, Azərbaycan xalqının yaddaşında əbədi həkk olunacaq.

Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Teymur müəllim: Böyük qələbənin simvolu
Teymur müəllim: Böyük qələbənin simvolu
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Yusif Məmmədov: Tarixi ədalətin təntənəsi
Fərəc Fərəcov: Dövlət və xalq qarşısında qoyulan müqəddəs vəzifə yerinə yetirildi
Fərəc Fərəcov: Dövlət və xalq qarşısında qoyulan müqəddəs vəzifə yerinə yetirildi
Cabbar Bəbişov: Qürur və fəxarət salnaməsi
Cabbar Bəbişov: Qürur və fəxarət salnaməsi