beynalxalqictimainazaret.az

Musa Şəkiliyev: Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

Tarix:29-07-2021, 02:34
Baxış Sayı:207


Şəhid kapitan Fərid Dursunovun doğum günündə xatirəsi anılıb


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan oğullarımızın əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir, onların ailə üzvlərinin, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimizin sosial problemlərinin həll edilməsi, onlara mənəvi dəstək göstərilməsi daim dövlətimizin diqqətindədir. 
       O cümlədən rayonumuzda da belə həssas təbəqədən olan ailələr mütəmadi olaraq ziyarət edilir, eləcə də müraciətləri rayon İcra Hakimiyyətində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən araşdırılır və aidiyyəti üzrə müvafiq tədbirlər görülür.
    Şəhidlərimizin doğum günlərində şəhid ailələrinin dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri tərəfindən ziyarət olunması da artıq ənənə halını almışdır.
     Bu günlərdə gizir Sahib Musayevin və MAHHXHQ Nihad Abbasovun ardınca  Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Fərid Dursunovun da doğum günündə xatirəsi yad edilib.
     Anım mərasimində şəhidin ailəsi, yaxınları o cümlədən rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edərək, şəhidin keçdiyi döyüş yolundan söhbət açmışlar.
      Bildirilib ki, Vətən müharibəsində Azərbaycan bütünlüklə xalq-ordu birliyi nümayiş etdirərək Ali Baş Komandanın rəhbərliyi altında bir yumruq kimi birləşdi. Düşmən üzərində Qələbə qazanılaraq 30 illik həsrətə son qoyuldu.
       Döyüşlərdə qəhrəmanlığı ilə seçilən və torpaqlarımızın azadlığı uğrunda son damla qanına qədər döyüşərək şəhadətə yüksələn qəhrəman oğullardan biri də Fərid Dursunovdur. O, 26 iyul 1986-cı ildə Qax rayonunun Qorağan kəndində anadan olub. 2003-cü ildə orta məktəbi bitirən Fərid həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olaraq avtomatik idarəetmə sistemi ixtisası üzrə akademiyanı bitirib. 2008-ci ildən xidmətə başlayan Fərid cəbhənin müxtəlif istiqamətlərində vətənin keşiyində dayanıb. Xidməti dövründə kapitan rütbəsinədək yüksələn Fərid rabitə rəisinin müavini  vəzifəsində çalışıb. Kapitan Dursunov həm də 2016-cı il aprel döyüşlərinin  iştirakçısı olub.
     Fəridin son xidmət yeri  Daşkəsən rayonunda “N” saylı hərbi hissə olmuşdur. Müharibə başlayan gündən döyüşlərə qatılan Fərid Daşkəsən, Kəlbəcər rayonları istiqamətində Koroğlu 3 yüksəkliyində düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olmuşdur. Fərid Dursunov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra  “Vətən uğrunda” medalı və “Kəlbəcərin azad edilməsinə görə” medalı ilə təltif olunub. Ailəlidir, 2 övladı yadigar qalıb.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!




























Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev - Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Keçən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu əlaqələr ən yüksək səviyyəyə çatmışdır. Avropa İttifaqı Cənubi Qafqaz dövlətləri ilə münasibətlərin qurulmasında müəyyən təcrübəyə malikdir. Belə ki, 1992-ci ildən başlayaraq Avropa İttifaqı müxtəlif proqramlar vasitəsilə region ölkələri ilə əlaqələrini inkişaf etdirməyə çalışır. Aİ ölkələri Cənubi Qafqazda müxtəlif layihələrə sərmayə yatırıb. Ən böyük sərmayə Azərbaycanın neft sektoruna qoyulub. Heydər Əliyevin başçılığı altında 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi”ndə Azərbaycanla əməkdaşlıq edən əsasən Aİ ölkələri olub. İlham Əliyevin hakimiyyəti dövründə bu əlaqələr daha da inkişaf etdirilmiş, bir çox layihələrin əsası qoyulmuşdur. Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.

2021-ci il 18 iyul tarixində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üç Qafqaz dövlətinə səfəri ilə bağlı Azərbaycana gəlib. Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ali qonağın görüşündən sonra mətbuat konfransında Azərbaycan Prezidenti görüş barədə fikirlərini bölüşüb. Enerji təhlükəsizliyinin təmin olunmasının əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bildirib ki, enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub: Cənub Qaz Dəhlizi layihəsi tamamlanıb, Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tamamlaması Avropa ilə Asiya arasında iqtisadi əllaqələrin genişlənməsində Aərbaycanın rolunu daha da artırır.

Azərbaycan öz qələbəsi ilə bütün regionda yeni reallıq yaradıb. İqtisadi cəhətdən regionda güclü olan Azərbaycan müzəffər ordu yaradaraq öz tarixi torpaqlarını işğaldan azad etdi, bununla da, Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu.

Avropa İttifaqı ölkələri ilə hərtərəfli əməkdaşlıq Azərbaycan reallığını əks etdirir. Avropa İttifaqı ölkələri 1945-ci ildən sonra formalaşan dövlət sərhədlərini tanımış, Azərbaycanın ərazi bütövlüyünü qəbul etmişlər. Əksər ölkələr ikinci dünya müharıbəsindən sonra formalaşan dövlət sərhədlərinin dəyişdirilməsinin mümkünsüz olduğunu söyləyirlər. Münaqişənin həlli yolunun Azərbaycanın dövlət sərhədlərinin dəyişdirilməməsi müqabilində həll olunmasının tərəfdarıdırlar. Azərbaycanın haqq işi Avropa İttifaqı tərəfindən dəstəklənir. Bütün bunlar ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsidir.

Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır”- deyə bildirən İlham Əliyev daha sonra qeyd etdi ki: “Bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Beləliklə, Azərbaycan yenə də Avropa İttifaqı ilə münasibətlərin real zəmində səmərəli olması üçün üzərinə düşən bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Bununla rəsmi Bakı həm Avropa İttifaqı ilə əlaqələri gücləndirir, həm də bir daha regionun aparıcı dövləti, lider ölkəsi kimi fəallığını ortaya qoyur. Əminliklə demək olar ki, Aİ-Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Azərbaycan Prezidentinin qətiyyəti və ədalətli siyasəti ilə tərəflər arasında əlaqələrin güclənəcəyinə yeni ümidlər yaranmaqdadır.

20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
20.04.2024 saat 11:30-da ZALOV İMZA TV ALYANS-ın BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ DUBAY ŞƏHƏRİNDƏ NÜMAYƏNDƏLİYİNİN TƏQDİMATI
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Baş redaktor: "Bu xəbər insanları caşdırmaq ücün qəsdən yayılıb"
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
Qara Abdullayev: Xalqın əyilməz ruhunun təntənəsi
MÖHTƏŞƏM 20 İL
MÖHTƏŞƏM 20 İL
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
İlqar Nəzərov: Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir
Məmməd Musayev: Ali diqqətin təzahürü
Məmməd Musayev: Ali diqqətin təzahürü
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Ziyəddin Quliyev: “AzərEnerji” ASC-də silsilə tədbirlər davam edir
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır
Vəzir Həsənov: Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır