beynalxalqictimainazaret.az

Fuad Hacıyev: “Bir millət iki dövlət” şüarı meydanda da özünü açıq şəkildə göstərdi

Tarix:1-11-2021, 11:52
Baxış Sayı:195



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev  - Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri illərdir ki,uğurla inkişaf edərək önəmli bir amilə çevrilmişdir. 2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlət başçısını Qarabağda qarşıladı. Bizim üçün böyük əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında bəyannamənin imzalanması,gələcək dərsliklərə yazılacaq tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa şəhərində imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir.Burada beynəlxalq müstəvidə birgə əməkdaşlıq , fəaliyyətimiz,siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri,mədəniyyət,təhsil,idman demək olarki, bütün sahələr əks olunub. Füzuli beynəlxalq hava limanının inşası Türkiyə ilə birgə əməkdaşlığımızın gücünün nümayişidir. İnşası cəmi 8 ay davam edən beynəlxalq hava limanının tikintisində Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Tarixə nəzər salsaq görərik ki,Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçmiş,hər iki dövlət qurucularının – Heydər Əliyev və Mustafa Kamal Atatürkün çox güclü siyasi iradəsi, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşadıb, bu gün də yaşadır. Bu gün ölkələrimiz regionda və beynəlxaq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. 2020-ci il sentyabrın 27 –sində başlanan 2-ci Qarabağ müharibəsinin elə ilk günlərindən etibarən Türkiyə Respublikası istər mənəvi, istərsədə maddi olaraq öz dəstəyini əsirgəmədi və bu da bizim birgə əməkdaşlığımızın daha da möhkəmlənməsinə öz töfhəsini verdi. Müharibənin əvvəlindən sonuna kimi daim bizimlə birlikdə olduğunu həm sözdə həmdə əməldə nümayiş etdirdi. Hətta deyə bilərik ki, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqdan dolayı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin.

“Bir millət iki dövlət” şüarı meydanda da özünü açıq şəkildə göstərdi və bu gün də göstərməkdədir. Oktyabrın 26-da Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və onun Füzuli beynəlxaq hava limanında qarşılanması tarixi bir hadisədir. Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə birgə hava limanının açılışında, avtomobil yolunun və Zəngilanda Türkiyənin də töhfəsi ilə tikiləcək “ağıllı aqropark”ın təməlqoyma mərasimində iştirak etmişdir. Bu səfər çərçivəsində iki dövlət arasında münasibətlərin dərinləşməsi ilə bağlı atılacaq addımlarda müzakirə edilib.

“Zəngəzur dəhlizinin açılması həm Azərbaycan, həm də Türkiyə üçün önəmlidir.” Bunu çıxışında ölkə başçımız İlham Əliyev qeyd etmişdir. Zəngəzur dəhlizi vasitəsilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan, həm Azərbaycanla Türkiyə arasında, həm də Türkiyə ilə Asiya ölkələri arasında quru yolu yaradılacaq. Türkiyə və Azərbaycanın Qarsı Naxçıvana bağlayacaq dəmir yolu xətti planıda gündəmdə olan məsələlərdəndir. Bu plan tamamilə gerçəkləşdiyində Türkiyə ilə Azərbaycan arasında yeni bir əməkdaşlıq, bağlantı yaranacaqdır. Eyni zamanda Türkiyə ilə Rusiya arasında Azərbaycan üzərindən kəsintisiz quru və dəmir yolu bağlantısı da həyata keçiriləcəkdir.

Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Кянан Сеидов встретился с командующим Сухопутными войсками Турции ФОТО
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Fazil Rüstəmov: İctimai Xidmətin Peşəkar Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Seymur Orucov: İnkişafın və Yeni Uğurların Rəhbəri
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Qanun və Həyat İnternet televiziyasının rəhbəri Ayişən Abbas
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Rafiq Quluyev: Şanlı Zəfərə aparan 44 gün
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Şahin Şirinov: Xalq olaraq bu günü qürurla qeyd edirik
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Cəmaləddin Rüstəmov: Uğurların işığında
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib
Nazim Əliyev: Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib