beynalxalqictimainazaret.az

Azərbaycan XİN-dən Hindistana CAVAB

Tarix:20-05-2021, 12:17
Baxış Sayı:224

Azərbaycan XİN-dən Hindistana CAVAB


"Birinci növbədə vurğulamaq istərdim ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd məsələlərinin əsas səbəbi Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal etməsidir. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan Ermənistandır. Azərbaycan isə yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi şəkildə bəyan edildiyi kimi, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir və bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir. Son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilib".

"Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrlə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

"İkincisi, son 30 ildə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı hər hansı çağırış etməyən Hindistan Xarici İşlər Nazirliyinin indi qüvvələrin geri çəkilməsindən danışması olduqca qəribədir. Aydındır ki, bu son açıqlama məsələnin müxtəlif cəhətləri hərtərəfli araşdırılmadan verilib.

Xatırlatmaq istərdim ki, Azərbaycan həmişə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına çağırıb və çağırmaqda davam edir. İnanırıq ki, qarşılıqlı hörmət və bu prinsiplərə ciddi riayət edilməsi, hər hansı bir mübahisənin həllinin və sözün əsl mənasında yaxşı qonşuluq münasibətləri qurmağın yeganə yoludur.

Onu da qeyd etməliyəm ki, Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan Bandunq prinsiplərinin təşviqini özünün sədrlik prioritetlərindən biri kimi müəyyən etmişdir. Bu prinsiplər beynəlxalq münasibətlərdə ədalət və bərabərliyin inkişafına töhfə verir və beynəlxalq hüquq normaları və prinsiplərinə hörməti təmin edir. Qoşulmama Hərəkatı çərçivəsində birliyə zərər verən hər hansı cəhdlər qəbuledilməzdir", - L.Abdullayeva bildirib.

Ruslan müəllim: Azərbaycanın qətiyyəti
Ruslan müəllim: Azərbaycanın qətiyyəti
Şöhrəddin Verdiyev: Gəncənin Su Təchizatında Səmərəlilik və Keyfiyyət Nümunəsi
Şöhrəddin Verdiyev: Gəncənin Su Təchizatında Səmərəlilik və Keyfiyyət Nümunəsi
Məhərrəm Şəfiyev: Xeyirxahlığı və Səmimiyyəti ilə İqtisadiyyata və Cəmiyyətə Dəyər Qatan Lider
Məhərrəm Şəfiyev: Xeyirxahlığı və Səmimiyyəti ilə İqtisadiyyata və Cəmiyyətə Dəyər Qatan Lider
Möcüzə Market: Müasir Standartlar və Vətəndaşlara Yüksək Keyfiyyətli Xidmət Nümunəsi
Möcüzə Market: Müasir Standartlar və Vətəndaşlara Yüksək Keyfiyyətli Xidmət Nümunəsi
Niyazi Nəcəfov: Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin Sədri, Təhsil Sektorunda Lider və Hüquq Müdafiəçisi
Niyazi Nəcəfov: Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin Sədri, Təhsil Sektorunda Lider və Hüquq Müdafiəçisi
Bayram Muradov: Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Direktoru, Sağlamlıq Sahəsində İnamla İrəliləyən Peşəkar Lider
Bayram Muradov: Beyləqan Rayon Mərkəzi Xəstəxanasının Direktoru, Sağlamlıq Sahəsində İnamla İrəliləyən Peşəkar Lider
Anar Tağıyev: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur”
Anar Tağıyev: “Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə keçidi üçün həm siyasi iradə, həm iqtisadi əsaslar, həm də tarixi bağlantılar mövcuddur”
Ruslan müəllim: İlham Əliyev: Xalqını Sevən Liderin Böyük Yolu
Ruslan müəllim: İlham Əliyev: Xalqını Sevən Liderin Böyük Yolu