beynalxalqictimainazaret.az

Qara Abdullayev: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır

Tarix:11-02-2022, 13:40
Baxış Sayı:179

Qara Abdullayev: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır



Nəsimi Rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Qara Abdullayev - “Prezident İlham Əliyev ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman ciddi addımlar atır. Elə Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır. Həmçinin Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Məhz 2022-ci ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və bu ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncam da dövlət başçısının yürütdüyü sosial siyasətin növbəti təntənəsi, pensiyaçılara növbəti qayğısıdır”.

Prezident İlham Əliyevin 2022-ci il 8 fevral tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir: “Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılacaq. Xüsusilə qeyd edilməlidir ki, Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini üstələyir və bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir”.

“Yeni Sərəncam pensiyaçıların 92 faizini əhatə edəcək. Nəzərdə tutulmuş məqsədlər üçün il ərzində əlavə olaraq 1,1 milyon nəfərə 352 milyon manat xərclənəcək”, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək: “300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olacaq. Eləcə də, 6,7 faizlik indeksləşdirilmə ilə yanaşı, yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Bir sözlə, yeni Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır