beynalxalqictimainazaret.az

TƏBİB rəsmisindən bədbin PROQNOZ - İki həftə ərzində...

Tarix:30-03-2021, 14:23
Baxış Sayı:336

TƏBİB rəsmisindən bədbin PROQNOZ - İki həftə ərzində...


"Ölkə.Az" xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İşçi qrupunun üzvü, həkim-infeksionist Nilufər Məmmədova Azərbaycanda COVID-19-la bağlı son vəziyyət, yoluxma sayındakı artımla bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Nəzərə alsaq ki, son günlər Azərbaycanda yoluxma sayında artım yüksələn xətt üzrə davam edir, siz həkim olaraq, vəziyyəti necə dəyərləndirirsiniz?

- Bir mütəxəssis olaraq düşünürəm ki, COVID-19-a yoluxma halları rəsmi açıqlanan rəqəmlərdən yüksəkdir. Rəqəmlərin yüksək olmasının səbəbi əhalinin bəzi hissəsinin hələ də bu virusu qəbul etməməsidir. Belə ki, insanların çoxu özlərində hiss etdikləri simptomları soyuqdəymə, mövsümi xəstəliklərlə əlaqələndirdikləri üçün test vermir. Nəticə etibarilə hazırkı rəqəmlər reallığı əks etdirmir. İnsanların çoxu xəstəliyi evdə müalicə ilə sağaltmağa çalışır. Həkim və xəstəxanalara müraciət boğulma, təngnəfəslik həddinə çatanda edilir.

Kritik vəziyyətdə xəstəxanaya qəbul edilən xəstələrin həyatını xilas etmək də çox çətinləşir. Nəzərə alsaq ki, COVID-19-a yoluxduğunun fərqində olmayan, özündəki halı adi soyuqdəymə kimi qiymətləndirənlər işə gedir, ictimai nəqliyyatdan istifadə edir, digər insanlarla ünsiyyətdə olurlar, nəticədə xəstəlik daha çox yayılır. Hətta bəzi xəstələr koronavirus olduğuna əmin olsa da, test vermir ki, evdən çıxmaq qadağası yaşamasın. Çünki COVID-19 diaqnozu təsdiqlənmiş xəstələrə evdən çıxmaq qadağan olunur.

- Xüsusilə bayram günlərində vətəndaşların evdə olduğu, ictimai nəqliyyatın işləmədiyi, vaksinasiyanın tam sürətlə getdiyi bir vaxtda yoluxmadakı artım nəylə bağlıdır?

- Baxmayaraq ki, bayramda insanlar evdə idi, ictimai nəqliyyatdan istifadə olunmurdu, amma rayonlara kütləvi axın müşahidə edilirdi. Hətta kütləvi toplanmalar, gizli və aşkar şəkildə məclislərin təşkili virusun yayılmasında çox böyük rol oynadı. Vaksinasiya hər nə qədər sürətlə getsə də, əhalinin peyvənd olunmalı hissəsinin 50 faizi vaksini qəbul etməyib. Vaksinasiya ən azı əhalinin 50-60 faizinə tətbiq edilməlidir ki, yoluxsalar da, ağırlaşma ilə müraciət edənlər az olsun.

- Artım tempinə "Britaniya ştammı"nın təsiri varmı?

- "Britaniya ştammı" digərlərindən fərqli olaraq daha sürətlə yayılır. Dəfələrlə dediyimiz kimi, yoluxduruculuğu daha yüksəkdir. Bu ştamm üzərindən ciddi araşdırma aparılarsa, o halda dəqiq məlumat demək mümkündür ki, artan xəstəlik "Britaniya ştammı" hesabınadır, yoxsa digər ştamlar hesabına.

- Bayramdan sonra iş yerlərində fəaliyyət, məktəblərdə əyani tədris bərpa olunub. İctimai nəqliyyatda sıxlıq yox, xaos yaşanır. Əksəriyyət isə hələ də vətəndaşları məsuliyyətsizlikdə günahlandırır. Qarşıdakı günlərdə artım istisna edilmir. Artım bu cür davam edərsə, çıxış yolunu nədə görürsünüz, qapanma, yoxsa vaksinləşmənin daha da sürətlənməsində?

- Daxil olan müraciətlərdən bəlli olur ki, qarşıdakı iki həftə ərzində yoluxma sürətlə artacaq. İctimai nəqliyyatdakı sıxlığın səbəblərindən biri də təhsil müəssisələrində tədrisin davam etməsidir. Düşünürəm ki, artım davam edərsə və rəqəmlər yüksək həddə çatarsa, klinikaların ağır xəstələri qəbul etməsində problem yaranacaq. Yoluxma sayının artması ağır xəstələrin artımına səbəb olacaq. Ağır xəstələrin sayının artması reanimasiyada müalicə alan xəstələrin çoxalması anlamına gəlir.

Reanimasiyalara tələbatın çoxalması reanimatoloqlar və tibb bacılarının sayına tələbin artması deməkdir. Müəyyən bir həddən sonra buna qarşılıq vermək səhiyyə üçün çətinləşir. Bu tək Azərbaycan deyil, bütün dünya üçün belədir. Və bu təhlükə qarşısında qalanda, çıxış yolu kontaktların, görüşlərin, toplanmaların bir şəkildə məhdudlaşdırılmasına qalır. O hansı yolla məhdudlaşdırılacaq, buna Nazirlər Kabineti yanında operativ qərargah qərar verəcək.

Məsuliyyət məsələsinə qaldıqda, vətəndaşların maska ilə bağlı məsuliyyətində kifayət qədər artım var. Yəni maska qaydasına riayət etməyə çalışırlar. Bir maskadan bir neçə gün istifadə etsələr də, maskanı düzgün geyinib-soyunmasalar da, maska ilə dolaşırlar. Ancaq tək maska bu xəstəlikdən qorunmaq üçün yetərli deyil. Əllər mütləq şəkildə təmizlənməli, gigiyenaya riayət olunmalıdır. Hətta təmiz əllə belə üzə, gözə toxunmamağa çalışılmalıdır. Sosial məsafə gözlənilməlidir. Açıq məkanda hətta sağlam şəxslərlə belə 1 metr, qapalı məkanlarda 1.5 metr məsafə saxlanmalıdır. Mütləq şəkildə peyvənd vurdurulmalıdır. Qapalı məkanda, xüsusilə iş yerlərində otağın havası tez-tez dəyişilməlidir. Qeyd olunan qaydaların hamısına birlikdə riayət edildikdə, yoluxma sayı azalacaq. Əks halda yoluxma davam edəcək.

Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Aqrar təhsilin inkişafına dəyərli töhfələr verən ziyalı alim – dosent Zəfər Qurbanov
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Mirnazir müəllim: Güclü Dövlətin Quruculuğu Yolunda: Prezident İlham Əliyevin Rəhbərliyi ilə Azərbaycanın Yeni İnkişaf Mərhələsi
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının inkişafına peşəkarlıqla rəhbərlik edən Sahib Hüseynov
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Cavid Məmmədov: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Keyfiyyətə Söykənən Uğur Yolunun Memarı – “El-Plastik” MMC-nin rəhbəri Hacı Gülağa Abışov
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Cəmil Muradov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf yolu və milli birliyin gücü
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Şəhər nəqliyyatının inkişafına töhfə verən peşəkar idarəçi – Faiq Seyidovun fəaliyyətində məsuliyyət, yenilik və insan amili
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir
Rüfət Sucayev: Azərbaycanın Müasir İnkişaf Modeli Prezident İlham Əliyevin Siyasəti ilə Yeni Zirvələr Fəth Edir